Discovery Channel Russia — Rusiya və MDB ölkələrində yayımlanan telekanal.

İzləmə üzrə aparılan bir araşdırmaya görə 2009-cu ilin əvvəlində "Discovery" ən böyük yayım sahəsinə malik ikinci qeyri-ümumdünya telekanal idi.

Tarixi 2007-ci ilin axırlarında "Discovery" bütün Rusiyada, eləcə də Mərkəzi Asiya dövlətlərində yayım edən ABS 1 süni peykindən istifadə etməyə başlamışdır. 1 dekabr 2007-ci ildən telekanalın reklamları yayımlanmağa başlamışdır. "Discovery" telekanalının Rusiyadakı reklam satışlarının məsulu "Video International" idi.

2006-cı ilə qədər "Discovery" telekanalı Rusiya və MDB ölkələrində Zone Vision tərəfindən təmsil olunurdu. Bu əməkdaşlıq "Discovery" "Media Broadcasting Group Limited" şirkətini öz nümyandəsinə çevirəndən sonra sona çatmışdır. "MBG" Rusiyadakı bütün 7 "Discovery" yayımlanmasından məsuldur.

İstinadlar

Xarici keçidlər – MBG saytında.

Kateqoriya:Discovery Kateqoriya:2006-cı ildə yarananlar Kateqoriya:Rusiya televiziya kanalları Kateqoriya:Rus dilində televiziya kanalları Kateqoriya:İngilis dilində televiziya kanalları