Şıxı Miriş oğlu Yaqubov ̈(3 fevral 1951, Ağdaş r., Pirəzə k) — Teatr Xadimləri İttifaqı üzvü, aktyor, ”Əməkdar Artist”.

Həyat və fəaliyyəti Yaqubov Şıxı Miriş oğlu 1951-ci ilin fevral ayının 3-də Ağdaş rayonunun Pirəzə kəndində anadan olub. 1967-ci ildə Pirəzə kənd orta məktəbini bitirib təhsilini davam etdirmək üçün Bakı şəhərinə getmişdir. 1970-1972-ci illərdə Hərbi xidmətdə olmuşdur.

1972-ci ildə Azərbaycanfilm kinostudiyasının aktyorluq məktəbinə daxil olmuş, elə həmin ilin noyabr ayının 16-da Mingəçevir Dövlət Dram teatrına işə qəbul olunmuşdur. Bu illər ərzində 200-ə yaxın rol oynamış, bir çox teatr festivallarında iştirak etmişdir.

1990-cı ildən Teatr Xadimləri İttifaqı üzvüdür.

Mükafatları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 10 mart 2014-cü il tarixində “Fəxri Mədəniyyət İşçisi” döş nişanı; 2015-ci il 30 dekabr Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ”Əməkdar Artist” fəxri adına; 2017-2018-ci illərdə və 10 may 2019-cu ildə Prezident mükafatına layiq görülmüşdür.

Filmoqrafiya Müəllif Tamaşanın adı Rollar Səməd Vurğun “Vaqif” Vidadi Nəcəf bəy Vəzirov “Pul Düşgünü Hacı Fərəc” Mahmud bəy Cəfər Cabbarlı “Sitarə” Hacı Fikrət Adil Babayev “Zakir” Hüseyin bəy Məcid Şamxalov “Qaynana” Ayaz Zülfüqar Abbasov “Qisas günü” Müəllif Rafiq Səməndər “Açıq dərs” Direktor Nikolay Qoqol “Müfəttiş” Zemlyanika Səməd Vurğun “Fərhad və Şirin” Şiruyyə Anar “Şəhərin yay günləri” Qiyas Mehdi Hüseyin “Şeyx Şamil” Hacı Murad İlqar Fəhmi “Son reportaj” Baba Əli Əmirli “Xoşbəxt gün” Nümunə S.S.Axundov “Eşq və intiqam” Əlimərdan Ə.Əmirli “Kişi və qadın” Cəmil Seyfəddin Dağlı “Oyun bitdi” Murquzov Sabit Rəhman “Toy tamaşası” Mirzəhüseyin, Surxay Nəcəf bəy Vəzirov “Ağa Kərim xan Ərdəbilli” Minbaşı Hikmət Nəbiyev “Bayramın birinci günü” Rüstəm Hüseyn Muxtarov “Mən nənə ilə evlənirəm” Şalı Əli Əmirli “Köhnə mənzil” Kamran Z.Abbasov “Yaddaş” Sərdar M.F.Axundzadə “Lənkəran xanın vəziri” Xan M.F.Axundzadə “Can bizimkilər” Mövlana, Sərdar Zaman xan,Hatəm xan ağa, Vəzir Nodar Dumbadze “Mən, nənəm, İliko və İllarion” İllarion Abdulla Şaiq “Qaraca Qız” Bəy Abdulla Şaiq “Eloğlu” Qəhrəman İlyas Əfəndiyev “Sevgililərin cəhənnəmdə vüsalı” Ayaz Ərəb xalq nağılı əsasında “Min bir gecə” Xan Abdulla Şaiq “Bir saat xəlifəlik” Vəzir Sahib İbrahimli “Sadığın toyu” Cəfər Həmçinin bax Anar Heybətov Ədalət Əbubəkirov Aqil Ağacanov İstinadlar

Xarici keçidlər “Əməkdar artist” adına layiq görülənlərdən biri

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ağdaş rayonunda doğulanlar Kateqoriya:XXI əsr Azərbaycan aktyorları