() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Təbii yayılması Fransada, Almaniyada, Avstriyada, Macarıstanda və Qafqazda təbii halda yayılmışdır.
Botaniki təsviri Birillik budaqları seyrək tüklü, silindrvarı, üzəri qısa sarımtıl tikanlı və vəzili, yerə yatıq koldur. Üçər, az halda beşər tünd yaşıl, nazik. kənarı tam olmayan ikiqat dişli, hər iki tərəfdən tüklü, ucu şişləşmiş yarpaqcıqlıdır. Yarpaqaltlığı xətvarıdır. Çiçəkləri 1,5-2 sm diametrində, kasayarpaqları sıx vəzili çox zaman xırda tikancıqlı çiçək açanda kənara qatlanmış olur. Ləçəkləri ağdır. Meyvəverən budaqları tüklü, sıx, yatıq, vəzilidir. İyun-iyul aylarında çiçəkləyir və meyvə verir. Meyvəsi qara, enli yumurtavaridir.
Ekologiyası Şaxtaya, rütubətə davamlıdır. Meşələrdə kölgəli, sərin günəş şuası düşməyən ərazilərdə yaxşı bitir.
Azərbaycanda yayılması Kiçik Qafqaz və Talışda təbii halda rast gəlinir.
İstifadəsi Meyvələrindən səhiyyədə müxtəlif içkilərin, mürəbbələrin hazırlanmasında istifadə edilir. Yaşıllaşdırmada rast gəlinmir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Böyürtkən Kateqoriya:Türkiyə florası Kateqoriya:Belarus florası Kateqoriya:Fransa florası Kateqoriya:İspaniya florası