Antonov "AN-26" — hərbi nəqliyyat təyyarəsi (NATO kod adı: Curl) cütmotorlu, yüngül, turbopərvanəli nəqliyyat təyyarəsidir və baza modeli Antonov An-24 təyyarəsindən formalaşdırılmışdır və hərbi məqsədlər üçün istifadə edilir. İlk dəfə 1969-cu ildə görülüb, geniş yük rampası ilə bərabər gövdəsinin arxa hissəsində dəyişikliklər həyata keçirilmişdir. Bununla belə An-26 Çində Xian Təyyarə Zavodu tərəfindən lisenziya altında Y-14 adı ilə istehsal edilir. Çinlilər hal-hazırda Y-14 adını Y-7 adı ilə dəyişdirmişdirlər.

İstehsalçı: /

İstehsalçı fima: ANTK Antonov

Tip: Hərbi nəqliyyat təyyarəsi İlk uçuş: 21 may 1969

İstismar verilib: 1973

İstehsal tarixi: 1969–1996

İstismar müddətinin sonu: davam edir

İstehsal sayı: 1403 ədəd

Texniki göstəriciləri Heyət üzvü: 6 nəfər

Uzunluğu: 23.87 m

Qanad eni: 29.20 m

Hündürlüyü: 8.58 m

Qanadın sahəsi: 74.98 m²

Boş kütlə: 15.850 kq

Qalxma zamanı normal kütlə: 23.000 kq

Qalxma zamanı maksimal kütlə: 24.000 kq

Yük götürmə kütləsi: 5.500 kq

Sərnişin tutumu: 40 nəfər tam təchizatlı əsgər və ya 24 ədəd xərək

Daxili yanacaq çənlərin tutumu: 7.316 kq

Mühərrik : 2 ədəd Progress "AI-24VT" turbopərvanəli (turboprop) mühərrik; 1 ədəd Tumansky "Ru-19-A300" turboreaktiv mühərrik

Mühərrikin itələmə qüvvəsi: hər biri Güc: 2 x 2.103 kW (2.820 at gücü) 1 x 7.85 kN (1,760 lbf)

Maksimal sürəti: 540 km/saat

Kreyser sürəti: 435 km/saat

Yüksəkliyə qalxma sürəti: 9.2 metr/saniyə

Uçuş məsafəsi yük olmadan: 2.550 km

Yük ilə: 1.100 km

Uçuş yüksəkliyi: 7.500 m

Qalxma məsafəsi: 870 m

Enmə məsafəsi: 650 m

Silahlanma Yüklənmə nöqtələrinin sayı: 4 ədəd 500 kq-dək avia–bombalar

İstinadlar Kateqoriya:Ukrayna texnikası Kateqoriya:Ukrayna təyyarələri

Kateqoriya:SSRİ-nin hərbi nəqliyyat təyyarələri Kateqoriya:Antonov təyyarələri