Qüds Qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir.

İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa İranın Ali Rəhbərindən göstərişlər alır.

1998–2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.

Həmçinin bax İran İnqilab keşikçiləri Ordusunun Quru qoşunları İran İnqilab keşikçiləri Ordusunun Dəniz Qüvvələri İran İnqilab keşikçiləri Ordusunun Hava Qüvvələri Bəsic İran İnqilabı Keşikçiləri Korpusunun Raket Qüvvələri

Kateqoriya:İran Silahlı Qüvvələri Kateqoriya:ABŞ tərəfindən terror təşkilatı olaraq tanınmış təşkilatlar Kateqoriya:İranda siyasət Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusu