Dəstgah (, dəst – komplekt, gah – mövqe, məqam, məkan) — müəyyən muğam tərkibinə daxil olan bütün şaxələr, şöbələr, guşələr, rədiflər, rənglər və təsniflərin küll halında, məntiqi inkişaf qaydası üzrə mütəşəkkil məcmusu. İran klassik musiqisinin növü. Məşhur İran tar ifaçısı M.Marufinin təsnifatına görə 7 əsas hissədən ibarətdir: Şur, Segah, Cahargah, Mahur, Hümayun, Rast-Pəncah, Nəva.Hormoz Farhat. The dastgāh concept in Persian music. Cambridge, New York: Cambridge University Press, 1990.
Qacarlar öz Təbriz saraylarında (vəliəhdin qaldığı yer) Azərbaycan dilində, rədif-dəstgah ənənəsinə bənzər musiqi ənənəsinə himayəlik edirdilər. Bu saray musiqisi Azərbaycan muğamının əsasını təşkil etmişdir. Etnoqraflar tərəfindən rədif-dəstgahın farsdilli ərazilərin musiqi normalarına uyğun gəlmədiyi bildirilmiş, Jin Durinq isə bu sistemin birbaşa 12 muğam sistemindən gəlmədiyini, mənşəcə azərbaycanlılara uyğun göründüyünü qeyd etmişdir.Lucas, Ann E. "Ancient Music, Modern Myth." Music of a Thousand Years: A New History of Persian Musical Traditions, 1st ed., University of California Press, 2019, pp. 1–22. JSTOR, http://www.jstor.org/stable/j.ctv1f884pp.8 . Accessed 5 Mar. 2023. Ehtimal edilir ki, dəstgah sisteminin İrana gəlməsi mənşəcə Azərbaycandan olan, Tehran saraylarına Azərbaycan və türk musiçilərini gətirən Qacarların işidir.Laudan Nooshin (1998) The song of the nightingale: Processes of improvisation in dastgāh Segāh (Iranian classical music), British Journal of Ethnomusicology, 7:1, 69-116, DOI: 10.1080/09681229808567273
Ümumi xüsusiyyətləri Dəstgah hər hansı bir muğamın («Rast», «Şur», «Cahargah» və s.) tərkibinə daxil olan bütün şaxələri, şöbə və guşələri, rədifləri, rəngləri, təsnifləri özündə birləşdirən məntiqi ardıcıllıqdır.
Üzeyir Hacıbəyov yazırdı ki:
SSRİ xalq artisti, professor Bülbül dəstgahları bir-biri ilə üzvi surətdə əlaqəli və məntiqi olaraq birindən digərinə keçən muğamlardan ibarət olduğunu qeyd etmişdir. O, göstərirdi ki, «Şur» dəstgahının məhz aşağıdakı muğamlardan «Şahnaz», «Bayatı-türk», «Şikəstə», «İraq», «Bayatı-kürd», «Səmayi-şəms», «Sarənc» («Sarəng»), «Nişibi-fəraz», «Şur»-dan ibarət olduğunu qeyd etmişdir. Azərbaycanda muğam dəstgahları «Rast», «Şur», «Segah», «Çahargah», Bayatı-Şiraz», «Şüştər», «Hümayun» və s. ibarət olub, yeddi lad əsasında əmələ gəlmişdir. Bu ladlar nəinki Azərbaycan muğam dəstgahlarında, hətta bütün musiqi janrlarının əsasını təşkil edir. Üzeyir Hacıbəyovun qələmə aldığı «Azərbaycan xalq musiqisinin əsasları» (1945; 1965; 1985 və s.) adlı fundamental tədqiqatı lad sistemlərindən bəhs edir. Azərbaycanda mövcud olan musiqi janrlarının hamısı bu lad sistemlərinə əsaslanmışdır.Bülbül. Seçilmiş məqalə və məruzələri. Bakı, 1968.
Dəstgah təkcə muğamın ifası ilə bağlı deyil, həm də muğamın forması, quruluşu ilə bağlı anlayışdır. Muğam dəstgah ifası xüsusi və konkret forma, kompozisiya xüsusiyyətlərinə malikdir. Birincisi, dəstgahın kompozisiyası muğamdakı şöbə və guşələrin məntiqi ardıcıllığına, şöbələrin dramaturji rol daşımasına və şöbələrin vahid bədii məzmun yaratmasına əsaslanır. İkincisi, dəstgahlarda vokal və instrumental ifa, yəni xanəndənin oxuması ilə instrumental sazəndə muşayiəti və çalğısı bir-biri ilə vəhdət təşkil edərək muğamın vahid formada qavranılmasını təmin edir. Üçüncüsü, dəstgah muğamın forması vokal və instrumental ifaların növbələşməsi prinsipinə, yəni xanəndə və sazəndənin ifasının növbələşməsinə, ardıcıllığı prinsipinə əsaslanır.
Dəstgahın strukturu Bütün muğam dəstgahları dəraməd ilə başlayır. Dəraməd insturmental janr olub, rəngin bir növüdür. Dəraməd ağır, orta, sürətli tempdə olub marşvari, rəqsvari, lirik xarakter daşıyır. Özünəməxsus kompozisiyası olan dəramədlər formaca ya kiçik, ya da irihəcmli olurlar. Dəraməd dəstgahın instrumental girişi olmaqla, dinləyicini muğamın lad-intonasiya, bədii-emosional məzmunu ilə tanış edir, dinləyicini muğamın bədii ovqatına, lad məntiqinə, melodik ifadəliliyinə kökləyir. Dəstgah muğamlarda dəraməddən sonra ilk şöbə kimi bərdaşt çalınır. Mürəkkəb quruluşa malik dəstgahlar guşə və şöbələr adlı hissələrdən qurulur. Guşə şöbəyə nisbətən kiçik melodik quruluşa malikdir. Bəzən, bir şöbə bir neçə guşədən də ibarət ola bilir. Şöbə və guşə dəstgah muğamlarda struktur rolu oynayırlar. Hər bir şöbə özünəməxsus melodiya xəttinə və lad-melodik məzmuna malikdir. Dastgahlarda şöbələr arasında instrumental rənglər və vokal-instrumental təsniflər ifa edilir.
Həmçinin bax Azərbaycan musiqisi Azərbaycan xalq musiqisi Muğam
İstinadlar
Kateqoriya:Muğam Kateqoriya:Musiqi terminləri Kateqoriya:Azərbaycanın qeyri-maddi mədəni irsi Kateqoriya:Azərbaycan dilində sözlər və ifadələr Kateqoriya:Məqam Kateqoriya:Fars dilində sözlər və ifadələr