Yaşar Əbdülxaliq oğlu İmanov () — Azərbaycan dirijoru, Azərbaycan Respublikasının xalq artisti, Gürcüstan Respublikasının Əməkdar İncəsənət xadimi, Azərbaycan, Gürcüstan və Abxaziya bəstəkarlar İttifaqının üzvü, Azərbaycan Respublikasının Prezident təqaüdçüsü.

Həyatı İmanov Yaşar Əbdülxaliq oğlu 1933-cü il Bakı şəhərində anadan olub.

Azərbaycan Respublikasının xalq artisti, Gürcüstan Respublikasının Əməkdar İncəsənət xadimidir.

1954-cü ildə A. Zeynallı adına musiqi texnikomunun truba sinfini bitirib. Elə həmin ildə Moskva Konservatoriyasının dirijorluq kafedrasına daxil olub, 1958-ci ildə bitirib.

1958-ci ildə Gürcüstana, oradanda Suximi şəhərinə göndərilib. Dövlət Simfonik Orkestrində bədii rəhbər və baş dirijor vəzifəsində, eyni vaxtda Suxumi Musiqi Texnikomunda xor dirijorluq şəbəsinin müdiri vəzifəsində işləyib. Bakıya qayıtdıqdan sonra 1993-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında Opera hazırlığı kafedrasının dirijor vəzifəsində işləyib. Həmin ildən Niyazi adına simfonik orkestrinin radio-TV, bədii rəhbəri və baş dirijoru vəzifəsində işləyib.

1994-cü ildə Q. Qarayev adına Dövlət Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində işləyib.

Yaşar İmanov Azərbaycan, Gürcüstan və Abxaziya bəstəkarlar İttifaqının üzvüdür. Azərbaycan Respublikasının Prezident təqaüdçüsüdür.

İstinadlar

Kateqoriya:Azərbaycan dirijorları Kateqoriya:Əlifba sırasına görə musiqiçilər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri