Melilit qrupu — minerallar

Haqqında Melilit qrupu - helenit-okermanit sülb məhlullar seriyasının aralıq üzvü. (Ca,Na)2 (Al, Mg) [(Si,Al)2O7]. Quruluşda [SiO4], [AlO4], [MgO4] tetraedrləri Ca-O ilə birləşən təbəqələr əmələ gətirir. Bəzən oksigen (OH)-la əvəz olunur. Sıranın son üzvlərinə aid olan minerallar nadir tapılır. Təbii melilit qrupu tərkibində, adətən, çoxlu dəmirli okermanit - Ca2Fe2+[Si2O7] olur. Tetraedr. Habitus lövhəvari, qısa sütunvari. İkiləşməsi {100} və {001} üzrə. Ayrılması {001} üzrə orta, {110} üzrə qeyri-mükəmməl. Aqreqatı: dənəvər, şüalı. Rəngsiz, sarı, boz, yaşıl. Sərtliyi 5-6. Xüsusi çəkisi 2,98-3,3. Alneit, bazalt, olivinitlərdə tapılır; əhəngdaşılarının qabbro ilə və hiperbazitlərin qələvi süxurlarla kontaktında rast gəlir. Növ: hardistonit.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Silikatlar (minerallar) Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Dəmirin (II) mineralları Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Tetraqonal sinqoniya mineralları