28 Mall — 28 May metrostansiyasının yaxınlığında, Azadlıq prospektində yerləşən ticarət mərkəzi. 15 sentyabr 2012-ci ildə açılış mərasimi baş tutmuşdur. Yarandığı ilk vaxtlarda Bakının ən böyük ticarət mərkəzi olduğu iddia edilib. TripAdvisor saytına görə ayda 1 milyondan çox ziyarətçini cəlb edir. 70-dən çox beynəlxalq və yerli brend mağaza, 16 restoran, 15 kiosk, kinoteatr və uşaq əyləncə mərkəzi mövcuddur. 350 yerlik avtomobil dayanacağı mövcuddur.
Qeydlər
İstinadlar
Həmçinin bax Gənclik Mall Bakının görməli yerlərinin siyahısı
Kateqoriya:Bakıdakı ticarət mərkəzləri