Vladimir Bruxti (; 11 iyun 1945, Bakı, Azərbaycan SSR, SSRİ — 16 iyul, 2004, Bakı, Azərbaycan) — sovet futbolçusu, müdafiəçi. SSRİ idman ustası.
Karyerası Vladimir Bruxti 1963-cü ildən 1972-ci ilədək Bakının "Neftçi" klubunda çıxış edib. Onun heyətində 258 oyun keçirib və 2 qol vurub. 1966-cı il mövsümündə "Neftçi"nin heyətində çempionatın bürünc medalını qazanıb. Növbəti mövsümdə isə SSRİ-nin 33 ən yaxşı futbolçu siyahısına daxil olub.
Karyerasını bitirdikdən sonra Bruxti Azərbaycanın gənclərdən ibarət komandalarını çalışdırıb. 1990-cı illərin əvvəllərində isə Ukraynanın "Vorskla Poltava" və "Krivbas" klublarına başçılıq edib. Ömrünün son illərində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında dərs deyib.
Sabunçu qəbiristanlığında dəfn edilib.
Nailiyyətləri SSRİ çempionatının bürünc mükafatçısı (1966) SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında (1967)
İstinadlar
Xarici keçidlər FootballFacts.ru saytında profili
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Ukraynada legioner futbol məşqçiləri Kateqoriya:Ukraynada legioner futbol məşqçiləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Ukraynada legioner Azərbaycan idmançıları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Azərbaycanın kişi futbolçuları