Suriya Ərəb Qırmızı Aypara Cəmiyyəti' (, Al-Hilal al-Aḥmar al-Arabi al-Souri'') — humanitar qeyri-kommersiya təşkilatıdır. Baş qərargahı Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşir.
Tarixi Cəmiyyət 1942-ci ildə təsis edilib və 1946-cı ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən üzv təşkilat kimi qəbul edilmişdir. Təşkilatın bütün Suriya ərazisində 14 filialı və 75 yarım filialı var.
Təşkilat Suriyadakı vətəndaş müharibəsi ilə əlaqədar olaraq öz fəaliyyətini gücləndirmişdir və müharibə zonasındakı insanları digər ərazilərə köçürməklə məşğuldur. Mühasirədə olan yerli əhalini və döyüşçüləri digər ərazilərə köçürür. Darayya şəhəri hökumət qüvvələrinin mühasirəsi altında düşəndə əsgərlər Qırmızı Aypara cəmiyyəti tərəfindən digər zonalarda yerləşdirildi.
Həmçinin bax Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı
İstinadlar
Xarici keçidlər Suriya Ərəb Qırmızı Aypara Cəmiyyəti Facebook hesabı Twitter hesabı Instagram hesabı Telegram hesabı
Kateqoriya:Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Kateqoriya:1942-ci ildə yarananlar