Beynəlxalq iqtisadiyyat — müxtəlif malların, xidmətlərin, işçi qüvvəsinin, kapitalın və digər istehsal amillərinin beynəlxalq mübadiləsi sahəsində müxtəlif dövlətlərin təsərrüfat subyektləri arasında qarşılıqlı təsir qanunauyğunluqlarını öyrənən bir fəndir.
Beynəlxalq iqtisadi münasibətlər (BİM) – maddi nemətlərin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı üzrə müxtəlif ölkələrin təsərrüfat subyektləri arasında qarşılıqlı fəaliyyət sistemidir. BİM ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir• James E. Anderson (2008). "international trade theory," The New Palgrave Dictionary of Economics, 2nd Edition.Abstract. • Devashish Mitra, 2008. "trade policy, political economy of," The New Palgrave Dictionary of Economics, 2nd Edition. Abstract. • A. Venables (2001), "International Trade: Economic Integration," International Encyclopedia of the Social & Behavioral Sciences]], pp. 7843–7848. Abstract..
BİM iqtisadiyyatların müxtəlif səviyyələrində təzahür edə bilər ki, onun da subyektləri aşağıdakılardır:
Mikrosəviyyə — burada BİM-in subyektləri kimi bu və ya digər xarici iqtisadi əməliyyatları həyata keçirən ayrı-ayrı fiziki şəxslər, orta və kiçik müəssisələr və firmalar çıxış edir; Makrosəviyyə — bu səviyyənin əsas subyektləri kimi milli dövlətləri, onların subyektlərini, beynəlxalq iqtisadi inteqrasiya qruplaşmalarını, transmilli və qlobal şirkətləri göstərmək olar; Üstmilli səviyyə — bu səviyyədə beynəlxalq təşkilatlar və üstmilli institutlar fəaliyyət göstərir.
BİM-in məzmununun arşdırılmasında onun obyekt və subyektlərinin böyük əhəmiyyəti vardır.BİM-in obyektləri onun ayrı-ayrı formalarıının əsasını təşkil edən əmtəələr və xidmət növləri,kapital,texnologiya və bu kimi yüzlərlə iqtisadi məzmuna malik anlayışlardan ibarətdir.BİM-in subyektləri mikroiqtisadi səviyyədə firmalardanMaurice Obstfeld (2008). "international finance," The New Palgrave Dictionary of Economics, 2nd Edition. Abstract. , beynəlxalq şirkətlərdən,sahibkarlar ittifaqlarından ibarətdir.Makroiqtisadi səviyyədə BİM-in subyektləri milli hökümətlər vədövlət orqanlarından ibarətdir.
Beynəlxalq iqtisadiyyatın məqsədi Beynəlxalq iqtisadiyyatın tədqiqat obyekti dünya və ya dünya iqtisadiyyatıdır• Giancarlo Corsetti (2008). "new open economy macroeconomics," The New Palgrave Dictionary of Economics, 2nd Edition. Abstract . • Reuven Glick (2008). "macroeconomic effects of international trade," The New Palgrave Dictionary of Economics, 2nd Edition. Abstract. • Mario I. Blejer and Jacob A. Frenkel (2008). "monetary approach to the balance of payments," The New Palgrave Dictionary of Economics, 2nd Edition. • Bennett T. McCallum (1996). International Monetary Economics. Oxford. Description. • Maurice Obstfeld and Kenneth S. Rogoff (1996). Foundations of International Macroeconomics. MIT Press. Description. .
Dünya iqtisadiyyatı — beynəlxalq əmək bölgüsündə iştirak edən və beynəlxalq iqtisadi münasibətlər sistemi ilə əlaqələndirilən ayrı-ayrı ölkələrin məcmusudurSee also the Rybczynski theorem, in .
Beynəlxalq iqtisadiyyatın obyektləri, eyni zamanda bu gün həcmi 9 trilyon ABŞ dolları olan beynəlxalq ticarətdə dövriyyədə olan mal və xidmətlərdir. Beynəlxalq iqtisadiyyatda mal və xidmət mübadiləsi böyük həcmlər, çeşidlərin genişliyi, keyfiyyət fərqliliyi ilə xarakterizə olunur.
Beynəlxalq iqtisadiyyat kursu quruluşu Beynəlxalq iqtisadiyyat nəzəriyyəsi kursu 2 hissədən ibarətdir:
Beynəlxalq mikroiqtisadiyyat dünya bazar iştirakçılarının maraqları və imkanları ilə müəyyən edilmiş davranış qaydalarını öyrənirGary Hufbauer: "The Impact of National Characteristics and Technology on the Commodity Composition of Trade in Manufactured Goods" in Vernon op cit 1970. Beynəlxalq makroiqtisadiyyat daxili tarazlığın tədiyə balansının vəziyyəti ilə əlaqələndirilməsi proseslərinin öyrənilməsinə həsr edilmişdir: Ödəniş balansının maliyyə və pul siyasəti ilə əlaqəsi; Hökumət və mərkəzi bankın daxili bazarı tənzimləmək üçün etdiyi hərəkətlər xarici aləmdəki mövqeyini necə dəyişdirə bilər.
İstinadlar
Xarici keçidlər
Alan Deardorff. Glossary of International Economics. Links for A-Z with much micro/macro too. Carnegie Endowment for International Peace. "International Economics Bulletin." Analysis of the Global Economy. Council on Foreign Relations. "IIGG Interactive Guide to Global Finance" International Economics: The Great Outsourcing Shift. "The essential guide to understanding why domestic companies will soon change their outsourcing focus from China to Mexico. Historical documents on international trade and international finance available on FRASER Organization for International Economic Relations (OiER)