Billava kahaları — Billava kəndinin cənub-qərbində təpənin yamacında yerləşir. Bir-birinin yaxınlığında qazılan kahaların uzunluğu 8–12 metr arasında hündürlüyü isə 1,8–2 metr arasındadır. Kahaların girişi və tavanı tağvari formadadır. Onların birinin dib tərəfində çıraq qoymaq üçün kiçik taxça düzəldilmişdir. Kahaların içərisi uçqun nəticəsində dağılmış, bəzilərinin girişi isə tamamilə örtülmüşdür. Kahaları XVIII–XX əsrlərə aid etmək olar.
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə tarixi abidələr Kateqoriya:Naxçıvan abidələri