Ueston qraflığı () — ABŞ-nin Vayominq ştatında yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2010-cu ildə bu rayonun əhalisi 7,208 nəfər olmuşdur. Rayonun paytaxtı Nyukasl şəhəridir. Onun şərq sərhədi Cənubi Dakota ştatının qərb xəttinə bitişikdir.
Tarixi Ueston qraflığı Vayominq ərazisinin qanunverici məclisi tərəfindən 12 mart 1890-cı ildə Kruk qraflığından ayrılan torpaqlar əsasında qurulmuşdur.
Qraflıq geoloq və geodezist Con Uestonun şərəfinə adlandırılmışdır. 1887-ci ildə Cefferson Ueston və Frenk Mondell, Nyukaslın şimalında zəngin kömür yataqlarını tapmağa nail oldular və nəticədə əraziyə dəmir yolu çəkildi.
1911-ci ildə Ueston və Kruk qraflığların ərazisindən alınaraq Kampbel qraflığı yaradıldı. O vaxtdan bəri, Ueston qraflığının sərhədləri sabit olaraq qaldı.
İstinadlar
Kateqoriya:Vayominq qraflıqları Kateqoriya:Ueston (Vayominq) Kateqoriya:1899-cu ildə yaranan yaşayış məntəqələri Kateqoriya:Blek Hills Kateqoriya:1890-cı ildə yarananlar