Kira Nikol Kosarin () amerikalı aktrisa və musiqiçi. Ən məşhur rolu Nickelodeon kanalında gedən İldırımadamlar teleserialında Fibi olmuşdur. 10 Aprel, 2019 tarixində , "Markasız" (ing Off Brand) adlı ilk albomunu çıxardı.
Erkən həyatı Kosarin gənc yaşlarında rəqs və gimnastika ilə məşğul olurdu. O, Boka Ballet Teatrında ballet dərsəri ilə məşğul olur, orta məktəb təhsilini isə Floridada yerləşən Payn Krest Məktəbində alırdı. Anası aktrisa, atası isə bəstəkar, dirijor olaraq çalışırdı ki, bu da Kosarini aktrisa olmağa ruhlandırdı. Aktrisalıq dərslərinə yazıldıqdan sonra, 2011-ci ildə öz karyerasını davam etdirmək üçün Kaliforniya ştatına köçür və orada Disneydən "Silkələ" teleserialı üçün dəvət alır.
Karyerası
Aktrisalıq Kosarin ilk aktrisalıq addımına Disney kanalında gedən "Silkələ" teleserialında oynamaqla başlayır. Məşhurluğu artdıqdan sonra, 2013-cü ildə Nickelodeon kanalından "İldırımadamlar" teleserialı üçün dəvət alır və bu teleserialda daha da məşhurlaşır. 2015-ci ildə, Nickelodeon kanalında keçirilən Kids' Choice Award Mükafatlandırımasında "Ən sevimli aktyor" mükafatına namizəd göstərilir lakin sonradan mükafat Laura Maranoya gedir. 2016-cı ildə yenidən Kids' Choice Award Mükafatlandırılmasında namizəd olur amma yenə də mükafatı ala bilmir. Lakin sonradan oynadığı "İldırımadamlar" teleserialının sevimli teleserial seçilməsi səbəbilə, o və komandası mükafata layiq görülür.
Aprel, 2019-cü ildə, Hulu şirkəti tərəfindən çəkilən qorxu dram teleserialı olan "Bir tük qədər xəfif"in ikinci sezonunda, Nadiya rolunda oynadığını elan edir.
Musiqidə Kosarinin musiqilərini paylaşdığı YouTube kanalı var. 24 Fevral, 2018-ci ildə, Kosarin ilk single olan "Cəsus" (ing Spy) musiqisini elan edir və mart ayının 16-da öz YouTube kanalında yayımlayır. 11 Yanvar, 2019-cu ildə, Kosarin növbəti single olan "Vinil" (ing Vinyl) adlı musiqisini yayımlayır .
Musiqiləri yüksək məşhurluq topladıqdan sonra, professional şirkət ilə çalışmağa davam edir.
Diskoqrafiya
Studiya albomları BaşlıqDetalları Markasız(ing. Off Brand) Çıxış tarixi: 10 Aprel, 2019 Etiketi: AWAL Formatları: MP3
Sinql musiqiləri BaşlıqİlAlbum"Təkrar" (ing Replay)2013Albomsuz"Cəsus" (ing Spy)2018Albomsuz"Vinil" (ing Vinyl)2019Albomsuz"47 Saat" (ing 47 Hours)Markasız (ing Off Brand)"Nifrət etdiyin qədər sev məni" (ing Love Me Like You Hate Me)"Bunu çölə çıxar" (ing Take this outside)
Filmoqrafiya +Televiziya rollarıİllərBaşlıqlarRollarıQeydlər2012SilkələRaina KumarBuraxılış: "Güləşmək"2013–2018İldırımadamlarFibi SandermenƏsas Rolda2014MöhtəşəmliklərTVÖzü kimiQonaq rol; buraxılış: "Cavan Meydanoxuması"2015One Crazy CruiseElli BouerTeleviziya kinosu (Nickelodeon)2015Nickelodeon Ho Ho BayramıÖzü kimiXüsusi buraxılış2016Rok MəktəbiŞahzadə OlivianaBuraxılış: "Adsız Orkestr"2016Təhlükəli HenriFibi SandermenXüsusi buraxılış: "Təhlükə və İldırım"2016Hell MətbəxdəÖzü kimiBuraxılış: "Pişikdöyüşləri başlasın"2016–2017Adadan qaçışÖzü kimi3 buraxılışda2017Nickelodeon Sevgililər Günü ÖzəlÖzü kimiXüsusi buraxılış2017Nickelodeon Yay mövsümü özəl kampÖzü kimiXüsusi buraxılış2018Lip Sync Battle ShortiesÖzü kimiBuraxılış: "Pişikgəzişi/Cəngəllik/Qızlarla bir axşam"2018Cəngavərlər KomandasıKikiBuraxılış: "Cəngavər olmaq İstərəm"2018Double DareÖzü kimiYarışmacı; buraxılış: "İldırım vs. İldırımqız"2018Hər şey Vaşinqton haqdaMaliyaBuraxılış: "Yo, Ağlasığmaz lazımsız şou"2019Yaxşı ProblemAriyaBuraxılış: "Valideynlər tərəfindən nəzarət olunmalıdır"2019UğurluŞenonTeleviziya kinosu (Nickelodeon); səs rolu2019Bir Tük qədər XəfifNadiyaÇəkimi davam edir.
Mükafat və nominasiyalar İlMükafatBölməVəzifəsiNəticəİstinad2015Kids' Choice AwardsSevimli TV aktrisasıİldırımadamlar2016Kids' Choice AwardsSevimli qadın TV aktrisasıİldırımadamlar2017Kids' Choice AwardsSevimli qadın TV aktrisasıİldırımadamlar2018Kids' Choice AwardsSevimli qadın TV aktrisasıİldırımadamlar
Həmçinin bax
İstinadlar
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Republic Records artistləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Aşkenazi yəhudiləri