Ukrayna Xarici İşlər Nazirliyi () — Ukrayna hakimiyyətinin xarici əlaqələrini icra edən dövlət orqanı. Ukrayna Xarici İşlər Nazirliyinə, Ukraynanın prezidenti tərəfindən qanunla müəyyən edilmiş qaydada nazir təyin edilir. Nazir prezidentin konstitusiya səlahiyyətlərinə aid məsələlər üzrə Ukrayna prezidentinə hesabat verir.

Tarixi Müstəqil bir dövlət olaraq Ukrayna, dövlətin adından xarici siyasət fəaliyyətlərini həyata keçirmək məcburiyyətində qaldı. Bu qurumun tarixi dərinliyi Boqdan Xmelnitski və Zaporojya Seçi tarixinə gedir. Əslində, dövlət quruluşu olaraq Ukraynanın Xarici İşlər Nazirliyi, XX əsrin əvvəllərindən - Rus inqilabının dövründən başlayır.

Ukrayna Xarici İşlər Nazirliyinin formalaşması, yeni, müstəqil dövlətin yaradılması və Ukrayna Mərkəzi Şurasının Birinci Universal Ukrayna Mərkəzi Şurası 10 iyun 1917-ci il tarixli elanına bağlıdır.

Qanunvericilik və icra hakimiyyəti orqanlarının formalaşması prossesi 16 iyul 1917-ci ildə İkinci Universal Mərkəzi Şura tərəfindən elan edilmişdir.

22 dekabr 1917-ci ildə, Ukrayna Xalq Partiyasının Baş Katibliyinin rəhbəri, Üçüncü Universal Mərkəzi Şurasını elan etdi. Vladimir Vinniçenko və etnik məsələlər üzrə baş katib Aleksandr Şulgin "Beynəlxalq əlaqələrin Baş katibliyinin formalaşması haqqında qanun layihəsi" imzaladılar. Layihə eyni gündə Ukrayna Xalq Respublikası hökumətinin iclasında təsdiq edildi.

12 yanvar 1918-ci ildə elan edilmiş Dördüncü Universal Ukrayna Mərkəzi Şura Ukraynanın xarici əlaqələrinin inkişafında əhəmiyyətli bir təkan verdi. Ukrayna Xalq Respublikası özünü müstəqil elan edir, Ukrayna heç kimdən asılı, müstəqil, azad, xalqının suveren hakimiyyətini davam etdirməyə başlayır. Ukrayna Sovet Sosialist Respublikası Müttəfiq rəhbərlik 1944-cü ilin fevral ayında USSR Xarici İşlər (Nazirliyi 1946-cı ildən) Respublika Komissarlığı qərarı yenidən hazırlandı. thumb|280px|Nazirlik Qərargahı İcraçı siyahısı Xristian Qeorgieviç — 1919 yanvar-1923 iyul Aleksandr Korneyçuk — 1944 5 fevral-13 iyul Dimitri Zaxaroviç — 1944-1952 А. М. Baranskovıy — 1952-1954Співпраця України та ЮНЕСКО Luka Fomiç — 1954-1966 Dimitri Zaxaroviç — 1966-1970 Qeorgi Qeorgieviç — 1970-1980 Vladimir Nikiforoviç — 1980-1985 Vladimir Alekseyeviç — 1985-1990 Anatoli Maksimoviç — 1990-1991

İdarəçi Ukrayna Konstitusiyasına görə dövlətin ən yüksək xarici siyasət fəaliyyətini Ukrayna prezidenti həyata keçirir. O həmçinin beynəlxalq münasibətlər üzrə ölkəni təmsil edir, beynəlxalq müqavilələri müzakirə edir və yekunlaşdırır.Rada appoints Poroshenko Ukraine's foreign minister (October 9, 2009)

Ukraynanın Səfirlik rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir. Xarici İşlər Nazirliyi Ukrayna Xarici İşlər Naziri - Hökumət üzvü, Ukraynanın Nazirlər Kabinetinə və Xarici İşlər Siyasətinə rəhbərlik edir. Nazir Ukraynanı ikitərəfli və çoxtərəfli danışıqlarda təmsil edir və beynəlxalq müqavilələr imzalayır. thumb|280px|ABŞ-nin 68-ci dövlət katibi Con Kerri ilə Ukraynanın Xarici İşlər Naziri Andrey Deşitsa SSRİ dağıldıqdan sonra Ukraynanın Xarici İşlər Nazirləri Anatoliy Zlenko — 1991-1994 və 2000-2003 (iki dəfə) Gennadi Udovenko — 1994-1998 Boris Tarasük — 1998-2000 və 2005-2007 (iki dəfə) Konstantin Qrişenko — 2003-2005 və 2010 - 2012 (iki dəfə) Arseni Yasenyuk — 21 mart 2007-4 dekabr 2007 (iki dəfə) Vladimir Oqrızko — 18 dekabr 2007-3 mart 2009 Petro Poroşenko — 9 oktyabr 2009-11 mart 2010 Konstantin Qrişenko — 11 mart 2010-24 dekabr 2012 Leonid Kojara — 24 dekabr 2012-23 fevral 2014 Andrey Deşitsa  — 27 fevral-19 iyun 2014 Pavel Klimkin — 19 iyun 2014-29 avqust 2019 Vadym Prystaiko — 29 avqust 2019-4 mart 2020 Dmitri Kuleba — 4 mart 2020-5 sentyabr 2024 Andrii Sybiha — 5 sentyabr 2024-

Həmçinin bax Xarici İşlər Nazirlikləri Ukrayna Respublikası Pavel Klimkin

İstinadlar

Xarici keçidlər Xarici İşlər Nazirliyinin rəsmi səhifəsi «Iсторiя та традицiї зовнiшньополiтичної служби України» Ukrayna üzvü olan beynəlxalq təşkilatların siyahısı

Kateqoriya:Ukrayna Xarici İşlər Nazirliyi