I Lüdovik və ya Böyük Lüdovik (; ) — Macarıstan, Xorvatiya və Polşa kralı.
1326-cı ildə Vişeqradda dünyaya gəldi. Atası Macarıstan və Xorvatiya kralı I Karl Robert, anası isə Polşa kralı I Vladislavın qızı Yelizavetadır. Atasıyla dayısı III Kazimir arasında 1338-ci ildə bağlanan sülhə əsasən, geridə oğul varisi qoymadan vəfat etməsi halında Lüdovik Polşa taxt-tacını miras almalı idi. Beləcə, hələ 12 yaşında ikən Polşa taxt-tacının varisi oldu.
Atasının vəfatının ardından 1342-ci ildə Macarıstan və Xorvatiya kralı ünvanı aldı. Atasının apardığı mərkəzi hakimiyyəti gücləndirmə siyasətini davam etdirdi. Tatarlara və litvalılara qarşı uğurlu hərbi əməliyyatlar tərtiblədi. Neapol kraliçası I Yuanna ilə evli olan kiçik qardaşı Kalabriya hersoqu Andreyin 1345-ci ildə sui-qəsdlə öldürülməsinin ardından, bu cinayətin arxasında kraliçanın olduğunu iddia etdi və bu səbəblə, 2 dəfə Neapol krallığına hərbi yürüş tərtiblədi. Burada geniş torpaqlar işğal etsə də, muzdlu əsgərlərinin yaratdığı iğtişaşlar əhalinin narazılığına səbəb olmuşdu. Bu səbəblə, bölgədə sevilmədi və 1351-ci ildə ordusunu bölgədən geri çəkməyə məcbur oldu.
Dayısı III Kazimirin 1370-ci ildə varissiz vəfat etməsinin ardından Polşa taxt-tacına sahibləndi. Ancaq 2 dəfə evlənməsinə baxmayaraq, oğul varisi yox idi və ölümündən sonra həm Polşa, həm də Macarıstan taxt-tacına qızlarının çıxmasını istəyirdi. Bu məqsədlə, yerli əyanların səlahiyyətlərini artıran qanunlar imzaladı.
Mənbə
Ədəbiyyat
[Partial preview] at Google Books.
İstinadlar
Kateqoriya:Macarıstan kralları Kateqoriya:Xorvatiya kralları Kateqoriya:Polşa kralları