thumb|300px|Azərbaycan Ermənistan Sərhədində ön cəphədə dayanan Azərbaycan Silahlı Qüvvələrinin Piyadaları 2020 Piyada — müvafiq döyüş tapşırıqlarının bilavasitə yerüstü şəraitdə icrasında ixtisaslaşmış və əsasən səyyar qaydada döyüş əməliyyatları həyata keçirən qoşun növü. Quru qoşunlarındakı əsas döyüş sinifidir. Müharibədə ən ön cəbhədə yer alan, lazım gəldikdə düşmən ordusu ilə qabaq-qabağa döyüşəcək əsgərlərdən formalaşdırılır. Piyadalar, timdən tabora qədər müstəqil birliklərin tərkibində xidmət edirlər.

Piyadanın əsas silahı avtomatdır.

Piyadanın müharibədə vəzifəsi: Atəş və manevrlər ilə düşmənə yaxınlaşmaq, onu əsir almaq, məhv etmək və ya atəş açaraq, yaxından döyüş və əks-hücum ilə düşmənin hücumunu dayandırmaq və düşməni geri çəkilməyə məcbur etməkdir. Bir bölgənin tam olaraq ələ keçirilməsi və nəzarət altında saxlanılması, ancaq piyada birliklərinin mövcudluğu ilə mümkündür.

Piyadalar öz vəzifələrinə görə müxtəlif siniflərə bölünürlər: Piyada, Mexanikləşdirilmiş Piyada, Motorlu piyada, Komando, Sərhəd, Tank əleyhinə, Minaatan və Hava-Desant Qüvvələri olaraq müəyyənləşdirilmişdirlər.

Qalereya

İstinadlar

Ədəbiyyat siyahısı

English, John A., Gudmundsson, Bruce I., On Infantry, (Revised edition), The Military Profession series, Praeger Publishers, London, 1994. . The Times, Earl Wavell, Thursday, 19 April 1945 In Praise of Infantry . Tobin, James, Ernie Pyle's War: America's Eyewitness to World War II, Free Press, 1997. Mauldin, Bill, Ambrose, Stephen E., Up Front, W. W. Norton, 2000. Trogdon, Robert W., Ernest Hemingway: A Literary Reference, Da Capo Press, 2002. The New York Times, Maj Gen C T Shortis, British Director of Infantry, 4 February 1985. Heinl, Robert Debs, Dictionary of Military and Naval Quotations, Plautus in The Braggart Captain (3rd century AD), Naval Institute Press, Annapolis, 1978. Nafziger, George, Napoleon's Invasion of Russia, Presidio Press, 1998. McManus, John C. Grunts: inside the American infantry combat experience, World War II through Iraq New York, NY: NAL Caliber. 2010 plus Webcast Author Lecture at the Pritzker Military Library on 29 September 2010.

Xarici keçidlər

Historic films and photos showing Infantries in World War I at europeanfilmgateway.eu In Praise of Infantry, by Field-Marshal Earl Wavell; First published in "The Times", Thursday, 19 April 1945. The Lagunari "Serenissima" Regiment KFOR: KFOR Chronicle. Web Version of U.S. Army Field Manual 3–21.8 – The Infantry Rifle Platoon and Squad. — includes several drawings

Kateqoriya:Əsgərlər Kateqoriya:Piyada qoşunları Kateqoriya:Döyüş peşələri