Killah P (tam adı: Pavlos Fissas; ; 10 aprel 1979, Afina, Yunanıstan — 18 sentyabr 2013, Afina, Yunanıstan) — Yunanıstan repçisi.

Həyatı Erkən illəri

Ölümü 2013-cü il sentyabrın 17-də Pavlos həyat yoldaşı və 8-10 nəfərlə Afinanın Keratsini rayonunda futbol oyununa baxmaq üçün kafeyə getmişdi. Həmin gecə saat 23:57 radələrində polisə Keratsinidə beysbol bitaları ilə silahlanmş 50 nəfər dəstə haqqında zəng olunmuşdu. Dəstə "Coral" kafe-mağazasına tərəf gedirdi. Saat 23:59-da 8 nömrəli polis dəstəsinə kafeyə girmə təlimatı verildi. Polis kafeyə daxil olanda, artıq 30 nəfər artıq küçədə toplanmışdı və Talsdari prospektinə doğru qaçmağa başladılar, harada ki, 60 nəfərdən ibarət bir dəstə artıq yığılmışdı. Orada polis Pavlosu bıçaq yaraları ilə tapdı. Pavlos huşunu itirməmişdən əvvəl, hadisə yerində olan Giorgios Rupakiası hücüm edən şəxs kimi göstərmişdir. Bundan sonra Rupakias həbs olundu. Pavlos Fissas Nikea xəstəxanasına çatdırılsa da, orada vəfat etmişdir.

Giorgios Rupakias Yunanıstanda fəaliyyət göstərən ultra faşist Qızıl Şəfəq partiyasının ofisinin kafesində işləyirdi. O, Pavlosun qətlini təsdiq etsə də, onu ev dustaqlığında saxlayırdılar.

Şəxsi həyatı

İrsi 2014-cü ilin sentyabr ayında Pavlosun qətlə yetirildiyi yerdə, onun şərəfinə abidə ucaldılmışdır.

Diskoqrafiya Pavlos Fissasın mahnılarında anti-faşizm, dostluq, ailə, həyat və ictimatiyyətdə olan problemlər əks olunurdu.

İstinadlar

Kateqoriya:Afinada doğulanlar Kateqoriya:Afinada vəfat edənlər Kateqoriya:Yunanıstan repçiləri Kateqoriya:Sui-qəsd qurbanları Kateqoriya:Yunanıstan müğənniləri