() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Şərqi Asiyada dəniz səviyyəsindən 2500 m yüksəklikdə daşlı-qayalı yerlərdə yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 2–3 m-ə qədər, sallaq, yumşaq, bəzən isə sarılan tikanlı budaqları olan bitkidir. Tamkənarlı yarpaqları dəstə ilə çıxır. Çiçəkləri açıq bənövşəyi rənglidir, iyuldan-sentyabra qədər çiçəkləyir. Qırmızı rəngli giləmeyvələri sentyabr-oktyabrda yetişir. Toxum və pöhrələrlə çoxalır.

Ekologiyası Torpağa tələbkar deyil, şaxtaya davamlıdır.

Azərbaycanda yayılması Bakıda bir çox parklarda mədəni şəraitdə becərilir.

İstifadəsi Meyvəsinin tərkibində 21 mikroelement və 18 amin turşusu vardır ki, bunlardan da təbabətdə geniş istifadə edilir. Meyvələrinin yetişməsi mərhələsində çox dekorativ görünür. Abşeronda canlı çəpərlərin salınmasında istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Filip Miller tərəfindən adlandırılmış taksonlar Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Şərqi Asiya florası