Mariyana Mateus (serb. Marijana Mateus / Маријана Матеус, Qızlıq soyadı Mariyana Çoliç, serb. Marijana Čolić; ) — Serbiyalı iş adamı, model, moda dizayneri, The Marijana Matthaeus Collection və Lux Uniforma markalarının təsisçisi və yaradıcı direktorudur.
Bioqrafiya Uşaq vaxtı Mariyana və anası dəfələrlə Belqradda moda nümayişlərini ziyarət etmişdi. 1990-cı ildə "Obuća Metro" şirkətini açaraq ayaqqabı satışına başladı və 1996-cı ilə qədər bura rəhbərlik etmişdi. 1999-cu ildə Nyu-Yorkda Labin Biznes Məktəbini bitirmişdir və həmçinin sertifikatlaşdırılmış müəllimdir (bakalavr). 2003-cü ildə ilk moda mağazasını Budapeştdə, 2007-ci ildə Salzburqda açdı. 2006-cı ildə, model olaraq, Dünya Kuboku ərəfəsində Samsung reklam kampaniyasının üzü oldu. 2009-cu ildə Mariyana, Mariyana Class (indi Mariyana Matteus Koleksiyası) moda etiketini təsis etdi və eyni il Belqrad Moda Həftəsi zamanı moda nümayişi etdi. 1 iyun 2010-cu ildə çimərlik paltarları kolleksiyasını təqdim etdi , Serbiya milli gözəllik yarışlarının ulduzları şouda iştirak etmişdi. B., E. (27 May 2010).. "Marijana Mateus kreira kupaće kostime" (in Serbian). Retrieved 28 October 2011. 2010-cu ildən bəri Mariyana, Lux Uniforms, biznes kostyum markası və üst geyim markası olan Andaj şirkətinin sahibidir. 17 Mart 2011-ci ildə Mariyana Belqradda Moskva otelində "I Am Mariana" adı altında moda nümayişi təşkil etdi. Marijana Mateus kreira kupaće kostime Mondo. 17 March 2011. Retrieved 5 February 2013. Həmin ilin sentyabr ayında isə Black & White World kolleksiyası nümayiş olundu. Crno-beli svet Marijane Mateus Story (21 September 2011). 2012-ci ilin may və dekabr aylarında Novi Sad, Serbiya Xalq Teatr binasında, Flora Moda Kolleksiyası nümayiş olundu , sonra Belqradda Moskva otelində Allure Barok adı altında təqdimat baş tutdu.
Şəxsi həyatı İki dəfə ailə həyatı qurmuş, ilk evliliyindən 3 uşağı var. O, London, Budapeşt və Belqradda mənzillərə malikdir. Serb, ingilis, italyan, macar və alman dilində sərbəstdir. Ehtiyacı olan qadın və uşaqları dəstəkləmək üçün çoxsaylı xeyriyyə təşəbbüsləri ilə tanınır.Karanović, Zorica (10 April 2008)."Marijana Mateus: Žena koja živi kako želi" Puls (in Serbian). Retrieved 28 October 2011.
İstinadlar
Xarici keçidlər Official website Lux Uniforms Andaj