Pərvanə İbrahimova (qızlıq soyadı: Qurbanova; tam adı: Pərvanə Yəhya qızı İbrahimova; ) — siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri (2010-cu ildən) və Beynəlxalq jurnalistika kafedrasının dosenti.

2015-ci ildə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalına layiq görülüb. Hazırda Medianın İnkişafı Agentliyində fəaliyyət göstərir.

Təhsili, elmi dərəcə və elmi adları 1984-1994-cü illərdə Gəncə şəhəri 24 saylı orta məktəbdə oxuyub. 1994-1998-ci illərdə Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika ixtisasını bakalavriat səviyyəsi üzrə fərqlənmə diplomu ilə bitirib. 1998-2000-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə başa vurub. 2002-2007-ci illərdə Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının "Jurnalistika" ixtisası üzrə dissertantı olub. 2011-ci ildə "Beynəlxalq təşkilatların Dağlıq Qarabağ probleminə dair mövqeyi Azərbaycan mətbuatında (1988-2005-ci illər)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, siyasi elmlər üzrə fəlsəfə doktoru adına layiq görülüb.

Əmək fəaliyyəti 1998-2000-ci illərdə müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib. 2000-2010-cu illərdə Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis vəzifəsində çalışıb. 2005-2007-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında saathesabı dərslər aparıb. 2007-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında 0,5 ştat müəllim vəzifəsində fəaliyyət göstərir. 2010-cu ildən Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində çalışır. 20-dək elmi məqalə, 10 kitab və 200-dək publisistik məqalənin müəllifi və tərtibçi-müəllifidir.

Kitabları "Dumanda itən vətən" — Bakı, 2004. "A.Məhərrəmov. Biblioqrafiya" — Çaşıoğlu Elm İstehsalat Firması. — Bakı, 2010. — Səhifələrin sayı: 512. (həmmüəlliflə) "Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında" — Nurlar nəşriyyatı. — Bakı, 2014. — Səhifələrin sayı: 536. "Бакинский государственный университет: 15 лет в зеркале прессы" — Nurlar nəşriyyatı. — Bakı, 2014. — Səhifələrin sayı: 536. "Baku State University: 15 years in media" — Nurlar nəşriyyatı. — Bakı, 2015. — Səhifələrin sayı: 552. "Professors of Baku State University" — Bakı Universiteti nəşriyyatı. — Bakı, 2015. — Səhifələrin sayı: 464. (buraxılışa məsul) "Профессора Бакинского государственного университета" — Bakı Universiteti nəşriyyatı. — Bakı, 2015. — Səhifələrin sayı: 504. (buraxılışa məsul) "Бакинский государственный университет" — Bakı Universiteti nəşriyyatı. — Bakı, 2017. — Səhifələrin sayı: 652. (buraxılışa məsul) "Ömür yolu" — Nurlar nəşriyyatı. — Bakı, 2017. — Səhifələrin sayı: 360. "Azərbaycan kimyaçıları" — Bakı Universiteti nəşriyyatı. — Bakı, 2017. — Səhifələrin sayı: 496. (redaksiya heyətində), "Jurnalistika: Dünyanın aparıcı informasiya agentlikləri, Azərbaycanda informasiya agentliklərinin təşəkkülü və inkişaf perspektivləri, Beynəlxalq jurnalist hərəkatı" — Nurlar nəşriyyatı. — Bakı, 2017. (həmmüəlliflə, dərs vəsaiti)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Siyasi elmlər üzrə fəlsəfə doktorları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Ağbabada doğulanlar