Güvən Yalçın (; ) — "Beşiktaş"da hücumçu mövqeyində çıxış edən Türkiyə futbolçusu.
Klub karyerası
Bayer Leverkuzen Güvən Yalçın 2006-cı ildə 7 yaşında olarkən "Bayer Leverkuzen" komandasının futbol məktəbinə qəbul edilmiş və orada oynamağa başlamışdır. 2016-cı ildə "Bayer Leverkuzen" U-17 komandası ilə Almaniya çempionluğu yaşamışdır. 26 qarşılaşmada vurduğu 12 qol ilə komandasının çempionluğunda pay sahibi olmuşdur. 2016–2017-ci illər mövsümündə "UEFA Gənclər Liqasında" 6 qarşılaşmada forma geyinmişdir.
Beşiktaş
2018-2019-cu illər mövsümü 27 iyul 2018-ci ildə Türkiyə Super Liqasında çıxış edən klublardan olan "Beşiktaş"a transfer edilmişdir. Yeni komandasında ilk oyununa "UEFA Avropa Liqası"nın təsnifat mərhələsində oynadıqları "Partizan" klubuna qarşı matçda çıxmışdır. 29 sentyabr 2018-ci ildə "Kayserispor" ilə oynanan qarşılaşmanın son dəqiqələrində Rikardo Kuarejmanın yerinə meydana daxil olaraq ilk liqa oyununa çıxmışdır.
Milli komanda karyerası 2020-ci ildə keçiriləcək olan futbol üzrə Avropa Çempionatının təsnifat mərhələsində Türkiyə milli futbol komandasının Albaniya və Moldova milliləri ilə oynayacağı qarşılaşmaların iştirak ərizəsinə baş məşqçi Şənol Günəş tərəfindən daxil edilmişdir. Bu da futbolçunun Türkiyənin futbol üzrə əsas millisinə ilk dəvəti olmuşdur.
İstinadlar
Kateqoriya:Cenoa FK futbolçuları Kateqoriya:Legioner Türkiyə futbolçuları Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:Türkiyə U-21 milli futbol komandasının oyunçular Kateqoriya:Türkiyə U-17 milli futbol komandası futbolçuları Kateqoriya:Türkiyə U-19 milli futbol komandası futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Leççe FK futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Türkiyənin kişi futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyə milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Türkiyə əsilli Almaniya şəxsləri Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular