Azərbaycanın su anbarları — Azərbaycan Respublikasında mövcud olan su anbarları.
Respublika ərazisinin çox hissəsini quraqlıq iqlim təşkil edir. Buna görə də quraq iqlim bölgələrində suvarma əkinçiliyi sahələrini genişləndirmək, üzüm və meyvə bağlarını su ilə təmin etmək məqsədilə bir çox kiçik və böyük su hovuzları (su anbarları, su qovşağı, sututarlar) yaradılmışdır. Yayda yağıntıların miqdarı kənd təsərrüfatı bitkilərinin suya olan təlbatını təmin etməyən Lənkəran-Astara zonası kimi il ərzində bol yağıntı alan sahələrdə belə suvarmanı təmin etmək məqsədilə bir sıra rayon və kənd su anbarları tikilmişdir. Respublika ərazisində 140-dan çox su anbarı var və bu su anbarlarından yalnız 61-nin həcmi 1 mln. m3-dən çoxdur. Su anbarlarının ümumi tam həcmi 21,5 km3 təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları) həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılıb. Su anbarlarının əksəriyyəti fəsillik nizamlanır və suvarma üçün istifadə olunurlar. Kür, Araz və Tərtər çaylarında yaradılmış su anbarları və SES-lər – Şəmkir, Mingəçevir, Yenikənd, Varvara, Araz və Sərsəng kompleks təyinatlı su təsərrüfatı obyektləridir və energetika, suvarma, su təchizatı və s. üçün istifadə olunurlar.
Respublikanın ən iri Mingəçevir su anbarı 1953-cü ildə istismara verilib, çoxillik tənzimləmə rejimində işləyir, Kür çayının axımı onun aşağı axınında tamamilə tənzimlənib və subasma hallarının qarşısı alınıb. Su anbarlarının yaradılması su ehtiyatı və enerjisindən səmərəli istifadə üçün görülən əsas tədbirlərdəndir. Böyük su anbarları ("Mingəçevir", "Şəmkir", "Araz su qovşağı", "Sərsəng") kompleks əhəmiyyətə malik olduğu halda, digər su anbarlarının əksəriyyəti irriqasiya məqsədilə tikilmişdir.
Siyahı № Su anbarı Sahəsi, km² Həcmi, km³ 1. Mingəçevir su anbarı60515.730 2. Şəmkir su anbarı1162.680 3. Yenikənd su anbarı23.21.580 4. Araz su anbarı 145 1.254 5. Sərsəng su anbarı 14.2 0.565 6. Taxtakörpü su anbarı 8.71 0.270 7. Ceyranbatan su anbarı 13.9 0.186 8. Ağstafa su anbarı 6.3 0.120 9. Varvara su anbarı 22.5 0.060 10. Xanbulançay su anbarı 24.6 0.052 11. Xaçınçay su anbarı 1.76 0.023 12. Qız Qalası su anbarı 13. Zoğalavaçay su anbarı 0,46 0,0034 14. Xudafərin su anbarı 15. Suqovuşan su anbarı 58016Güney Zağalı su anbarı0.474.2 mln m3
Tikilən su anbarları 2023-cü ilin aprelində İlham Əliyev "Yengicə su anbarının tikintisi haqqında" sərəncam imzalayıb.
Qalereya
Həmçinin bax Azərbaycanın daxili suları Azərbaycan çayları Azərbaycan gölləri Azərbaycan şəlalələri
İstinadlar
Mənbə Azərbaycanın çayları, gölləri və su anbarları İlham Əliyev Tərtər rayonunda Suqovuşan su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib İlham Əliyev Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb