() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Şimali Amerika hesab olunur.

Botaniki təsviri Uzunluğu 3–4 m olan oduncaqlı lianadır. Zoğları qırmızı, silindrik, çoxsaylı qabıqlarla və bığcıqlarla örtülmüşdür. Tumurcuqların bığcıqları üzbəüz yerləşir, yarpaq ayası enli, hamardır. Yarpaqları beş bəzən üç hissəlidir, saplağı az tükcüklü, sonradan açıq-qonur rəngli olur. Yarpaq ayaları yumurtaşəkilli, dərili, üstü tünd yaşıl və parlaq, alt hissəsi daha açıq və damarcıqlarında bir qədər tükcüklüdür, uzunluğu 10–20 sm-ə çatır. Kənarları küt dişli, çiçəkləri ikicinslidir, xırda çiçəkləri çılpaq çiçək saplağında yerləşən qalxanlara yığılmışdır. İyun-iyulda çiçəkləyir. Meyvələri kiçik və yeməli olmayan göyümtül-qara giləmeyvələrdir. Sentyabr-oktyabrda yetişir.

Ekologiyası Rütubət sevən, quraqlığa davamlı bitkidir.

Azərbaycanda yayılması Böyük və Kiçik Qafqazda, Kür-Araz ovalığında, Talışda və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi Dekorativ bitki kimi Abşeronda çox vaxt canlı hasarların salınmasında, binaların tozdan, zəhərli qazlardan mühafizəsində istifadə olunur. Onun əlvan-mürəkkəb yarpaqları yayda parlaq yaşıl, payızda tünd qırmızı və ya bənövşəyi rəngdə olur. Ddivarların, çəpərlərin üzərini tamamilə örtür və onları bəzəyir. Liana tez böyüyür, dirəyə bığcıqların köməyilə dırmaşır.

Sinonimləri

Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları