Təhminə Milani (, ) — Azərbaycan əsilli İran rejissoru, ssenaristi, prodüseri .

Həyatı Təhminə Milani 6 sentyabr 1960-cı ildə Təbriz şəhərində anadan olmuşdur. Ali təhsilini 1986-cı ildə Tehranda Elm və Tenxologiya İnstutunda memarlıq ixtisası üzrə başa vurmuşdur . Bir müddət yardımçı ssenarist və rejissor köməkçisi işlədikdən sonra 1989-cu ildə rejissor olaraq ilk filmi "Uşaqların boşanması" filmi ilə karyerasına başlamışdır.

Karyerası Feminist baxışları ilə seçilən rejissor öz filmlərində qadın haqları, 1979-cu il İran İnqilabı ilə bağlı məsələlərə toxunmuşdur.

Milani filmlərinin ən başlıca mövzularından biri mühafizəkar rejimdən əziyyət çəkən cəsarətli qadınlar olmuşdur. Onun ilk filmlərinin mövzusu əfsanə və rəvayətlərə söykənirdi. Məsələn 1990-cı ildə çəkilən "İç çəkiş əfsanəsi " filmində yazıçı kimi uğursuzluğa düçar olmuş bir qadının həyata bədbin baxışından söz açılır. Sonra o, dünyada daha böyük dərdləri olan amma hələ də xoşbəxt olmağı bacaran qadınlarla tanış olur.

İki il sonra Milani digər filmi "Bu dəfə nə edəcəksən?" filmini çəkir. Bu filmdə də gənc bir qızın həyatından bəhs olunur. İran sezuraçıları filmdəki qız obrazını gənc oğlan obrazı ilə dəyişdirilməsi üçün təzyiq göstərdilər. Mühafizəkarlar Milaniyi gənc qadınları mövcud sistemə qarşı qaldırmaqda günahlandırdırmasına baxmayaraq, o bütün bu ittihamları rədd etdi.

Tezliklə Milani "İki qadın" və " 5-ci reaksiya" filmlərinə görə mükafatlara layiq görüldü.

2001-ci ildə o, "Gizlənmiş yarı" filminə görə anti-inqilabi fəaliyyətdə ittiham edilərək, Məhəmməd Hatəmi hökumətinin filmə icazə verməsinə baxmayaraq həbs edildi. Frensis Ford Koppola və Martin Skorsezenin hökumətə ünvanlanmış xahişlərindən sonra azad olan rejissor 2 həftə həbsdə olmasına baxmayaraq, rəsmi ittihamlar tam olaraq ləğv edilmədi.

Milani 2005-ci ildə "İstənməyən qadın" filmini tamamlayır. Rejissorunbir digər filmi 50-ci reaksiya filmində həyat yoldaşının ölümündən sonra bütün varlığını, evini və uşaqlarını tərk edən qadından söz açılır. Film 2003-cü ildə yayımlanır.

Milani düşünürdü ki, İranlı qadın və kişilərin ikili həyat yaşamaları cəmiyyətin ən böyük problemlərindən biridir. Onun fikrincə, cəmiyyətin təzyiqi ilə hər iranlı vətəndaş evdə ayrı, digər insanların arasında ayrı həyat tərzi sürürlər.

2011-ci ildə rejissorun "İkimizdən biri" adlı filmi tamaşaçılara təqdim olundu .

Filmoqrafiyası +Filmin adıOrginal adıİliUşaqların boşanmasıBach'che'hā-ye Talāgh 1989İç çəkən əfsanəsiAfsāneh-ye Āh1991Başqa yeni nə var?Digeh che khabar? 1992İki qadınDo Zan1999Gizli yarıNimeh-ye Penhān 200150-ci reaksiyaVakonesh Panjom 2003İstənməyən qadınZan-e Ziadi2005AtəşkəsAtash Bash2006Hesabı təyin etməkTasvie Hesab 2007Superstar2008İkimizdən biriYeki Az Ma Do Nafar2011Açılmamış yol Mali 2018

Mükafatları

2006 - "Ən yaxşı rejjisor", "Ən yaxşı film", 51-ci Asiya Pasifik Film festivalı, "İstənməyən qadın" filmi 2005 - "Ən yaxşı film", Los Anceles Film festivalı, "İstənməyən qadın" filmi 2003 - "Ən yaxşı film", Cenevrə "Tam ekran sinema" Film festivalı, "50-ci reaksiya" filmi 2003 - "Ən yaxşı film" , 27-ci Qahirə Beynəlxalq Film festivalı, "50-ci reaksiya" filmi 2001 - "Ən yaxşı bədii töhfə", 25-ci Qahirə Beynəlxalq Film festivalı, "Gizli yarı" filmi İstinadlar

Kateqoriya:İran kinorejissorları