2026 — üçüncü minilliyin və 21-ci əsrin 26-cı ili. Bu il ərzində ABŞ Venezuela və İrana qarşı əməliyyatlar keçirmiş, Kuba böhranına və 2026 Hörmüz boğazı böhranına səbəb olmuşdur. Qrenlandiya böhranı isə davam etmişdir.
Yanvar 1 yanvar — Bolqarıstan pul vahidi olaraq avronu qəbul etmişdir. 3 yanvar — ABŞ Venezuelaya hücum etmiş, Nikolas Maduro və həyat yoldaşını qaçırmışdır. Daha sonra Venezuela hökuməti ABŞ hökuməti ilə neft razılaşmasına getmişdir. Həmçinin bax: Donald Trampın prezidentliyi dövründə ABŞ ekspansionizmi 3 yanvar — Kuba böhranının başlanması. 8–9 yanvar — 2026-cı il İran qırğınları (İran etirazları (2025–2026) çərçivəsində) 9 yanvar — Yəməndə separatçı Cənub Keçid Şurası fəaliyyətini dayandırmışdır. 14 yanvar — Qrenlandiya böhranına görə, Danimarka və bir sıra Avropa ölkələri "Arktika Dözümlülüyü" əməliyyatına başlamışdır. 20 yanvar — Suriya Demokratik Qüvvələri ərazisinin çoxunu itirmiş və bu ərazilər Əhməd əş-Şaraanın başçılıq etdiyi Suriya hakimiyyəti tərəfindən ələ keçirilmişdir. 22 yanvar ABŞ Ümumdünya Səhiyyə Təşkilatında üzvlükdən çıxmışdır. Sülh Şurasının təsisedici nizamnaməsi imzalanmışdır. 26 yanvar — yalnız süni intellektin (Sİ) qarşılıqlı əlaqə qura bildiyi sosial şəbəkə olan Moltbook açılmışdır. 27 yanvar — Hindistan və Avropa İttifaqı arasında Azad Ticarət Sazişi imzalanmışdır. 28 yanvar — Baramatidə Learjet 45 qəzası 30 yanvar Epşteyn sənədləri ilə bağlı 3 milyon səhifə cəmiyyətə təqdim edilmişdir. Ketrin Ohara vəfat etmişdir.
Fevral 5 fevral — Qondarma Dağlıq Qarabağ Respublikasının liderlərinin məhkəməsində təqsirləndirilən şəxslərə qarşı hökm çıxarılaraq onların hamısını təqsirli bilinmişdir. Arayik Harutyunyan, David Babayan, David İşxanyan, Levon Mnatsakanyan və David Manukyan ömürlük həbs cəzasına məhkum edilmişdir. Digər on təqsirləndirilən şəxs 15 ildən 20 ilə qədər həbs cəzasına məhkum olunmuşdur. 17 fevral 2026-cı ildə Ruben Vardanyan da 20 il həbs cəzasına məhkum edilmişdir. 6–22 fevral — 2026 Qış Olimpiya Oyunları 10 fevral — Azərbaycan və ABŞ rəsmiləri strateji tərəfdaşlıq haqqında xartiya imzalamışdır. 26 fevral — 2026 Əfqanıstan-Pakistan münaqişəsinin başlanma tarixi 28 fevral — İran müharibəsinin başlanma tarixi. Əli Xameneinin öldürülməsi.
Mart 2 mart — 2026 Livan müharibəsi başlamışdır. 5 mart — İranın Naxçıvana zərbələri 8 mart — Müctəba Xamenei İranın ali dini lideri seçilmişdir. 15 mart — Oskar mükafatı (2025) 17 mart Əli Laricani İsrail tərəfindən qətlə yetirilmişdir. Gürcüstan Patriarxı II İliya vəfat etmişdir. 19 mart — Çak Norris vəfat etmişdir. 26 mart — Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Şimali Koreya Sədri Kim Çen In iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamışdır. 29 mart — Rasim Balayev vəfat etmişdir. 30 mart — Kosova Beynəlxalq Sabitləşdirmə Qüvvələri üçün qoşun göndərməyə razılaşmışdır.
Aprel |300px|thumb|right|Artemida-2 tərəfindən çəkilmiş Yerin tam fotosu. 300px|thumb|right|İmperator pinqvini iqlim dəyişikliyinə görə Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən nəsli kəsilməkdə olan növ sayılmağa başlanmışdır. 1 aprel — NASA Artemida-2 kosmik missiyasını başlatmışdır. Bu, 1972-ci ildən bəri ilk ekipajlı uçuşdur. 2 aprel Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü keçirilmişdir. Qəbul edilən bəyanatda kritik minerallar, nüvə enerjisi, süni intelekt və kosmik texnologiyalar kimi məsələlərə yer verilmişdir. Qazaxıstan Azərbaycanla müvafiq hökumətlərarası saziş imzalamaqla Transxəzər nəqliyyat marşrutunun institusional statusunu artırmağı planlaşdırdığını bəyan etmişdir. Tramp yolunun da bu marşrutla əlaqələndiriləcəyi elan edilmişdir. 3 aprel — Azərbaycan–Hindistan münasibətləri: Azərbaycan və Hindistan rəsmiləri görüşərək enerji, ticarət, turizm və təhsil sahələrində əməkdaşlığı artırma yollarını müzakirə etmişdir. 6 aprel Ukrayna və Suriya ölkə səfirliklərini bərpa etməyə qərar vermişdir. Artemida-2 heyəti insanların Yerdən maksimum uzaqlaşdığı məsafənin rekordunu qırmışdır (406 min 771 kilometr). Yerin batması şəkli çəkilmişdir. 7 aprel Gürcüstan–Qazaxıstan münasibətləri: Gürcüstan və Qazaxıstan rəsmiləri ölkələr arası əlaqələrin strateji səviyyəyə yüksəlməsini və Transxəzər nəqliyyat marşrutunun artan rolunu müzakirə etmişdir. Almaniya–Qazaxıstan münasibətləri: Qazaxıstan və Almaniya Trans-Xəzər marşrutunu müzakirə etmişdir. İran müharibəsində 2 həftəlik atəşkəs razılaşdırılmışdır. 9 aprel — İmperator pinqvini Beynəlxalq Təbiəti Mühafizə Birliyi tərəfindən iqlim dəyişikliyinə görə nəsli kəsilməkdə olan növ sayılmağa başlanmışdır. 10 aprel Özbəkistanda Əmir Teymurun 690 illiyi dövlət səviyyəsində qeyd olunmuşdur. "Əmir Teymur və Teymurilər sivilizasiyasının dünya tarixi və mədəniyyətində rolu və əhəmiyyəti" adlı elmi konfrans keçirilmişdir. Daşkənddə Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi ilə Bakıdakı Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 11 aprel — Pakistan–Səudiyyə Ərəbistanı Strateji İkitərəfli Müdafiə Müqaviləsi: Pakistan hərbi kontingenti Səudiyyə Ərəbistanında yerləşdirilmişdir. Bu iki ölkə arasındakı müqaviləyə əsasən edilmişdir. 12 aprel — Viktor Orban seçkidə uduzduğunu qəbul etdikdən sonra Peter Magyar Macarıstan seçkilərinin qeyri-rəsmi qalibi olmuşdur. 13 aprel — Rusiyada azərbaycanlılara qarşı insident: Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinski müvafiq olaraq 9 il və 8 il həbsə məhkum edilmişdir. 15 aprel — Azərbaycan Hava Yollarına məxsus Embraer 190 qəzası: Azərbaycan və Rusiya 2024-cü ildə Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəlmişdir. 19–22 aprel — Argentina Prezidenti Xavyer Mileyin İsrailə səfəri. 28 aprel Birləşmiş Ərəb Əmirlikləri OPEC üzvlüyündən çıxacağını elan etmişdir. Kanadanın Avropa Siyasi İcmasının Ermənistan sammitində iştirak edəcəyi elan edilmişdir.
May thumb|300px|2026 Moskva Qələbə Günü Paradında dövlət rəhbərləri 1 may Birləşmiş Ərəb Əmirlikləri OPEC təşkilatından rəsmi şəkildə çıxmışdır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanlığı məlumat vermişdir ki, Fars körfəzinin idarə olunması üzrə yeni qaydalar və şərtlər İranın ali rəhbəri Müctəba Xamenei tərəfindən müəyyən ediləcək. 2026 Avropa Parlamenti–Azərbaycan böhranının başlanması. 6 may — Şimali Koreya Cənubi Koreya ilə yenidən birləşməklə bağlı maddəni konstitusiyasından çıxartmışdır. 9 may — 2026 Moskva Qələbə Günü Paradı 12–16 may — Avstriyada 2026 Avroviziya Mahnı Müsabiqəsi 15 may — Qazaxıstanda Türk Dövlətləri Təşkilatının Türküstan Zirvə görüşü 17–22 may — Azərbaycanda XIII Ümumdünya Şəhər Forumu (WUF13)
İyun 7 iyun — Ermənistanda parlament seçkiləri (2026)
İyul 9 iyun–19 iyul — Şimali Amerikada 2026 FİFA Dünya Kuboku
Avqust 26 avqust — Nepalda sel fəlakəti
Ölüm hadisələri
Həmçinin bax 2026-cı ildə Azərbaycan mədəniyyəti 2026-cı ilin ABŞ filmlərinin siyahısı 2026-cı ildə ABŞ televiziyası
İstinadlar
Kateqoriya:2026-cı ildəki hadisələr