thumb|Optik liflərdən ibarət dəst Fiber-optik və ya optik lif — şüşə və ya plastikin çəkilməsi (həmçinin ekstruziyası) üsuluyla əldə edilən, diametrcə insan tükündən bir qədər qalın əyilgən, şəffaf lif. Optik liflər elektrik kabellərinə nəzərən daha böyük ötürmə sürətinə malik olur ki, bu da verilənləri geniş buraxılış zolağında çox uzaq məsafələrə ötürməyə imkan verir.
Burada liflər metal məftilləri əvəz edir, çünki onlar siqnalları daha az itki ilə ötürür; bundan başqa liflər elektromaqnit maneələrinə qarşı dözümlüdür, amma metal məftillər üçün vəziyyət tam əksinədir. Həmçinin, liflər dəst şəklində bağlanılır və beləliklə fiberskopa oxşar olaraq burada da işıq və ya təsvir bir yerdən başqa yerə ötürülür. Xüsusi olaraq hazırlanmış liflər müxtəlif tətbiqlər üçün istifadə olunur, bunlardan bəziləri lifli optik sensorlar və lifli lazerlərdir.
Adətən, optik liflər sındırma əmsalı lif maddəsinin sındırma əmsalından kiçik olan örtük materialı ilə əhatə olunmuş nüvədən ibarət olur. İşıq lifin nüvəsi daxilində dalğaötürənlərin iş prinsipinə oxşar şəkildə yayılır.Senior, pp. 12–14 Çoxlu yayılma yollarını və ya eninə modları dəstəkləyən liflər çoxmodlu (multimod) liflər, bir modu dəstəkləyənlər isə birmodlu (monomod) liflər adlanır. Ümumiyyətlə, çoxmodlu liflərin nüvəsi daha böyükdür və onlar rabitədə böyük gücləri qısa məsafələrə ötürmək üçün tətbiq olunur. 1000 metrdən (3300 fut) uzun olan əksər kommunikasiya əlaqələri üçün təkmodlu liflərdən istifadə olunur. thumb|Texniki heyət 432 ədəd lifi olan kabeli Midtaun Manhettenin (Nyu York) küçələri altına quraşdırır. Optik liflərin aşağı itkilərlə birləşdirilməsi optika rabitə üçün çox vacibdir.Senior, p. 218 Bu elektrik naqilini və ya kabelini birləşdirməkdən daha mürəkkəbdir və liflərin diqqətlə kəsilməsini, lif nüvələrinin dəqiq uyğunlaşdırılmasını və bu nüvələrin düzgün birləşdirilməsini əhatə edir. Daimi əlaqə tələb edən tətbiqlər üçün qaynaq birləşməsi adi haldır. Bu üsulda liflərin uclarını birlikdə əritmək üçün elektrik qövsündən istifadə olunur. Başqa bir yayğın üsul, liflərin uclarını mexaniki qüvvələr hesabına kontakt vəziyyətində saxlayan mexaniki birləşmədir. Müvəqqəti və ya yarımdaimi birləşmələr xüsusi konnektorlar vasitəsilə həyata keçirilir.Senior, pp. 234–235
Optik liflərin layihələndirilməsi və tətbiqi ilə məşğul olan tətbiqi elm və mühəndislik sahəsi lifli optika adlanır. Bu termin lifli optikanın atası kimi tanınan hind əsilli amerikan fiziki Narinder Sinq Kapani tərəfindən təklif edilmişdir.
Tarix thumb|Bir ucunda qırmızı işıq saçan TOSLINK lifli optik audio kabeli işığı digər uca ötürür Lifli optikanın əsas iş prinsipi olan işığın sınma yoluyla ötürülməsi ilk dəfə 1840-cı illərin əvvəllərində Parisdə Daniel Kolladon və Jak Babine tərəfindən nümayiş etdirilmişdir. Con Tindal 12 il sonra bu nümayişi Londonda verdiyi açıq mühazirələrə daxil etmişdir. Həmçinin Tindal 1870-ci ildə işığın təbiətinə həsr olunmuş giriş kitabında tam daxili qayıtma xassəsi haqqında da yazırdı:
İşıq havadan suya keçəndə sınmış şüa perpendikulyara doğru meyil edir … Şüa sudan havaya keçəndə perpendikulyardan uzaqlaşır… Sudakı şüa ilə perpendikulyar arasındakı bucaq 48 dərəcədən çox olarsa, şüa sudan ümumiyyətlə çıxmayacaq: səthdən tam qayıdacaq… Tam qayıtmanın başlanğıc həddini ifadə edən bucaq mühitin limit bucağı adlanır. Su üçün bu bucaq 48°27', flint tipli şüşə üçün 38°41', almaz üçün isə 23°42'-dir. thumb|Lifli optik arabağlantılara malik divara quraşdırılmış qutu. Sarı kabellər təkmodlu; narıncı və mavi kabellər isə çoxmodlu liflərdir: müvafiq olaraq 50/125 mkm OM2 və 50/125 mkm OM3 lifləri.|274x274px 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində bədən boşluqlarının işıqlandırılması məqsədilə işıq əyilmiş şüşə çubuqlar vasitəsilə ötürülürdü. XX əsrin əvvəllərində onlar stomatolgiya kimi sahələrdə tətbiq edilirdi. Təsvirlərin borucuqlar vasitəsilə ötürülməsi 1920-lərdə radio eksperimentatoru Klarens Hansel və televiziya təşəbbüskarı Con Loqi Bayrd tərəfindən müstəqil şəkildə nümayiş etdirildi. 1930-larda Henrix Lam təsvirlərin izolə edilməmiş optik liflər dəstsi vasitəsilə ötürə biləcəyini və bunun daxili tibbi müayinələr üçün istifadə edilə biləcəyini göstərdi, lakin onun işlərinin böyük bir hissəsi tezliklə unuduldu.
1953-cü ildə holland alimi Bram van Hil ilk dəfə şəffaf örtüklü optik lif dəstlərinin vasitəsilə təsvirin ötürülməsini nümayiş etdirdi. Elə həmin il Londondakı İmperator Kollecində Harold Hopkins və Narinder Sinq Kapani 10.000-dən çox lifdən ibarət təsvir ötürən dəstlər hazırlamağa müvəffəq oldular və sonradan bir neçə min lifi birləşdirən 75 sm uzunluğundakı dəst vasitəsilə təsviri ötürə bildilər.Two Revolutionary Optical Technologies. Scientific Background on the Nobel Prize in Physics 2009. Nobelprize.org. 6 October 2009 İlk praktik lifli optik yarıməyilgən qastroskop 1956-cı ildə Miçiqan Universitetinin tədqiqatçıları Basil Hirşovitz, C. Vilbur Piters və Laurens E. Körtis tərəfindən patentləşdirilmişdir. Qastroskopun yaradılması prosesində Körtis ilk dəfə olaraq örtüklü şüşə liflərdən istifadə etmişdi; əvvəlki optik liflərdə isə kiçik sındırma əmsalıa malik örtük materialı kimi havadan, qeyri-praktik yağ və mumlardan istifadə edilirdi.
Kapani lifli optika terminini irəli sürdü, həmçinin 1960-cı ildə bu yeni sahə haqqında Scientific American jurnalında mövzunu geniş auditoriyaya çatdıran məqaləsini və bu sahəyə həsr olunmuş ilk kitabını yazdı.How India missed another Nobel Prize – Rediff.com India News . News.rediff.com (2009-10-12). Retrieved on 2017-02-08.
Verilənləri lifli-optik ötürmə sistemi ilk dəfə 1965-ci ildə Ulmdakı Telefunken Tədqiqat Laboratoriyasında alman fiziki Manfred Börner tərəfindən nümayiş etdirildi və bunun ardınca 1966-cı ildə bu texnologiya üçün ilk patent müraciəti edildi.DE patent 1254513 , Börner, Manfred, "Mehrstufiges Übertragungssystem für Pulscodemodulation dargestellte Nachrichten.", issued 1967-11-16, assigned to Telefunken Patentverwertungsgesellschaft m.b. H.US patent 3845293, Börner, Manfred, "Electro-optical transmission system utilizing lasers"
1968-ci ildə NASA Aya göndərdilən televiziya kameralarında lifli optikadan istifadə edirdi. O zamanlar kameraların istifadəsi məxfilər sinfinə aid edilirdi və kameraları işlədən işçilərə müvafiq təhlükəsizlik icazəsinə malik şəxs tərəfindən nəzarət edilməli idi.Lunar Television Camera. Pre-installation Acceptance Test Plan . NASA. 12 March 1968 thumb|Daniel Kolladon bu "işıq fəvvarəsini" və ya "işıq borusunu" ilk dəfə 1842-ci ildə "Parabolik maye axını daxilində işıq şüasının qayıtması haqqında" adlı məqaləsində təsvir etmişdir. Bu xüsusi illüstrasiya 1884-cü ildə Kolladon tərəfindən sonrakı məqalədən götürülmüşdür 1965-ci ildə Britaniyanın Standard Telephones and Cables (STC) şirkətindən Çarlz K. Kao və Corc A. Hokham ilk dəfə irəli sürdülər ki, optik liflərdəki zəifləməni hər kilometrdə 20 desibel (dB/km) azaltmaqla liflərdən rabitə vasitəsi kimi istifadə etmək olar. Onlar həmin dövrdə mövcud liflərdəki zəifləmənin səpilmə kimi fundamental fiziki təsirlərdən yox, aradan qaldırılması mümkün olan qeyri-təmizlikdən qaynaqlandığını önə sürdülər. Onlar lifin işıqitirmə xüsusiyyətlərinin dolğun və sistematik nəzəriyyəsini yaratdılar və belə liflər üçün istifadə ediləcək ən əlverişli materialı—yüksək təmizlikli silisium şüşəsini seçdilər. Bu kəşf 2009-cu ildə Kaoya Fizika üzrə Nobel Mükafatını qazandırdı. 20 dB/km-lik mühüm zəifləmə həddi ilk dəfə 1970-ci ildə Amerika şüşə istehsalçısı Corning Glass Works-də işləyən tədqiqatçılar Robert D. Maurer, Donald Kek, Piter C. Şults və Frenk Zimar tərəfindən əldə edildi. Onlar silisium şüşəsini titanla aşqarlamaqla 17 dB/km zəifləməyə malik lif əldə etdilər. Bir neçə il sonra onlar germanium dioksid aşqarından istifadə edərək cəmi 4 dB/km zəifləməyə malik lif istehsal etdilər. 1981-ci ildə General Electric 25 milə (40 km) qədər tel şəklində uzadıla bilən əridilmiş kvars külçələrin istehsalına başladı.
Əvvəlcə yüksək keyfiyyətli optik lifləri yalnız saniyədə 2 metr sürətlə istehsal edə bilirdilər. 1983-cü ildə kimya mühəndisi Tomas Mensah, Corning-ə qoşuldu və istehsal sürətini saniyədə 50 metrdən çox artırdı, bu da lifli optik kabellərin ənənəvi mis kabellərdən daha ucuz başa gəlməsinə səbəb oldu. Bütün bu yeniliklər optik lifli telekommunikasiya erasının başlanğıcını qoydu.
İtalyan tədqiqat mərkəzi CSELT praktiki lifli optik kabelləri təkmilləşdirmək üçün Corning-lə birlikdə çalışmağa başladı və nəticədə 1977-ci ildə ilk dəfə olaraq Turin şəhərində lifli optik kabellərin çəkilməsinə başlanıldı. Həmçinin tezliklə CSELT Sprinqruv adlanan yeni bir üsulu irəli sürdü.Springroove, il giunto per fibre ottiche brevettato nel 1977 . archiviostorico.telecomitalia.com. Retrieved on 2017-02-08.
Müasir optik kabellərdəki zəifləmə mis məftilli elektrik kabellərinə nəzərən çox kiçikdir və 70–150 km (43–93 mil) təkrarlanma məsafələrinə malik lifli əlaqəyə imkan yaradır.
1986–87-ci ildə Southampton universitetinin əməkdaşı Devid N. Peyn və Emmanüel DesurvirinMears, R. J. and Reekie, L. and Poole, S. B. and Payne, D. N.: "Low-threshold tunable CW and Q-switched fiber laser operating at 1.55µm", Electron. Lett., 1986, 22, pp.159–160R. J. Mears, L. Reekie, I. M. Jauncey and D. N. Payne: "Low-noise Erbium-doped fiber amplifier at 1.54µm", Electron. Lett., 1987, 23, pp.1026–1028 rəhbərliyilə Bell laboratoriyasındaE. Desurvire, J. Simpson, and P. C. Becker, High-gain erbium-doped traveling-wave fiber amplifier," Optics Letters, vol. 12, No. 11, 1987, pp. 888–890 optik-elektrik-optik təkrarlanmalarını azaltmaq və ya aradan qaldırmaqla uzun məsafəli lifli sistemlərin maliyyətini aşağı salan erbium aşqarlı lif gücləndiricisini hazırlandı.
1991-ci ildə fotonik kristallardan bəhs edən yeni sahə işığı tam daxili qayıtma ilə yox, dövri strukturdan difraksiya ilə istiqamətləndirən fotonik-kristal lifinin yaradılmasına səbəb oldu. İlk fotonik kristal liflər 2000-ci ildə satışa buraxıldı. Fotonik kristal liflər adi liflərə nəzərən daha böyük gücləri ötürə bilir və onun dalğa uzunluğundan asılı olan xassələrini manipulyasiya etməklə effektivliyini artırmaq olar.
İstifadə sahələri
Kommunikasiya Optik liflər əyilgən olması və kabellər halında yığılması səbəbiylə telekommunikasiya və kompüter şəbəkələri üçün vasitə kimi istifadə olunur. Onlar xüsusən də uzun məsafəli rabitə üçün əlverişlidir, çünki infraqırmızı işıq lif vasitəsilə elektrik kabellərindəki elektriklə müqayisədə daha az zəifləmə ilə yayılır. Bu, bir neçə təkrarlama (regenerasiya) ilə uzun məsafələri qət etməyə imkan verir.
Yerləşdirilmiş sistemlər üçün 10 və ya 40 Qbit/s tipikdir.Yao, S. (2003) "Polarization in Fiber Systems: Squeezing Out More Bandwidth" , The Photonics Handbook, Laurin Publishing, p. 1.Ciena, JANET Delivers Europe’s First 40 Gbps Wavelength Service 07/09/2007. Retrieved 29 Oct 2009.
Hər bir lif, dalğa uzunluğunu bölünməsiylə multipleksiya (DBM) aparıldıqda, hər biri fərqli bir işıq dalğa uzunluğundan istifadə edən bir çox müstəqil kanalı daşıya bilər. Hər bir lifə düşən yekun data sürəti (əlavə baytlar olmadan), FEC əlavə yükü tərəfindən kanal sayı ilə vurulan kanal başına data sürətidir (2008-dən etibarən kommersial sıx DBM sistemlərində, adətən, 80-ə qədər). +Ötürmə sürətinin mərhələləriTarixMərhələ2006111 Qbit/s, NTT tərəfindən.2009100 Pbit/s·km (hər 7000 km lifə 15,5 Tbit/s), Bell Labs tərəfindən.2011101 Tbit/s (hər bir 273 Qbit/s sürətə 370 kanal), tək bir nüvədə.Yanvar 20131.05 Pbit/s, çoxnüvəli lifli kabel vasitəsilə ötürülmə.İyun 2013400 Qbit/s, 4-modlu orbital impuls momenti multipleksləşdirilməsindən istifadə etməklə bir kanal üzrə. Lifli kabelləşdirmənin qısa məsafə üzrə (məsələn, ofis binasının şəbəkəsi üçün) aparılması kabel kanallarındakı intervala qənaət edə bilər. Çünki bir lif, adətən, 100 Mbit/s və ya 1 Qbit/s ötürmə sürətinə malik standart kateqoriyalı 5 elektrik kabeli ilə müqayisədə daha çox veriləni daşıya bilir.