Nazim Şamil oğlu Əhmədli () — Azərbaycan şairi, Hərbi jurnalist, Birinci Qarabağ müharibəsi iştirakçısı. Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2015–2023-cü illərdə Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini işləyib.
Həyatı Nazim Əhmədli 1953-cü il may ayının 1-də Laçın rayonunun Əhmədli kəndində anadan olub. Orta məktəbi Laçın şəhərində bitirib, 1971–74-cü illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil almış, 1974–1976-cı illərdə keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1981-ci ildə Moskva şəhərində Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsinə daxil olub, 1986-cı ildə institutu bitirib. Bakıya qayıdaraq Azərbaycan Yazıçılar Birliyində dəftərxana müdiri, "Natəvan" klubunun müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində redaktor, ümumi şöbə müdiri, işləyib. 1993–1996-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət etmiş, sonra Nərimanov rayonundakı Ekologiya litseyində müəllim, o vaxt Bakıda fəaliyyət göstərən özəl Tətbiqi Elmlər Universitetinin jurnalistika fakültəsində müəllim, dekan müavini vəzifələrində işləyib.
525-ci qəzetdə şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində işləyib. Hal-hazırda o qurumun ictimai əsaslarla direktorudur.
2012-ci ildən QHT sektorunda Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. Uzun illərdir Skandinaviya ölkələrində Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ münaqişəsi ilə əlaqədar qrant layihələri həyata keçirib.
2015–2023-cü illərdə Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini işləyib.
Yaradıcılığı 1970-ci illərin sonundan dövrü mətbuatda şeirləri çap olunmağa başlayıb.
Şeir, hekayələri, respublika mətbuatında müntəzəm olaraq çap olunur və rus, çeçen, alman, ingilis, yapon dillərinə tərcümə olunub, Türkiyə və özbək türkcəsinə mevrilib və çap olunub. N. Əhmədli Rus, isveç, yapon ədəbiyyatlarından tərcümələr və Türkiyə türkcəsindən çevirmələr edib.
525-ci qəzetdə şöbə müdiri, Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun direktoru vəzifəsində işləyir.
2012-ci ildən QHT sektorunda Skandinaviya ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədridir. Uzun illərdir Skandinaviya ölkələrində Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri və Qarabağ münaqişəsi ilə əlaqədar qrant layihələri həyata keçirib.
Hərbi jurnalist kimi Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
Kitabları Bir ömür boyu sevgi (şeirlər). Bakı, "Yazıçı" nəşriyyatı, 1990 Ruhum sənin olacaq (şeirlər). Bakı, "Adiloğlu" nəşriyyatı, 2002 Mənim generalım (bədii-sənədli hekayə). Bakı, "Qap Poliqraf" nəşriyyatı, 2002 Sevgi Allahı (şeirlər). Bakı, "Adiloğlu", nəşriyyatı, 2004 Əff eylə məni (qəzəllər). Bakı, "Adiloğlu" nəşriyyatı, 2004 Mollaəhmədli və Mollaəhmədlilər (bədii publisistik, etnoqrafik kitab). Bakı, "Adiloğlu" nəşriyyatı, 2007 Mən günahkar bir elçiyəm (şeirlər). Bakı, "Qanun", 2017 Qız təbəssümü (hekayələr). Bakı, "Qanun" nəşriyyatı, 2017 Unutduğum göy üzü (şeirlər). Bakı, "Qanun nəşriyyatı", 2019 Yenə dönüb gələcəm (şeirlər). Bakı, "Vektor" Beynəlxalq Nəşrlər evi, 2020
Xarici dillərdə Bu yarpağı üstümə ört (şeirlər). Fars-ərəb əlifbası ilə. Təbriz, Aydın-Sav nəşriyyatı, 2020 Mein geliebtes fernes Meer (gedichten-şeirlər). Alman dilində. Köln, "Epubli" kitab evi, 2021 Stay in my heart (şeirlər). İngilis dilində. Bakı, "Mütərəccim" nəşriyyatı, 2021 Bürkü (hekayələr). Fars-ərəb əlifbası ilə. Təbriz, Aydın-Sav nəşriyyatı, 2022 Gökyüzünün adamı (şeirlər). Türkiyə türkcəsi ilə. Ankara, KorKut yayınları, 2022 "Xasratinq yullari" Özbək dilində. Daşkənd, "Renessans press", 2024 Giji- Hekayələr, "Universal", nəşriyyatı Gürcü dilində, 2025
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Şuşa Kənd Təsərrüfatı Texnikumunun məzunları Kateqoriya:"Laçın" döş nişanı ilə təltif edilənlər Kateqoriya:"Ziyadar" mükafatı laureatları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan jurnalistləri