thumb|200px|Heydər Əliyev (1997) Heydər Əliyev şəxsiyyətinə pərəstiş və ya Heydərizm— 1993-cü ildən 2003-cü ildək hakimiyyətdə olan dövlət başçısının ölümündən sonra belə oğlu İlham Əliyevin hakimiyyətə gəlməsi ilə formalaşan və inkişaf edən şəxsiyyətə pərəstiş. Heydər Əliyev hələ həyatda olarkən onun şəxsiyyətinə pərəstiş xüsusiyyətləri meydana gəlməyə başlayır. Heydər Əliyev MDB ölkələri jurnalistlərinin şəxsiyyətə pərəstişlə bağlı sualına belə cavab verir:
Milli dövlətçiliyin ideoloji əsasına çevrilən Heydər Əliyevin «Azərbaycançılıq» ideologiyası müasir dünyada öz yerini müəyyənləşdirmiş və bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktordur Siyasətşünas Zəfər Quliyev deyib ki, 2003-cü ildə İlham Əliyevin ölkədə hakimiyyətə gəlməsi ilə mərhum prezidentin şəxsiyyətinə pərəstiş Azərbaycanın müasir tarixini yenidən nəzərdən keçirmək üçün kampaniya şəklində sistematik şəkildə təsdiqləndi. 2003-cü il prezident seçkilərində hətta Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə küfr xarakteri daşıyan hakimiyyətin şərəfinə hörmət bəyanatları edir. Xüsusən 31 may tarixində Quba şəhərində verdiyi bəyanatda «Bizdə bir Allah, bir peyğəmbər və bir prezident var, buda Heydər Əliyevdir». İki ay sonra buna bənzər bir bəyanat verir: «Heydər Əliyevə qarşı çıxmaq Allahın iradəsinə qarşı çıxmaq deməkdir!». Bu bəyanat iman gətirənlərin hiddətinə səbəb olur.
«Beynəlxalq Böhran Qrupu» öz hesabatında qeyd edir ki, Heydər Əliyev şəxsiyyətinə pərəstiş - Azərbaycanın ideologiyasının əsası, Heydər Əliyevin Azərbaycanı xilas etməsi fikirinin aşılanmasından ibarətdir. Üstəlik bu şəxsiyyətə pərəstiş onun oğlu İlham Əliyevə keçirInternational Crisis Group . Europe Report N°207 — 3 September 2010. AZERBAIJAN: VULNERABLE STABILITY . Xüsusən Heydər Əliyevin 1993-cü ildə Gəncə şəhərində baş verən qiyamdan sonra hakimiyyətə qayıtması Azərbaycan xalqının milli qurtuluş günü elan edilmişdir. Bir publisist və yazıçı olan Seymur Baycan hesab edir ki, Azərbaycanda lideri tanıtmaq cəhdi, digər diktaturalardan heç bir fərqi yoxdur.
«Azadlıq» qəzetinin yazdığına görə Avropa oyunlarında Azərbaycanda Heydər Əliyev şəxsiyyətinə pərəstiş xaricilərdən gizlədilməyə çalışılmışdır. Beləki Bakının mərkəzi küçə və prospektlərindən Heydər Əliyevin portretləri sökülmüşdürBakıda Heydər Əliyevin portretləri niyə azaldılır? // Azadliq, 10 APREL 2015.
Əliyevşünaslıq
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Ədalət Qasımovun rəhbərliyi altında 13 alimin iştirakı ilə Əliyevşünaslıq bölməsi fəaliyyət göstərir. Kafedra 2008-ci il aprelin 2-də Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə yaradılmış və əvvəlcə "Heydər Əliyev irsini öyrənən şöbə" kimi fəaliyyət göstərmişdir. 2010-cu ildən etibarən kafedraya "Əliyevşünaslıq"adı verilmişdirИнформация об отделе «Алиевоведение» на официальном сайте Института истории Азербайджана (на азербайджанском). Bölmə Heydər Əliyevin həyat və yaradıcılığını öyrənir və iki cildlik bioqrafik kitab üçün arxiv materiallarını seçir. Nəhayət 2013-cü ilin fevralında Heydər əliyevin 1993-2003-cü illər həyat və fəaliyyətinin əks olunduğu bir cildlik bioqrafik əsər çapa verilmişdir. Onun SSRİ DTK fəaliyyəti və 18 illik respublika idarəçiliyindən bəhs edən ikinci cild isə layihə mərhələsindədir. Hər iki cild onun 90 illik yubleyi ərəfəsində təqdim olunmalı idi..
Xatirəsinin əbədiləşdirilməsi thumb|Bakıdakı Heydər Əliyev Sarayı
thumb|Heydər Əliyev adına Beynəlxalq Hava Limanı thumb|Tiflisdəki Heydər Əliyev adına bağ thumb|«Heydər Əliyev tankeri». Azərbaycan poçt markası, 2008
Azərbaycanın bütün şəhərlərinin mərkəzi prospekt, küçə, eləcə də müxtəlif yerlərində bir çox obyektlər Heydər Əliyevin adını daşıyır. Müxtəlif məlumatlara görə ölkədə 60-a yaxın Heydər Əliyev muzey və mərkəzləri vardır. Bir çox məscidlərdə (məsələn Naxçıvan Muxtar Respublikasında) «Heydər Əliyev xatirə otaqları» təşkil olunmuşdur.
Heydər Əliyevin adı ilə adlandırılmış obyektlər
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda qəsəbə Bakıdakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanı (Əvvəllər Binə hava limanı adlandırılırdı) Ulyanovskdakı Heydər Əliyev adına meydan və abidəsi. Tiflisdəki Heydər Əliyev adına Azərbaycan Dövlət Teatrıაზერბაიჯანული სახელმწიფო თეატრი ჰეიდარ ალიევის სახელობის Bakıda və Azərbaycanın bir çox şəhərlərindəki, həmçinin Əmmandakı prospektlər (İordaniya) Ankara (Türkiyə), Astana (Qazaxıstan) və Malqobekdə (İnquşetiya, Rusiya) küçələr Heydər Əliyevin adına adlandırılmışdır Bakı və Azərbaycanın bir çox şəhərlərində, həmçinin Türkiyənin bir çox ərazilərində, Kartəpə və İstanbul, Buxarest (Rumıniya)Парк им. Гейдара Алиева, Naftalanda, Cəlilabadda parklar adlandırılmışdır. Haderada alleya (İsrail) Tiflisdə, Kiyevdə, Həştərxanda Heydər Əliyev adına parklar. Tarsusda (Türkiyə) körpü. Heydər Əliyev Sarayı, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Heydər Əliyev Mükafatı, "Heydər Əliyev" ordeni, qazma qurğusu, Daşdaş dağında zirvə və Heydər Əliyev adına İdman Arenası Heydər Əliyev Mərkəzi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu İmişlidə Heydər Əliyev adına stadion. Anqoya stansiyasında vağzal (Buryatiya) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu Heydər Əliyev adına sağ sahil (Gürcüstan) Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri Heydər Əliyev adına Mini futbol üzrə Beynəlxalq gənclər kuboku İğdırda lisey (Türkiyə) Ankara və Həştərxanda orta məktəb. Kiyevdəki Beynəlxalq İctimai Elmlər İnstitutu (Regionlararası Kadrların İdarə Edilməsi Akademiyası tərəfindən idarə olunur) Bakıda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi. Bakıda Heydər Əliyev adına məscid. Ulu Öndər Heydər Əliyevin adının daşıyan "Prezident Heydər Əliyev gəmisi"
Heykəl və abidələri Azərbaycanda Azərbaycanda demək olar ki, hər şəhər və ya iri yaşayış məntəqələrində Heydər Əliyevin büst və heykəlləri mövcuddur:
Azərbaycandan kənarda 2003-cü ildə Əliyevin ölümündən sonra, Azərbaycandan xaricdə bir çox heykəllər qoyulmuşdur. Əliyevin Azərbaycandan kənarda ilk heykəli Kiyevdə (2004) açılmışdır.Həmin ildə Əliyevin büstü Buxarestdə qoyulur, 2007-ci ildə onun adını daşıyan parkda açılır. Daha sonra heykəllər Qaqauziyanın paytaxtı Komratda (Moldova (2007), Tiflisdə (2007), Qahirədə (2008), Belqrad və Mexikoda qoyulur. Lakin sonuncu 2013-cü ildə əhəmiyyətli mübahisələrdən sonra qaldırılır. 2008-ci il fevralın 7-də Misirin Qəlyubiyyə vilayətinin Qanatır şəhərində Azərbaycan-Misir dostluq parkının və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu parkda ucaldılmış abidəsinin açılışı olmuşdur.Hündürlüyü 3 metr olan tunc abidənin müəllifləri Səlhab Məmmədov, Akif Əsgərov və Natiq Əliyevdir. Nazir Faizə Əbu əl-Nəqə, vali Ədli Hüseyn, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Z.Fərəcov və səfir F.Bağırov mərasimdə çıxış etmişlər. Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonunda yaradılmış Heydər Əliyevin heykəli 2006-cı il iyulun 12-də salınmışdır. Gürcüstanın Tbilisi şəhərində ulu öndər Heydər Əliyevin adına büst ucaldılmışdır. 2004-cü ildə prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı büstün açılışı olmuşdur. Eyni zamanda büstün olduğu parka da ulu öndərin adı verilmişdir. Azərbaycanın xalq rəssamı, heykəltaraş Natiq Əliyevin hazırladığı qranit büst və postamentin hündürlüyü dörd metrdir.
Numizmatikada və filateliyada
Kinoda 2003-ci ildə Azərbaycanda Heydər Əliyevin 80-ci ildönümünə həsr olunmuş iki film çəkilmişdir: Vaqif Mustafayevin çəkdiyi "Qara nişanə"(baş rolda Tadeuş Huk) və Ramiz Fətəliyevin çəkdiyi «Bir anın həqiqəti» (baş rolda Aleksandr Baluyev).
Gürcüstanın "Tbilisi Intermedia" şirkətinin çəkdiyi "Dostluq müqaviləsi" filmi.
Kütləvi tədbirlərdə
2000-ci ildən başlayaraq Heydər Əliyevin xatirəsinə hər il Bakı da "Gül bayramı" adlı festival təşkil olunur. Bayram Heydər Əliyevin doğum günündə 10 may tarixində başlayır və bir neçə gün davam edir. Bayram günlərində ənənəvi olaraq, ölkəyə gətirilən nadir çiçəklərin rəngli kompozisiyaları gətirilir. Onlar əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı qarşısında olan Heydər Əliyev Parkında nümayiş olunur. "Yeni Müsavat" qəzetinin verdiyi məlumata görə, 2013-cü ildə bu festivaa 76 milyon dollardan çox pul xərclənib.
9-13 may 2012-ci ildən bu günə qədər beynəlxalq velosiped yarışları kateqoriyasından 22, 23 yaşa qədər olanlarla Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan veloturu keçirilir. Bu, Azərbaycan idman tarixində ilk peşəkar velosiped yarışları olur.
İstinadlar
Kateqoriya:Şəxsiyyətə pərəstiş Kateqoriya:Heydər Əliyev