Aleksey Pajitnov (; 14 mart 1956, Moskva, RSFSR, SSRİ) — sovet və amerikalı oyun dizayneri və proqramçı, "Tetris" oyunun yaradıcısı.
Həyatı 91 saylı Moskva riyaziyyat məktəbini və Moskva Aviasiya İnstitutunu bitirib.
SSRİ elmlər Akademiyasının Hesablama Mərkəzində çalışıb. Burada o, süni intellekt problemləri və nitqin tanınması ilə məşğul olub. 1984-cü ildə məhz orada sonradan dünyaca məşhur olacaq "Tetris" oyununu hazırlayıb.
1988-ci ildə Bullet-Proof Software Firmasının dəstəyi ilə Animatek şirkətini (oyun proqram təminatının hazırlanması) təşkil edib. 1991-ci ildə isə ABŞ-yə köçüb.
1996-cı ilin oktyabrında "Microsoft" şirkətinə keçib. Burada o, Pandora's Box üçün başsındırmaların hazırlanması ilə məşğul olub. 2005-ci ildə "Microsoft"u tərk edib.
1997-ci ildə Gaming Computer World Aleksey Pajitnovu "Oyun sənayesinin ən nüfuzlu insanları" siyahısında dördüncü yerə layiq görüb.
18 avqust 2005-ci ildə Wildsnake Software anons buraxıb ki, Aleksey Pajitnov onların şirkətinə qoşulur və yeni oyunlar seriyasının hazırlanmasına başlayır.
2007-ci il martın 7-də Game Developers Choice Awards First Penguin Award mükafatına layiq görülmüşdür.
2009-cu il iyunun 24-də LARA — Der Deutsche Games Award fəxri mükafatına layiq görülüb.
Şəxsi həyatı Oğlu Dmitri 2017-ci ildə Reynir dağında dağ xizəyi zamanı bədbəxt hadisə nəticəsində həlak olub.
İşləri Adı ƏS, kompüter Pajitnovun rolu Tetris 1984 Elektronika-60, IBM PC Orijinal ideya, (alqoritmi Dmitri Pavlovski ilə birgə, proqramı Elektronika-60-dan IBM PC-yə Vadim Gerasimov köçürüb) Welltris 1989 Amiga, Amstrad CPC, Atari ST, Commodore 64, DOS, Macintosh и ZX Spectrum Oyunun ümumi dizaynı, Andrey Sqenov ilə birgə Faces 1990 DOS, Macintosh Orijinal ideya (Vladimir Poxilko ilə birgə) Hatris 1990 TurboGrafx-16, Arcade, Game Boy & NES Orijinal ideya Knight Move 1990 Famicom Disk System (Yaponiya) İdealist El-Fish 1993 DOS Orijinal ideya (Vladimir Poxilko ilə birgə) BreakThru! 1994 Windows 3.x Pajitnovun şəkli oyunun üz qabığında Knight Moves 1995 Microsoft Windows İdealist Ice & Fire 1995 Windows, Macintosh & PlayStation Orijinal ideya (Vladimir Poxilko ilə birgə) Clockwerx 1995 Microsoft Windows Orijinal ideya. Pajitnovun şəkli oyunun üz qabığında Tetrisphere 1997 Nintendo 64 Köməkçi Microsoft Entertainment Pack: The Puzzle Collection 1997 Windows & Game Boy Color Oyunun ümumi dizaynı Pandora’s Box 1999 Windows Oyunun ümumi dizaynı Hexic HD 2005 Xbox 360 Orijinal ideya və dizayn Dwice 2006 Windows Oyunun ümumi dizaynı Hexic 2 2007 Xbox 360 Oyunun ümumi dizaynı Marbly 2013 iOS Orijinal ideya və dizayn
İstinadlar
Xarici keçidlər
Peoples.ru saytında profili Mobygames.com saytında profili Тетрис — из России с любовью, BBC, 6 iyul 2004-cü ilin müsahibəsi Как написать "Тетрис", Colta.ru, 11 sentyabr 2011-ci ilin müsahibəsi
Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Videooyun hazırlayanlar Kateqoriya:ABŞ videooyun dizaynerləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:ABŞ proqramçıları Kateqoriya:Rusiya alimləri Kateqoriya:SSRİ ixtiraçıları Kateqoriya:ABŞ alimləri Kateqoriya:Rusiyadan ABŞ-yə mühacirət edənlər