Rasim Səməd oğlu Əfəndiyev () — professor, sənətşünaslıq doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2001), AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru.
Həyatı Rasim Əfəndiyev 30 oktyabr 1928-ci ildə Qazax şəhərində anadan olmuşdur. Sankt-Peterburq Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirmişdir.
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, Bakı İncəsənət Mərkəzi, Azərbaycan Dövlət İncəsənət Muzeyi, Xalça Muzeyi və s. təşkilatların elmi və bədii şuralarının sədri, memarlıq və incəsənət sahəsində elmi tədqiqat işləri üzrə koordinasiya şurasının sədri, Azərbaycan Rəssamlar Birliyinin üzvü, Beynəlxalq kitab sərgisinin laureatı, 1992-ci ildən Beynəlxalq Şərq Rəssamlıq Akademiyasının akademik-katibi, Rəssamlıq sənətinin inkişafında ən böyük rolu olan alimlərdən biridir.
SSRİ Rəssamlar İttifaqının, Rusiya Rəssamlıq Akademiyasının, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bir sıra diplom və mükafatları ilə, Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif edilmişdir. "Soltan Məhəmməd" adına Beynəlxalq mükafata layiq görülmüşdür.
Akademik Rasim Əfəndiyev 13 fevral 2010-cu ildə Bakıda vəfat etmişdir.
Elmi əsərləri Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 202 Xaricdə çıxmış elmi əsərlərin sayı: 56
Əsas elmi əsərlərin adları: Azərbaycan dekorativ-tətbiqi sənətləri (orta əsrlər), (1976), Moskva Xalq sənəti. (1984), Bakı, (Azərbaycan, rus, ingilis dillərində) Azərbaycan daş plastikası. (1986), Moskva Azərbaycan dekorativ-tətbiqi sənətləri. (1999), Bakı Azərbaycan İncəsənəti. (ingilis dilində), (2004)
Təltif və mükafatları SSRİ Mətbuat Komitəsinin mükafatı — 1977 SSRİ Rəssamlar İttifaqının mükafatı — 1986 SSRİ Rəssamlar İttifaqının mükafatı — 1989 Atatürk kültür mərkəzinin mükafatı — 1994 AMEA Fəxri Fərmanı — 2003 Azərbaycan Respublikasının "Şöhrət" ordeni — 14 fevral 2004 "Soltan Məhəmməd" mükafatı
Mənbə Rasim Əfəndiyev "Təsviri sənətimizi dünyaya tanıtdıran alim". Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. — səh. 33.
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Qazaxda doğulanlar Kateqoriya:AMEA-nın həqiqi üzvləri Kateqoriya:Sənətşünaslıq elmləri doktorları Kateqoriya:AMEA-nın alimləri