Udabno monastırı () — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Abidə, David Qareci lavrasının cənub-qərbində, böyük qayanın enişində yerləşir.
Təsviri
Udabno monastırı bir neçə mağara kilsəsindən ibarətdir. Kompleksin əsas tikilisi hündür və geniş zala malik olan Tanrı anası kilsəsidir. Kilsənin şimal tərəfində yerləşən girişi üç tağlı monumental arkada ilə vurğulanmışdır. Kompleksə həm də bir-birinin yanında yerləşən mağara sovmələr daxildir.
Udabno mağarasının interyerlərini bəzəyən freskalar silsiləsində ilk dəfə ardıcıllıqla David Qarecinin həyatını əks etdirən səhnələr yer almışdır. Kilsə freskalarının ən alt qatı X əsrin II yarısına aid edilir. Lakin, bu tarix yalnız freskaların tarixinə aid edilməklə, monastırın özünün daha əvvəlki dövrə aid olması qeyd edilir. Freskaların ikinci qatı XIII əsrə, üçüncü qatı isə XIV əsrə aiddir.
Sərhəd mübahisəsi
6 may 2012-ci ildə Azərbaycan Dövlət Sərhəd Xidməti monastır ərazisini qapalı elan edərəkდავით გარეჯში, კერძოდ უდაბნოს მონასტერში, აზერბაიჯანელი მესაზღვრეები ჩადგნენ, ziyarətə gələn turistlərin Udabno monastırına keçməsinə icazə verməmişdir.აზერბაიჯანული მხარის მტკიცებით, უდაბნოს მონასტერი საქართველოს არ ეკუთვნის Bəyanatla çıxış edən Gürcüstan Mədəniyyət və İdman Nazirliyi Udabno monastırının Azərbaycan ərazisində yerləşdiyini və abidənin ziyarətə bağlanmasının Azərbaycanın daxili işi olduğunu bildirmişdir.ნიკა რურუა: „დავით გარეჯის კომპლექსში შემავალი უდაბნოს მონასტერი აზერბაიჯანის კუთვნილებაა“ opinion.ge May 14, 2012 Bununla yanaşı, Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyası ilə məşğul olan komissiya üzvlərinin rahat şəkildə monastır ərazisinə keçməsi, yoxlanış və baxış həyata keçirməsinə şərait yaradılmışdır.ვაშაკიძე: დავით გარეჯის საკითხი საზღვრის საბოლოო დელიმიტაციის შემდეგ გადაწყდება ჟურნალი „ტაბულა", 21-05-2012, 14:12
İstinadlar
Ədəbiyyat აბრამიშვილი გ., დავით გარეჯელის ციკლი ქართულ კედლის მხატვრობაში, თბ., 1972 Чубинашвили Г. Н., Пещерные монастыри Давид-Гареджи, Тб., 1948
Kateqoriya:Keşikçidağ monastır kompleksi Kateqoriya:Ağstafa rayonunun abidələri Kateqoriya:Azərbaycan monastırları