Altı günlük müharibə ilə bağlı mübahisələr – Orta Şərqdə və dünyada böyük dəyişikliyə səbəb olmuş Altı günlük müharibədən sonra bütün dünyada müzakirə olunan bəzi mübahisəli məsələlər nəzərdə tutulur. Bu mübahsələrin əksəriyyəti öz aktuallığını hal-hazırda da, saxlamaqdadır. Bu mübahisə mövzularına misal olaraq misirli hərbçilərə İsrail hakimiyyəti tərəfindən işğəncə edilməsi iddialarını, önləyici hücum və ya ədalətsiz hücum məsləsini, USS Liberty hadisəsini, döyüşən tərəflərə ABŞ, Birləşmiş Krallıq və SSRİ tərəfindən hərbi dəstək məsələlərini göstərmək olar.
Önləyici vuruş və ya ədalətsiz hücum Başlanğıcda həm Misir, həm də İsrail tərəfi elan etdi ki, ölkələri digəri tərəfindən hücuma məruz qalmışdır. İsrailin BMT-dəki səfiri Qideon Rafael İsrail XİN-dən belə bir məktub aldı:
3:10-da Qideon Rafael BMT Təhlükəsizlik Şurasının iyun ayı üçün rəhbəri olan danimarkalı Hans Taboru yuxudan oyatdı və ona Misir ordusunun İsrailə hücum etdiyini, İsrailin Misirin bu qorxaq və xain hücumuna cavab verdiyini bildirdi. BMT Təhlükəsizlik Şurasının 5 iyundakı iclasında Misir və İsrail tərəfləri bir-birlərini hücum etməkdə ittiham etdilər. İclas zamanı İsrail nümayəndələri Eban və Evron ilk atəşin misirlilər tərəfindən açıldığına and içdilər."Six Days of War: June 1967 and the Making of the Modern Middle East" by Michael B. Oren, 2002, s. 196
SSRİ tərəfindən dəstəklənən Misir 5 iyunda müharibənin İsrail tərəfindən başladıldığını bildirdi. İsrail isə ilk atəşin Misir tərəfindən açıldığını bildirirdi. İsrail nümayəndəsi BMT Təhlükəsizlik Şurasına bildirmişdi ki, "Bu sabahın erkən saatlarında (5 iyun) Misir ordusu kütləvi halda İsrail sərhədinə tərəf göndərilmişdir. Eyni zamanda Misir qırıcıları Sinaydakı hava limanlarından havaya qalxmış və İsrailə tərəf uçmuşdur. Qəzzədəki Misir artilleriyası kissifim, Nahal-Oz və Eyn Haşeloşa adlı İsrail kəndlərini bombalamışdır." Həqiqətdə isə bu düzgün deyildi. ABŞ Kəşfiyyat Ofisi müəyyən etmişdi ki, ilk atəş İsrail tərəfindən atılmışdır və müharibə İsrailin Misirin quru qoşunlarını havadan müdafiəsiz buraxılması ilə nəticələnən qəfil hava hücumu ilə başlamışdır.
İlk o hücum etməsinə baxmayaraq, İsrail ilk əvvəllər özünün birinci hücuma məruz qaldığını bildirirdi. Az sonra isə, özünün ilk hücum etdiyini etiraf etdi, lakin bunun planlanan işğalı önləmək üçün etdiyini bildirdi.İsrail ilk hücum etməsini haqlı olduğunu bildirmək üçün bu arqumentləri göstərmişdi:
İqtisadi boğulma. Belə ki, İsrail öz neft ehtiyatının 90 faizini Misirin qapatdığı Tiran boğazından təmin edirdi, Müharibənin 3 cəbhədə olacağı və yüz minlərlə Ərəb ordusunun sərhədlərə yığılması, Müharibənin müddətinin uzanması zamanı İsrailin mülki əhalidən təşkil etməli olduğu ordunun ölkənin sosial və iqtisadi həyatına güclü mənfi təsirinin olacağı."The United States has often walked a fine line between preemption and prevention. In fact there have only been a handful of clear-cut cases of military preemption by any states in the last 200 years. (Israeli preemption in the Six Day War of 1967 is perhaps the most cited example)" U. S. National Security Strategy: a New Era U. S. Department of State (2002)."Classic examples of preemptive wars include the July Crisis of 1914 and the Six Day War of 1967 in which Israel preemptively attacked Egypt…" Mueller Karl P. (2007). Striking first: preemptive and preventive attack in U. S. national security . (PDF). Rand Corporation. .
Ərəblərin düşüncələri hücumun İsrail tərəfindən başladıldığınına əsaslanırdı. Misirin BMT-dəki daimi nümayəndəsi M. A. Əl Koni bildirmişdi:
Müharibədən sonra bəzi İsrail rəsmiləri etiraf etdilər ki, onlar Misir tərəfindən hücum gözləmirdilər."Various Israeli officials said later… that 'Israel had not in fact anticipated an imminent attack by Egypt when it struck June 5'". The Case for Palestine: An International Law Perspective, p. 164; John B Quigley 'Armed Attack' and Article 51 of the Un Charter: Evolutions in Customary Law, by Tom Ruys, page 280 "It has been observed that several official Israeli sources admitted after the war that Egypt did not have the intention of attacking Israel"link İyunda İsraildə hökumətə daxil olan Mordeçay Bentov ona verilən "ektremizm təhlükəsinin olub-olmaması" haqqında suala cavab olaraq bildirmişdi ki, "heç bir yox olma təhlükəsiz yox idi, bu yeni Ərəb torpaqları əldə etmək üçün uydurulmuş yalan idi". ABŞ tərəfi müharibədən əvvəl İsrailə verdiyi kəşfiyyat materiallarında bildirmişdi ki, Misir ordusunun yayılması müdafiə xarakteri daşıyır və İsrailə hücuma hazırlıq hiss edilmir.U. S. Secretary of Defense Robert McNamara told Israeli Foreign Minister Abba Eban that the U. S. intelligence assessment was that "the Egyptian deployments were defensive in character and anticipatory of a possible Israeli attack". Memorandum of Conversation, Washington, may 26, 1967, 10:30 a.m. ; The Israeli ambassador to the U. S. Michael B. Oren has acknowledged that "By all reports Israel received from the Americans, and according to its own intelligence, Nasser had no interest in bloodshed…" Israel's assessment was that "Nasser would have to be deranged to take on an Israel backed by France and the U. S. Sixth Fleet. War, according to the Israelis, could only come about if Nasser felt he had complete military superiority over the IDF, if Israel were caught up in a domestic crisis, and, most crucially, was isolated internationally—a most unlikely confluence." Six Days of War: June 1967 and the Making of the Modern Middle East, Oren 2002, pp. 59–60). Müharibə dövründə İsrailin XİN rəhbəri olmuş Abba Eban öz xatirələrində yazırdı ki, Nasir İsrailə hücum etməyi inandırıcı deyildi:
İsrailli hərb tarixçisi Martin van Krevelda görə müharibənin əsl səbəbləri hələ də bilinmir, lakin müharibədən əvvəl İsrail hərbi qüvvələrinin müharibə üçün çalışdıqları və digər tərəfi provakasiyaya çəkmək üçün səylə çalışdığı hiss edilir. Ceyms Thuo Qathii bildirir ki, İsrailin hücumu Karolina testinə uyuşmurdu, lakin bu testə ən yaxın hücum idi.ASSESSING CLAIMS OF A NEW DOCTRINE OF PRE-EMPTIVE WAR UNDER THE DOCTRINE OF SOURCES (James Thuo Gathii, OSGOODE HALL LAW JOURNAL VOL. 43, NO. 1 & 2, 2005) p. 75. link "The closest case that might have, but is now regarded as not having met the Caroline test, was Israel’s first strike against Egypt in the 1967"
Hərhalda, İsrail öz hücumunun haqlı olmasını Misirin Tiran boğazını qapaması ilə əsaslandırırdı. Çünki, bu boğaz 1958-ci ildəki Cenevrə konvensiyasının Dənizlər haqqında qanununa əsasən beynəlxalq su ərazisi hesab edilirdi, lakin bütün bunlara baxmayaraq, bu qanuna nə Misir, nə də onun müttəfiqləri qoşulmamışdı. Misirin mövqeyinə görə, Tiran boğazı açıq dənizin iki beynəlxalq su ərazisi hesab edilə bilməzdi. Çünki, Aqaba körfəzi açıq dənizin iki regionunu birləşdirən beynəlxalq su ərazisi deyil. Buna baxmayarq, Qərbi Avropa ölkələri və BMT Misirin bu qərarı ilə razılaşmırdı. Digər tərəfdən, Misirin mövqeyi III dünya ölkələri tərəfindən dəstəklənirdi.John Quigley, The Six-Day War and Israeli Self-Defense (s. 50)
Misirlilərin digər misirliləri öldürməsi iddiası Atəşkəs qüvvəyə mindikdən sonra Misirin 7 diviziyası Sinay yarımadasında İsrail qüvvələrinin əhatəsində qalmışdı. Minlərlə misirli hərbçi və əsgər çaşqnlıq və təlaş içərisində İsrail qüvvələrini yararaq Süveyş kanalına çatmaq üçün hücuma keçdilər. İsrailin bu qədər əsiri saxlamaq üçün təchizatı yox idi, buna görə də misirli qüvvələrin Süveyşə çatması üçün şərait yaratdılar. Süveyş kanalına çata bilən hərbçilər kanalı üzərək Misir tərəfə keçmək niyyətində idilər, lakin hərbçilər təxminən, çayın ortasına çatanda Misir tərəfindən avtomatlardan atəş açıldı.
Bəzilərinin iddiasına görə, bu əmri orduya Camal Əbdül Nasir vermişdir. O, qorxurdu ki, bu hərbçilər Misirə daxil olarlarsa, xalq Misirin hansı formada darmadağın edilməsini başa düşə bilər.
Sağ qalan şəxslər əvəvlcə Süveyş kanalının Misir tərəfində tikanlı məftillərlə əhatələnmiş düşərgələrdə saxlanıldı, daha sonra isə Qantaraya sürgün edildilər. Məşhur Britaniya baş naziri olan Vinston Çörçilin Randalf Çörçill qeyd etmişdi ki, "geriyə — Misirə geri dönə bilən Misir əsgərləri onu özlərinə heç vaxt ev edə bilmədilər, əvəzində xalq arasında ruh düşkünlüyünə səbəb olmasınlar deyə düşərgələrdə saxlanıldılar". thumb|İsrail ordusunun Baş Qərərgah Rəisi general-leytenant Yitzak Rabin (sağda), İsrail Müdafiə naziri Moşe Dayan (ortada) və Uzi Narkiss (solda) Yerusəlimin qədim şəhər hissəsinin girişində.
İsrail Müdafiə Nazirliyinin misirli əsirləri öldürməsi iddiaları Müharibədən dərhal sonra İsrailin misirli silahsız əsirləri güllələməsi xəbərləri yayılmağa başladı. Xeyli sayda israilli əsgər misirli əsirlərin edamının şahidi olduğunu bildirirdi. Yediot Aharonot () qəzetinin jurnalisti Qabby Bron bildirmişdi ki, o, özü 5 misirli əsirin edamının şahidi olmuşdur.Bron, Gabby 'Egyptian POWs Ordered to Dig Graves, Then Shot By Israeli Army', Yedioth Ahronoth, 17 avqust 1995. İsrailli tarixçi, novelist Maykl Bar-Zohar demişdi ki, o, özü şahid olmuşdur ki, 3 misirli əsir israilli aşpaz tərəfindən edam edilmişdir.Bar-Zohar, Michael 'The Reactions of Journalists to the Army's Murders of POWs', Maariv, 17 avqust 1995. İsrailli siyasətçi və tarixçi Meir Pa'il demişdir ki, dəfələrlə əsirlərin və Ərəb mülki şəxslərin edamına şahid olmuşdur.Laub, Karin 'Historians: Israeli troops killed many Egyptian POWs', Associated Press, 16 avqust 1995. Retrieved from the Wayback Machine. 14 oktyabr 2005. Tarixçi Uri Milşteyn isə bildirmişdir ki, 1967-ci il müharibəsi zamanı İsrail əsgərləri dəfələrlə təslim olan Ərəb hərbçilərini öldürmüşdülər.Prior 1999, pp. 209–210; Bar-On, Morris and Golani 2002; Fisher, Ronal 'Mass Murder in the 1956 War', Ma'ariv, 8 avqust 1995. O, əlavə edirdi:
İddia olunur ki, öldürülən misirli əsgərlərin hamısı sənədlərdə elə göstərilmişdir ki, guya onlar qaçmağa cəhd edərkən öldürülmüşdürlər. İsrailli tarixçi və jurnalist Tom Segev "1967" adlı əsərində bu barədə yazır:
1995-ci ilin 21 sentyabrında New York Times bildirdi ki, Misir hökuməti Sinay yarımadasının Əl Ariş şəhərində çoxda dərində olmayan 2 toplu məzarlıq aşkar etmişdir. Misir hökumətinin iddiasına görə, bu məzarlıqda İsrail tərəfindən 1967-ci il müharibəsi zamanı qanunsuz olaraq güllələnən 30–60 arası misirli əsir dəfn edilmişdir. İsrail isə cavab olaraq, öz XİN nümayəndəsi Eli Dayanı Misirə göndərdi. Eli Dayan bildirdi ki, onlar bu məsələni Misirlə müzakirə etməyə hazırdırlar və ölənlərin ailələrinə təzminat verə bilərlər. Nazir həmçinin, bildirdi ki, hadisənin baş verməsindən 20 il keçdiyi üçün onların bunu edənlər haqqında araşdırma başlatma hüquqları yoxdur.
Daha sonra Misirdəki qəzetlərdən biri olan Əl Şaab İsrailin Misirdəki səfiri David Sultanın 100 misirli əsirin öldürülməsində iştirak etdiyini iddia etdi. İsrail səfirliyi və XİN-i bu iddianı rədd etdi və bildirdi ki, David Sultanın o dövrdə orduda olduğu belə aydın deyildir.Ibrahim, Youssef 'Egypt Says Israelis Killed P. O. W.'s in '67 War', New York Times, 21 sentyabr 1995.
İsrail Müdafiə Nazirliyi sənədlərinin sinifləndirilməsinə əsasən bilinir ki, İsrail ordusunun Baş Qərərgahının Əməliyyatlar şöbəsi 1967-ci ilin 11 iyununda əsirlər barədə yeni əmrlər imzaladı. Bu əmrin verilməsi o dövrki mövcud əmrlərin bir-biriləri ilə ziddiyyət təşkil etdiyinə görə əsaslandırılırdı:Bowen 2003, p. 276 (quoting IDF 100/438/1969 order issued 11 June 1967 at 2310, sent to all three territorial commands, to G1 branch and some other departments of the General Staff).
Təslim olan hərbçilər və mülki şəxslər heç bir halda ziyan görməməlidirlər Silahlı olan və təslim olmayan hərbçilər və mülki şəxslər öldürülə bilər.
İsrail mənbələrinə görə 4338 nəfər misirli hərbçi İsrail ordusu tərəfindən əsir alınmışdı. 11 İsrail hərbçisi isə Misir ordusu tərəfindən əsir alınmışdı. Əsirlərin dəyişdirilməsi 1968-ci ilin 23 yanvarında sonlanmışdır.Background on Israeli POWs and MIAs . Retrieved 14 oktyabr 2004.
Döyüş dəstəyi