Janna Osipovna Badoyeva (; qızlıq soyadı — Dolqopolskaya; ) — Ukraynalı teleaparıcı və rejissor. Daha çox "Oryol i Reşka" səyahət proqramının müəllifi və aparıcısı kimi tanınır.

Həyatı Janna Badoyeva 18 mart 1976-cı ildə Litvanın Majeykyay şəhərində anadan olmuşdur. Onun valideynləri mühəndis idilər, buna görə də qızlarının inşaat texnikumuna daxil olmasını arzu edirdilər. Janna bu texnikuma daxil olur və sonadək təhsil alır. Sonra Kino və Televiziya İnstitutunun aktyorluq fakültəsinə daxil olmaq istəyir, lakin yaşı çatmır. Rejissorluq fakültəsini bitirərək, ardınca Kiyevdə yerləşən ali məktəblərin birində işləməyə başlayır.

Televiziya karyerası Badoyeva Comedy Club U. A. şousunun ilk rezident qadını olmuşdur. 1+1 telekanalında efirə çıxan "Танцую для тебя" () layihəsində və "Суперзвезда", "Шарманка", "Лялечка" verilişlərində iştirak etmişdir. Mədəniyyət Universiteti nəzdində Kino və Televiziya Məktəbində aktyor sənətini tədris etmişdir.

2011-ci ildə Janna Badoyeva Yevgeni və Yelena Sinelnikovlar, həmçinin Natella Krapivina ilə birlikdə Интер telekanalında "Oryol i Reşka" () proqramının formatını irəli sürmüşlər. Janna həyat yoldaşı Alan Badoyevlə bu verilişin aparıcısı olmuşdur. 2012-ci ildə – üçüncü mövsümdən sonra layihəni tərk etmişdir; onu Lesya Nikityuk əvəz etmişdir. 8 fevral 2015-ci ildə "Oryol i reşka" verilişinin 10-cu yubiley buraxılışı efirə çıxarkən, digər həmkarları ilə birlikdə Janna Badoyeva da həmin verilişdə iştirak etmişdir. 2017-ci ilin noyabrında Jannanın "ulduzlu" mövsümün bir buraxılışında layihəyə qayıdacağı açıqlanmışdı.

5 mart 2015-ci ildə Пятница! telekanalında "Битва салонов" () proqramının premyerası olmuşdur. Verilişin 1-ci və 2-ci mövsümlərinin aparıcısı Janna Badoyeva olmuşdur. Onun vəzifəsi hazır süjetlərə nəzər salmaq və öz münasibətini bildirmək idi.

2015-ci ilin sentyabrın əvvəlində Пятница! telekanalında Janna Badoyeva "#ЖаннаПожени" () adlı yeni proqramını təqdim etdi. Verilişin əsas ideyası planetin müxtəlif yerlərində aparıcının şəxsən təşkil etdiyi toy mərasimlərini göstərmək idi. Layihə başa çatmışdır.

2016-cı ildə Janna "Опасные гастроли" () proqramında çəkilmişdir. Bu verilişdə Vova Myaso kimi tanınan Vladimir Petrov və Janna Badoyeva marginal Avropa dünyasını araşdırırdılar.

2017-ci ildə Janna Badoyeva Пятница! telekanalında "ЖаннаПомоги" () müəllif proqramının aparıcısı olmuşdur. O, həmin proqramda öz xarici görünüşlərindən sıxılan və internet tanışlıqlarına üstünlük verən qızların köməyinə gəlir.

2019-cu ilin fevralından Pervıy kanalda yayımlanan "Жизнь других" () proqramının aparıcısıdır.

Ayaqqabı kolleksiyası 17 oktyabr 2016-cı ildə Janna italyan dizayner Ernesto Espozito ilə birlikdə hazırladığı ZHANNA BADOEVA debüt ayaqqabı kolleksiyasını təqdim etmişdir. 2017-ci ildən ayaqqabı satışı üzrə internet mağazası fəaliyyət göstərir.

Şəxsi həyatı 1-ci həyat yoldaşı (1996–1998) — İqor Kuraçenko. İlk nikahdan oğlu — Boris Kuraçenko. 2-ci həyat yoldaşı (2003–2012) — kurs yoldaşı Alan Badoyev (d. 10 yanvar 1981), Ukrayna rejissoru, klipmeyker və prodüser. İkinci nikahdan qızı — Lolita Badoyeva. 3-cü həyat yoldaşı (2015-ci ildən) — Vasili Melniçin, biznesmen. İtaliyada yaşayır və fəaliyyət göstərirИнтервью с Жанной Бадоевой Вокруг ТВ, 28 oktyabr 2015. Janna Badoyeva 2013-cü ildən övladları ilə birlikdə İtaliyada yaşayır.

Telelayihələr "Oryol i Reşka" (Интер, Пятница!) — aparıcı (1–3 və 10-cu mövsümlər). "МастерШеф" (СТБ) — münsiflər heyətinin üzvü (2-ci mövsüm). "Битва салонов" (Пятница!) — aparıcı. "#ЖаннаПожени" (Пятница!) — aparıcı. "Опасные гастроли" (Пятница!) — aparıcı. "ЖаннаПомоги" (Пятница!) — aparıcı. "Жизнь других" (Pervıy kanal) — aparıcı.

İstinadlar

Xarici keçidlər Жанна Бадоева: Муж выставил меня на улицу! Биография Бадоевой Жанны Жанна Бадоева — ведущая Орёл и Решка "Орёл и решка": Жанна Бадоева: "Я в очередной раз поменяла свою жизнь" Бывшая ведущая "Орла и решки" Жанна Бадоева тайно вышла замуж?

Kateqoriya:Ukrayna rejissorları Kateqoriya:Rusiyanın televiziya aparıcıları Kateqoriya:Ukraynanın televiziya aparıcıları Kateqoriya:Ukrayna aktrisaları Kateqoriya:İtaliya dizaynerləri Kateqoriya:Rusiya dizaynerləri Kateqoriya:Ukrayna dizaynerləri Kateqoriya:Səyyahlar Kateqoriya:Ukrayna pedaqoqları Kateqoriya:Ukrayna mühacirləri Kateqoriya:XXI əsr aktrisaları