Qanlı toy () - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes.

Mövzu Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.

Əsər 1930-cu ilin əvvəlində Əndəlüsdə bir region qəzetində çıxan cinayət xəbərindən ilham alınaraq yazılmışdır.

PersonajlarQanlı toy (Azərbaycan dilində), Federiko Qarsiya Lorka, Hispaniya, 2013

Ana Gəlin

Bəy Gəlinin atası

Qonşu qadın Qulluqçu qadın

Leonardo Gənc qızlar

Qaynana Gəncə oğlanlar

Leonardonun arvadı Odunçular

Gəlin Ay

Ölüm (Dilənçi qadın qılığında) Simvolizm

Federiko Qarsiya Lorka əsərlərində bir çox simvolizmdən istifadə etmişdir. Lakin bu simvolizmə edilən şərhlər daha sonralar ədəbiyyatşünasların problemi olmuşdur, bu barədə müxtəlif elmi əsərlər yazılmışdır. Bu səbəbdən müxtəlif tədqiqatçıların subyektiv fikirləri və şərhləri mövcuddur.Hadil Adil Kamal & Lica Mohamad Bashir Hassan, La estructura y el Simbolismo en «Bodas de sangre»

Dilənçi qadın: ölümü təmsil edir

Ay: Həm həyatı, həm də ölümü bildirir.

Çay: Həyatın davam etdiyini bildirir.

Qırmızı yumaq: ölüm

Torpaq: Ana, ana torpaq, həyat

İstinadlar