thumb|200px|left|Atollun kosmosdan təsviri. Raivavae () — Tubuai arxipelaqına daxil olan ada (Fransa Polineziyası). Taitidən cənubda, Tubuai adasından isə 195 km cənub-şərqdə yerləşir.

Coğrafiya Adanın sahəsi 16 km²-dir. Hündürlüyü 437 metrdir (Hiro dağı). Vulkanik mənşəllidir. Daxilində laqunla əhatə olunmuş ada vardır. Oda öz növbəsində kiçik adalarla əhatələnir:Motu-Mano, Motu-Xana, Motu-Vaimanu, Matu-Araoo və Motu-Haamu. Tarixi Ada ilk dəfə ispan dənizçi Tomas Qayanqos tərəfindən kəşf edilir. 1880-ci ildə isə Fransa Polineziyası bütünlüklə Fransa tərəfindən ələ keçirilir.

İnzibati bölgüsü İnzibati baxımından Cənub adaları kommunasına daxildir. Əhali 2007-ci il məlumatına görə adada 905 nəfər yaşayır. Yaşayış məntəqələri: Rirua, Mahanatoa, Anatonu, Vaiuru. İqtisadiyyat Yerli əhalinin əsas məşquliyyəti balıqçılıqdır. 2002-ci ildən adada uçuş eniş zolağı fəaliyyət göstərir. Mənbə Ada haqqında informasiya Raivavae

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Fransa Polineziyası adaları Kateqoriya:Tubuai