Qızılxaraba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonu ərazisində kənd olmuşdur.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Kəndin adı erməni mənbələrində Qızılabad, Tulunəbi kimi də göstərilirКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932, с. 22. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qızılviranİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.97, Qafqazın 5 verstlik xəritəsində Qızılxaraba kimiД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.133 qeyd edilmişdir.
Toponimi Toponim torpağın rənginə bildirən qırmızı mənasında işlənən qızıl sözü ilə "dağıdılmış" mənasında işlənən xaraba sözündən əmələ gəlmişdir. Türklər xarabalıqlar yanında yeni yaşayış məntəqələri salarkən xaraba, viran, örən (hər üçü sinonim sözdür) sözlərinin əvvəlinə ya mənsub olduqları tayfanı, oymaq və ya obanın, ya da torpağın rənginə görə müvafiq şəkildə ağ, qara, qızıl (qırmızı mənasında) sifətlərini əlavə edirlərNecdet Sevinç. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları. — Türk dünyası araştırmaları, 1983, № 26. s.105. Qızılxaraba kənd adı da həmin konstruksiya əsasında yaranmışdır. "Qırmızı torpaqda tikilmiş binaların qalıqları olan xarabalıq yanındakı kənd" mənasını verir. Relyef əsasında əmələ gələn mürəkkəb quruluşlu toponimdir.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.. 1918-ci ildə Azərbaycanın əhalisi qovulduqdan sonra kənd dağılmışdır. Qırmızı rəngli daşdan tikilmiş qala yaxud kilsə xarabalıqları nəzərdə tutulur.
Əhalisi Kənddə 1897-ci ildə 102 nəfər, 1908-ci ildə 56 nəfər, 1914-cü ildə 60 nəfər, 1916-cı ildə 38 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 22–23, 106–107. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kənd xarabalığa çevrilmişdir. İndi xaraba kənddir.
İstinadlar
Kateqoriya:Karbi kəndləri