250px|thumb|Blu-ray buraxılışının üzlüyü. Personajlar (soldan sağa): Nadeko Senqoku, Tsubasa Hanekava, Hikaqi Sencoqahara, Suruqa Kanbaru və Mayoy Haçikuci. "Monogatari" Vofanın rəssamlığı ilə Nisio İsin tərəfindən yazılan eyniadlı ranobe seriyası əsasında çəkilən animedir. Shaft studiyası tərəfindən istehsal olunan animenin rejissoru Akiyuki Şinbodur. Ümumilikdə 103 seriyadan və 3 filmdən ibarət olan anime adaptasiyası 3 mövsümə bölünmüşdür: Birinci mövsüm, İkinci mövsüm və Final mövsümü. Hər mövsüm "monoqatari" adlı hissələrdən, hər monoqatari isə hekayə arklarından ibarətdir. Hekayə Araraqi Koyomi adlı gənc bir oğlanın "qəribəlik" adlı fenomenlə üzləşən insanlarla rastlaşmasından və onun başına gələn hadisələrdən bəhs edir.

İlk anime serialı "Bakemonogatari" 12 seriya davam etmiş və 3 iyul-25 sentyabr 2009-cu il tarixlərində Tokyo MX vasitəsilə yayımlanmışdır. Animenin rəsmi saytı vasitəsilə 3 noyabr 2009-cu ildən 25 iyun 2010-cu ilə kimi 3 əlavə veb-anime serialı buraxılmışdır. "Nisemonogatari" adlı 7 seriyalıq sikvel 7 yanvar-17 mart 2009-cu il tarixlərində yayımlanmışdır. "Nekomonogatari (Black)" adlı 4 seriyadan ibarət prikvel anime serialı isə 31 dekabr 2012-ci ildə buraxılmışdır. Daha sonra 6 sikvel anime "Monogatari Series Second Season" adlı altında yayımlanmışdır: "Nekomonogatari (White)", "Kabukimonogatari", "Otorimonogatari", "Onimonogatari" və "Koimonogatari" adlı animelər 6 iyul-28 dekabr 2013-cü il tarixlərində yayımlanmışdır. "Hanamonogatari"nin digərləri ilə 2013-cü ilə buraxılması planlaşdırılsa da, 16 avqust 2014-cü ildə yayımlanmışdır. 31 dekabr 2014-cü ildə 4 seriyalıq "Tsukimonogatari" animesinin buraxılması ilə sonuncu mövsüm - final mövsümü başlamışdır. 3 oktyabr-19 dekabr 2015-ci il tarixlərində "Owarimonogatari" animesinin 12 seriyalıq birinci hissəsi yayımlanmışdır. Bütün hekayəyə prikvel kimi çəkilən "Kizumonogatari" film trilogiyasının filmləri 8yanvar 2016-cı ildən 6 yanvar 2017-ci ilə kimi ekranlaşdırılmışdır. "Koyomimonogatari" 9 yanvar 2016-cı ildə, "Owarimonogatari"nin ikinci hissəsi 12-13 avqust 2017-ci ildə, "Zoku Owarimonogatari" isə 10 noyabr 2018-ci ildə buraxılmışdır.

Anime üçün Satoru Kosaki və Mitonun bəstəkarlıqları ilə Meg Rock tərəfindən bir neçə açılış mahnısı yazılmışdır. "Bakemonogatari"nin bağlanış mahnısı Supercell tərəfindən bəsətlənmiş, 12 avqust 2009-cu ildə buraxılmışdır. Bu mahnı Oricon sinqllar çartında 5-ci yerə yüksəlmişdir. "Nisemonogatari" animesinin bağlanış mahnısı ClariS tərəfindən oxunan və Supercell qrupundan Ryo tərəfindən yazılan mahnısıdır. "Nekomonogatari (Black)" animesinin bağlanış mahnısı Saori Kodama tərəfindən yazılmış, Satoru Kosaki tərəfindən bəstələnmiş və Marina Kavano tərəfindən ifa olunmuşdur. İkinci mövsüm üçün 4 bağlanış mahnısından istifadə olunmuşdur: "Nekomonogatari (White)" və "Kabukimonogatari" animeləri üçün Cin tərəfindən hazırlanan və Luna Haruna tərəfindən ifa olunan mahnısı; "Otorimonogatari" və "Onimonogatari" animeləri üçün Kavano tərəfindən ifa olunan mahnısı; "Koimonogatari" anime üçün Haruna və Kavano tərəfindən ifa olunan "snowdrop" mahnısı; "Hanamonogatari" animesi üçün Kavano tərəfindən ifa olunan mahnısı. Final mövsümündə 5 bağlanış mahnısından istifadə olunmuşdur: "Tsukimonogatari" animesi üçün ClariS tərəfindən ifa olunan "Border" mahnısı; "Owarimonogatari" animesinin birinci hissəsi üçün Alisa Takiqava tərəfindən ifa olunan mahnısı; "Koyomimonogatari" animesi üçün TrySail tərəfindən ifa olunan "whiz" mahnısı; "Owarimonogatari" animesinin ikinci hissəsi üçün ClariS tərəfindən ifa olunan "Shiori" mahnısı; "Zoku Owarimonogatari" animesi üçün TrySail tərəfindən ifa olunan "azure" mahnısı. __TOC__

Xülasə Mövsüm Seriyalar Yayım tarixi Başlama tarixi Bitmə tarixiMonogatari: Birinci mövsüm Bakemonogatari 15 3 iyul 2009 25 iyun 2010 Kizumonogatari 3 film 8 yanvar 2016 6 yanvar 2017 Nisemonogatari 11 7 yanvar 2012 17 mart 2012 Nekomonogatari (Black) 4 31 dekabr 2012Monogatari: İkinci mövsüm Nekomonogatari (White) 5 6 iyul 2013 3 avqust 2013 Kabukimonogatari 4 17 avqust 2013 7 sentyabr 2013 Hanamonogatari 5 16 avqust 2014 Otorimonogatari 4 21 sentyabr 2013 12 oktyabr 2013 Onimonogatari 4 26 oktyabr 2013 16 noyabr 2013 Koimonogatari 6 23 noyabr 2013 28 dekabr 2013Monogatari: Final mövsümü Tsukimonogatari 4 31 dekabr 2014 Koyomimonogatari 12 10 yanvar 2016 27 mart 2016 Owarimonogatari 20 3 oktyabr 2015 13 avqust 2017 Zoku Owarimonogatari 6 18 may 2019 22 iyun 2019

Monogatari: Birinci mövsüm (2009–2017) Bakemonogatari BaşlıqAçılış mahnısı(Blu-ray versiyası)SonluqYayım tarixi

İstinadlar

Kateqoriya:Anime seriyalarının siyahıları