Ağsu şəhər stadionu — Azərbaycanın Ağsu şəhərində yerləşən futbol stadionu. Açılışı 30 oktyabr 2011-ci ildə olmuşdur.

Üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılmışdır. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir.

"Ağsu" futbol klubu ev oyunlarını bu stadionda keçirir.

İstinadlar

Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:2011-ci ildə Azərbaycanda yarananlar