Əlişar — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında,indi Sisyan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 18-20 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.13.
Toponim qədim türk dilində <<alçaq dağ>> mənasında işlənən alaşar sözününРадлов В.В. Опыт словарья тюркских наречий, т.I, ч.1, СПб, 1893. s.365 fonetik variantı olan (alışar) sözü əsasında yaranmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Əhalisi Kənddə 1886 –cı ildə 138 nəfər, 1897 –ci ildə 48 nəfər, 1908 –ci ildə 160 nəfər, 1914 –cü ildə 214 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147.1918 –ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur.İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir.Burada 1922 –ci ildə 105 nəfər, 1926–cı ildə 104 nəfər, 1931 –ci ildə 135 nəfər azərbaycanlı yaşamışdır.
1930–cu illərin sonlarında kəndin sakinləri qonşu Sofulu kəndinə köçürülərək kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri Kateqoriya:Ermənistanın ləğv olunmuş kəndləri