Tom Uilyam Hiddlston (, 9 fevral 1981, Vestminster, London) — İngiltərəli aktyor və prodüser. Daha çox Marvel film seriyasında canlandırdığı Loki və həmçinin "Axşamüstü Parisdə" (2011), "Krimson zirvəsi" (2013) filmləri ilə məşhurdur.

İlk illəri Tom Hiddlston 9 fevral 1981-ci ildə Londonun Vestminster rayonunda doğulmuşdur. İlkin təhsilini Oksfordakı Drakon məktəbi və Berkşirdəki İton kollecində təhsil almışdır. 2005-ci ildə Kral Dramatik İncəsənət Akademiyasını bitirib.

Karyerası Hiddlston karyerasına televiziyada başlayıb, ilk rolunu Nikolas və Niklbinin həyatı və məcarası" (2001) telefilmində oynayır. Bundan sonra o bir neçə il müxtəlif televiziya layihələrində iştirak edir. İlk böyük rolunu "Ceyn Ostinin sevgi uğursuzluqlarında" (2008) seriyalında oynayır.

Aktyor 2011-ci ildə Marvel Kinematoqrafiya Kainatına daxil olan "Tor" filmində Loki obrazını canlandırır. Rol ona dünya məşhurluğunu qazandırıraq karyerasında yeni bir dövrü açır. Tom Hiddlston yeni Loki qəhrəmanını "Tor: Qaranlıq dünya", "Qisasçılar", "Tor: Raqnarök", "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində canlandırdı. 2011-ci ildə həmçinin onun iştirakı ilə "Döyüş atı" və "Gecəyarısı Parisdə" filmlərinin premyerası olmuşdu.

2017-ci ildə "Gecə administratoru" serialındakı Conatan Payn obrazına görə ən yaxşı miniserial və ya telefilm nominasiyasında Qızıl qlobus mükafatına layiq görülmüşdür.

Filmoqrafiyası ilFilmin adıOrjinal adıRol<center>2001<center><center>Konspirasiya<center><center>Conspiracy<center><center>Operator<center><center>2002<center><center>Yaxınlaşan fırtına<center><center>The Gathering Storm<center><center>Rendolf Çörçill<center><center>2005<center><center>Şekspir və onun sonetlərinin sirri<center><center>A Waste of Shame: The Mystery of Shakespeare and His Sonnets<center><center>Con Holl<center>2006<center><center>Viktoriya Xaçı Qəhrəmanları<center><center>Victoria Cross Heroes<center><center>Kapitan Con "Cek" Rendl<center><center>2006–2007<center><center>Şəhərətrafı atışma<center><center>Suburban Shootout<center><center>Bill Xezeldin<center><center>2007<center><center>Yad<center><center>Unrelated<center><center>Oakli<center><center>2007<center><center>Bədbəxt hadisə<center><center>Casualty<center><center>Kris Von<center><center>2007<center><center>Qalapaqos<center><center>Galápagos<center><center>Çarlz Darvin<center><center>2008<center><center>Miss Ostinin uğursuzluqları<center><center>Miss Austen Regrets<center><center>Mister Con Plampt<center><center>2008–2010<center><center>Vallander<center><center>Wallander<center><center>Maqnus Martinsson<center><center>2009<center><center>Krenford<center><center>Cranford<center><center>Uilyam Bakston<center>2014Yalnız sevənlər sağ qalırOnly Lovers Left AliveAdam

Şəxsi həyatı Tom Hiddlston UNICEF-in humanitar və inkişaf yardım fondu qrupunun İngiltərədəki səfiridir. O insanları aclıq haqqında daha çox məlumatlandırmaq üçün 2013-cü ilin əvvəlində Qvineyaya səyahət etmişdir. 2015-ci ilin əvvəlində və 2016-cı ilin sonlarında Cənubi Sudana səyahəti zamanı vətəndaş müharibəsinin uşaqların həyatına mənfi təsirini qeyd etmişdir. Hiddlston özünü feminist hesab edir.

Aktyor 2008–2011-ci illərdə aktrisa Syuzan Fildinqlə münasibətdə olmuşdur. 2016-cı ildə isə bir neçə ay müğənni Teylor Sviftlə görüşüb.

İstinadlar Kateqoriya:Kişi feministlər Kateqoriya:XXI əsr aktyorları