thumb|250px|Almaniya imperiyası 1871–1918-ci illərdə

Almaniyanın birləşdirilməsi — 1871-ci ildə alman xalqlarının yaşadığı bir neçə onlarla müstəqil dövlətin Prussiya krallığı ətrafında birləşərək Almaniya imperiyası federal dövlətinin yaradılması.

Almaniyanın siyasi və inzibati cəhətdən inteqrasiya olunmuş bir dövlət halına gəlməsi 1871-ci il 18 yanvar tarixində Fransanın Versal sarayındakı Güzgülü salonda elan edildi. Avstriya xaric olmaqla, bütün alman dövlətlərinin şahzadələri Fransa–Prussiya müharibəsinin nəticəsində Fransanın təslim olmasından sonra bir yerə gələrək Prussiya kralı I Vilhelmi alman imperatoru elan etdilər. Qeyri-rəsmi olaraq, alman dilli dövlətlərin de-fakto federativ sistemə keçməsi prosesi gedirdi. Bu proses alman dövlətlərindəki əsilzadələrin istəyindən asılı olaraq, bəzən sürətlənir, bəzənsə yavaşlayırdı. Bu proses müxtəlif partiyaların təxminən bir əsr davam edən avtokratik eksperimentlər üzərindəki öz maraqları, Müqəddəs Roma imperiyasının süqutunu sürətləndirən Napoleon müharibələri və alman millətçiliyinin yüksəlişi ilə müşahidə edilirdi.

Birləşmə nəticəsində yeni millətin üzvləri arasında dini, dlinqivistik, sosial və mədəni fərqlərin olduğunu ortaya çıxardı. Bu zaman 1871-ci il birləşməsinin daha böyük birləşmə prosesinin bir anını təmsil etdiyi təklif edildi. Müqəddəs Roma imperiyası tez-tez "Bütün almanların imperiyası" adlandırılırdı. Müasir mənbələr isə onlara çox zaman "almanlar" deyə müraciət edirdi. İmperiyada əsilzadə şəxslərə "Almaniyanın şahzadəsi" və ya "Almanların şahzadəsi" deyə müraciət edilirdi. Almaniyanın yarandığı torpaqlar ilk öncələr Şərqi Frankiya adlanırdı və hələ Böyük Karlın dövründən etibarən kiçik krallıqlar formasında təşkil edilmişdi. Ölkənin ərazisinin əksəriyyəti dağlıq bölgələrdən ibarət idi və dağlarda təcrid edilmiş insanlar arasında uzun müddət davam etmiş dövr ərzində təhsil, linqivistika, mədəni və dini sahələrdə böyük fərqlər meydana çıxmışdı. XIX əsr boyunca nəqliyyat və kommunikasiya vasitələrinin inkişafı isə bu insanları bir-birinə daha yaxın etmişdi.

500 müstəqil dövlətin daxil olduğu Müqəddəs Roma imperiyasının hökmdarı II Frans Üçüncü koalisiya müharibəsi zamanı 1806-cı ilin 6 avqustunda hakimiyyətdən əl çəkdi. Bununla da imperiya süqut etdi. İmperiyanın hüquqi, adminstrativ və siyasi olaraq parçalanmasına və sona çatmasına baxmayaraq, keçmiş imperiyanın alman dilli əhalisi ümumi dilə, mədəniyyətə və hüquq adətinə sahib idi. Bunlar Napoleon müharibələri və Fransa inqilab müharibələri zamanı paylaşılan təcrübə sayəsində daha da artmışdı. Avropa liberalizmi birləşmə üçün sülalə və tək hakimiyyətliklə mübarizə aparacaq intellektual baza təklif edirdi. Bu cərəyanın alman təzahüründə isə müəyyən coğrafi regiondakı insanların dil, adət-ənənə və təhsil birliyinin vacibliyi vurğulanırdı. İqtisadi olaraq 1818-ci ildə Prussiya Gömrük İttifaqının () yaradılması və sonradan Alman Konfederasiyasının genişlənərək, digər dövlətlərin də ona daxil olması dövlətlər arasındakı və daxilindəki mübarizəni bir qədər azaltdı. İnkişaf etməkdə olan nəqliyyat növləri iş və əyləncə səyahətlərini əvvəlki dövrlərə nisbətən xeyli asanlaşdırdı və nəticədə Mərkəzi Avropada alman dillilərin bir-biriləri ilə bəzən toqquşmalara səbəb olan kontaktları çoxaldı.

1814–1815-ci illər Napoleon müharibələrindən sonra keçirilən Vyana konqresindən sonra Mərkəzi Avropada Avstriyanın üstünlüyü təsbit edildi. Vyana danışıqları aparan tərəflər Prussiyanın Alman dövlətləri daxilində və içərisində böyüyən gücünü nəzərə almadılar və Prussiyanın Alman xalqlarının liderliyi üçün Avstriyaya meydan oxuyacağını düşünmədilər. Alman dualizmi birləşmə probleminin iki həll yolunu təqdim edirdi. "Alman sualı" adlanan bu məsələyə görə Almaniyanın birləşməsinin iki planı var idi: Avstriyanın daxil olmadığı Kiçik Almaniya () və Avstriyanın da daxil olduğu Böyük Almaniya ().

Tarixçilər Otto fon Bismarkın 1866-cı il Şimali Alman Konfederasiyasını sadəcə daha da genişləndirmək üçünmü, yoxsa bütün almanları bir müstəqil dövlətdə toplamaq üçünmü mübarizə apardığını müzakirə edirlər. Gəlinən nəticə odur ki, Bismarkın realpolitikinə əlavə güc qatan faktorlar erkən müasir hökumətlərin XIX əsrdəki siyasəti, iqtisadiyyatı, hərbi sahəni və diplomatik münasibətləri yenidən təşkil etməsinə səbəb oldu. Danimarka və fransız millətçiliyi alman birliyi hissinin qabarmasına gətirib çıxarırdı. Başda Prussiya olmaqla, alman dövlətlərinin 3 regional müharibədəki hərbi uğurları insanlarda özünəinam və qürur hissinin baş qaldırmasına səbəb oldu. Siyasətçilər isə bundan birləşmə yönündə istifadə edə bildilər. Bu təcrübə Napoleon müharibələrində, xüsusən də 1813–14-cü illərin Azadlıq müharibəsindəki qarşılıqlı uğurlar xatirəsini əks etdirirdi. Almaniyanın 1871-ci ildə siyasi və adminstrativ olaraq Avstriyasız yaradılması dualizm problemini ən azından müvəqqəti olaraq həll etdi.

Qısa xronologiya thumb|alt=allegorical figure of Germania (woman, sword, flowing hair, flowing robes), seated, sword on her lap|Alman millətini təcəssüm etdirən Germania. Flipp Veytin (1834–1836) fresko əsəridir. Alman Konfederasiyasının gerbindən qalxan tutub. Aşağıdakı qalxanlar isə Müqəddəs Roma imperiyasının 7 ənənəvi elektorunun qalxanlarıdır.

1797: Birinci Fransa Respublikası Birinci Koalisiya müharibəsinin sonunda Reyn çayının sol sahilini özünə birləşdirdi. 1802: İkinci koalisiya müharibəsinin nəticəsində Fransanın əvvəlki müharibənin sonunda özünə ərazilər birləşdirməsi digərləri tərəfindən qəbul edildi. 1804: Avstriyalı I Frans Napoleon Bonapartın 1804-cü ildə Birinci Fransa imperiyasını elan etməsinə cavab olaraq Avstriya imperiyasının yaradıldığını elan etdi. 1806: Üçüncü Koalisiya müharibəsinin nəticəsində I Napoleon Reynin şərq tərəfində bəzi torpaqları ələ keçirdi və Müqəddəs Roma imperiyasını fransız satellit dövləti olan Reyn Konfederasiyası ilə əvəz etdi. 1807: Prussiya Dördüncü Koalisiya müharibəsinin sonunda torpaqlarınnı təxminən yarısını itirdi. 1815: Napoleonun məğlub olmasından sonra keçirilən Vyana konqresinin qərarına əsasən alman dövlətləri Avstriya imperiyasının liderliyini etdiyi Alman Konfederasiyasına daxil edildi. 1819: Karlsbad qərarnaməsi ilə Alman dövləti yaratmaq üçün həyata keçirilən bütün növ pangermanist fəaliyyət qadağan edildi. Lakin Prussiya digər konfederasiya dövlətləri ilə birlikdə gömrük ittifaqı yaratdı. 1834: Prussiya rəhbərliyindəki Alman Gömrük İttifaqının () öz əhatə dairəsini daha da genişləndirdi və demək olar ki, Avstriya imperiyasından başqa bütün Almaniya İttifaqı dövlətləri gömrük ittifaqına daxil oldu. 1848: Almaniya İttifaqının Berlin, Drezden, Frankfurt və s. kimi şəhərlərində çıxışların baş verməsi Prussiya kralı IV Fridrix Vilhelmi ittifaq üçün konstitutsiya vəd etməsinə gətirib çıxardı. Eyni zamanda, 1848-ci ildə Frankfurt parlamenti toplandı. Parlament Almaniyanın birləşdiyini elan etməyə cəhd etsə də, bu IV Fridrix Vilhelm tərəfindən rədd edildi. Almaniyanın birləşməsi məsələsində Avstriyanın daxil olmadığı Kiçik Almaniya () və Avstriyanın da daxil olduğu Böyük Almaniya () problemi ortaya çıxdı. 1850: Prussiya krallığının təklifi ilə alman dövlətlərinin birləşdiyi qısaömürlü Erfurt Birliyi yaradıldı. Birliyin parlamenti Erfurt şəhərindəki Müqəddəs Avqustin kilsəsində açıldı və bu parlament 1850-ci ilin mart ayınnı 20-dən 29 aprelə qədər mövcud oldu. Bu ittifaq heç vaxt əsl hakimiyyətə sahib ola bilmədi və 1850-ci ilin 29 noyabr tarixində Avstriya ilə Prussiya arasında imzalanmış Olmütz razılaşması ilə tamamilə ortadan qaldırıldı. Bu razılaşmaya görə Prussiya Erfurt Birliyini ləğv etdi və Avstriyannı liderliyini etdiyi Almaniya ittifaqına qoşuldu.Blackbourn, David (1997) The Long Nineteenth Century: A History of Germany, 1780–1918, Oxford: Oxford University PressGunter Mai, Die Erfurter Union und das Erfurter Unionsparlament 1850. Köln: Böhlau 1861–62: I Vilhelm Prussiya kralı olduqdan sonra 23 sentyabr 1862-ci ildə Otto fon Bismarkı xarici işlər naziri və əsas nazir təyin etdi. Bismark Almaniyanın Prussiya rəhbərliyində birləşməsini "qan və dəmir" siyasəti üzərində qurmağın tərəfdarı kimi tanınırdı. 1864: Danimarka krallığının Şlezviqi krallığa birləşdirməyə cəhd etməsi Prussiyanın etirazı ilə qarşılandı. Otto fon Bismarkın diplomatik gedişləri nəticəsində Avstriyada Danimarka ilə olan müharibəyə daxil edildi. Avstriya-Prussiya ittifaqı müharibədə qələbə qazandı. Avstriya ilə Prussiya arasında 1864-cü ildə imzalanmış Vyana razılaşmasına görə Şlezviq Prussiya idarəçiliyinə, Holşteyn isə Avstriya idarəçiliyinə keçdi. 1866: Bismark Avstriyanı Prussiya idarəçiliyi altında olan Şlezviqə müdaxilə etməkdə ittiham edirdi. Bu problemlər müharibəyə səbəb oldu. Prussiya qoşunları Holşteynə daxil oldu və beləliklə, Şlezviq-Holşteyn əyaləti tamamilə Prussiyanın tabeliyinə keçdi. Buna cavab olaraq Avstriya Prussiyaya müharibə elan etdi. Avstriya-Prussiya müharibəsində Avstriya qoşunları sürətli formada məğlub oldular. 1866-cı ildə imzalanmış Praqa sülhünə görə Alman ittifaqı ləğv edildi və Prussiya Şimali Alman İttifaqını yaratdı. Yeni yaradılmış ittifaqa Fransapərəst cənub krallıqları olan Bavariya, Baden və Vürttemvurqdan başqa, bütün alman dövlətləri daxil idi. 1870: Avstriya-Prussiya müharibəsi zamanı Fransa imperatoru neytral qalması qarşılığında Reynləndi istədi. Bundan sonra Bismark cənub krallıqlarını birləşdirmək üçün İspaniya varisliyi məsələsindən və Ems teleqramından istifadə etdi. Cavabında Fransa imperiyası Prussiyaya müharibə elan etdi. 1871: Fransa-Prussiya müharibəsi Prussiya qoşunlarının İkinci Fransa imperiyasının paytaxtı Parisi ələ keçirməsi ilə sonlandı. 1871-ci ildə imzalanmış Frankfurt müqaviləsi ilə Bavariya, Baden və Vürttemburq Şimali Alman İttifaqına daxil edildi. Bismark kral I Vilhelmi birləşmiş Almaniyanın imperatoru (Kayzer) elan etdi. Birləşmiş Almaniyaya Avstriya daxil deyildi. Alman qoşunlarının Parisdə olduğu dövrdə III Napoleonun rəhbəri olduğu İkinci imperiya süqut etdi və Adolf Tyer Üçüncü Fransa Respublikasının yaradıldığını elan etdi.

Almandilli Mərkəzi Avropa XIX əsrin əvvəllərində thumb|upright=1.35|Müqəddəs Roma imperiyasının 1789-cu ildəki xəritəsi. Xəritənin əksər hissəə Mahsburq monarxiyası torpaqlarından (narıncı) və Prussiya krallığı torpaqlarından (mavi) ibarətdir. Həmçinin xəritədə xeyli sayda olan kiçik dövlətlər də əks etdirilmişdir. Bir çoxu isə xəritədə görünməyəəck qədər kiçikdir.