Diqora rayonu () - Rusiya Federasiyası, Şimali Osetiyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Diqora şəhəridir.
Coğrafiya
Digora rayonu respublikanın qərb hissəsində, Osetiya mailli düzənliyində yerləşir. Ərazidən üç çay axır: Ursdon, Dur-Dur, Srau (Siraudon). Rayonun sahəsi - 584.51 km². Şərqdən Ardon rayonu, cənub-şərqdən Alagirski rayonu, şimaldan Kirov rayonu, qərbdən İrafski rayonu, şimal-qərbdən isə Kabarda-Balqariyanın Leskenski rayonu ilə həmsərhəddir.
Əhali Urbanizasiya Şəhər şəraitində (Diqora ş.) rayon əhalisinin 55,09 % yaşayır.
Milli tərkib
2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə kəndin milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir:
XalqSay, nəf.Ümumi əhaliyə olan nisbəti, %osetinlər 17 078 88,3 %ruslar 1 585 8,2 %türklər 231 1,2 %digərləri 400 2,3 % 2019-cu il məlumatına əsasən rayon əhalisinin sayı 18 283 nəfərdir.
İnzibati-ərazi vahidliyi Ardon rayonunun tərkibinə daxil olan 5 kənd və 1 şəhər yaşayış məntəqəsi 6 inzibati vahidlikdə birləşir:
Diqora şəhər məntəqəsi - Diqora
Dur-Dur kənd sovetliyi - Dur-Dur
Karman-Sincikau kənd sovetliyi - Karman-Sincikau
Kora-Ursdon kənd sovetliyi - Kora-Ursdon
Mostizdağ kənd sovetliyi - Mostizdağ
Nikolayev kənd sovetliyi - Nikolayev.
Din Pravoslavlıq Müqəddəs Məryəmin Doğum Kilsəsi (Diqora şəhəri)
Müqəddəs Nikolas Çudotvors kilsəsi (Nikolaevskaya kəndi)
İslam Nikolaevskaya kəndində Ahıska türklərinin kiçik bir icması var.
İqtisadiyyat Sənaye Rayonda 8 sənaye müəssisəsi var,
spirt istehsalı üçün 4 sex,
1 avtomobil müəssisəsi,
2 tikinti təşkilatı
4 yanacaqdoldurma məntəqəsi.
Kənd təsərrüfatı Rayon respublikanın ənənəvi olan kənd təsərrüfatı məhsullarının istehsalı ilə xarakterizə olunur. Rayonda istifadə edilən 2,5 min hektardan çox ərazidə 2 kəndli, 2 kolxoz, 2 sovxoz və 36 kəndli fermer birliyi fəaliyyət göstərir. Digora rayonu ərazisində "Dur-Dur", "Ursdon" Kəndli Fermer Təsərrüfatları Asosasiyası, Saqolov adına sovxoz vardır.
Mədəniyyət Diyarşünaslıq Muzeyi - Diqora,
Saqolovun ev muzeyi - Diqora,
Maxarbek Tuqanovun ev muzeyi - Dur-dur kəndi,
Maliev adına Dram Xalq Teatrı. - Digora şəhəri,
«Kaft» xalq rəqs ansamblı - Diqora,
Kazak Mahnı Ansamblı - Nikolaevskaya
Kinoteatr - Digora şəhəri,
Digora regional mətbəəsi.
«Xilaskar Məsih» abidəsi - Diqora,
Müqəddəs Qeorgi Pobedonos heykəli.
İstinadlar
Kateqoriya:Şimali Osetiya rayonları