Urup rayonu (, , , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Preqradnaya qəsəbəsidir. Coğrafiyası Urup rayonu Qaraçay-Çərkəz Respublikasının cənub-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 2782.00 km²-dir.

Aşağıdakı ərazilərlə həmsərhəddir:şərqdə Zelençuk rayonu, qərbdə Krasnodar diyarının Mostovski, şimalda isə Labinski və Otradnenski rayonları, cənubda qismən tanınmış Abxaziya Respublikası.

Rayonun ərazisi respublikanın dağlıq hissəsində yerləşir. Silsilələr və çay vadilərindən ibarətdir. Ərazinin iqliminə dağların təsiri böyükdür (sərin yay, nisbətən isti qış) olur. Rayon torpaqları dağ kənd təsərrüfatı zonasında yerləşir.

Tarixi Arxiv məlumatlara görə Urup rayonu əvvəllər Preqradnenski adlanırdı. Rayon 7 sentyabr 1938-ci ildə Qaraçay Muxtar Vilayətinin tərkibində təşkil olunmuşdur. Qaraçay xalqının deportasiyası ilə əlaqədar 12 oktyabr 1943-cü ildə Qaraçay Muxtar Vilayəti və Preqradnenski rayonu ləğv edilir. 1957-ci ilin yanvar ayında rayon yenidən təşkil olunur.

RSFSR Ali Sovetinin Rəyasət Heyətinin 9 yanvar 1957-ci il tarixli 721/3 qərarı ilə Krasnodar diyarından rayona aşağıdakılar yaşayış məntəqələri verildi: Psemyon, Yerşov ferması, Rojkao, Asiya və Podskalnı kəndləri, eləcə də indiki bir sıra qəsəbələr (Yuxarı Beskes, Nijni Beskes, Mostovaya Polyana, Tamski, Toçyonı).

Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Soveti Rəyasət Heyətinin 23 fevral 1960-cı il tarixli 713/10 fərmanı ilə Krasnodar diyarının Kurdjin kənd sovetliyi (Kurdjinovo, Predgornı və Tyoplı kəndlərindən ibarətdir) ayrıca Qaraçay-Çərkəz Muxtar Vilayətinin Preqradnenski rayonuna verilir.

Əhali

Urbanizasiya Rayon ərazisində ümumi əhalinin 23,63 % şəhərlərdə yaşayır.

Milli tərkib Xalq2002Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip , см. прим. ) 2010ruslar 14 000 (75,1 %) 18 885 (77,65 %)qaraçaylılar 3 476 (18,6 %) 4 456 (18,32 %)ukraynalılar 407 (2,2 %) 236 (0,97 %)özbəklər 4 (<0,1 %) 100 (0,41 %)çərkəzlər 72 (0,4 %) 87 (0,36 %)ermənilər 57 (0,3 %) 80 (0,33 %)tatarlar 100 (0,5 %) 68 (0,28 %)belaruslar 88 (0,5 %) 50 (0,21 %)almanlar 52 (0,3 %) 39 (0,16 %)osetinlər 34 (0,2 %) 32 (0,13 %)noqaylar 18 (0,1 %) 27 (0,11 %)ləzgilər 38 (0,2 %) 25 (0,10 %)gürcülər 27 (0,1 %) 23 (0,09 %)yunanlar 21 (0,1 %) 21 (0,09 %)azərbaycanlılar 19 (0,1 %) 19 (0,08 %)balkarlar 4 (<0,1 %) 14 (0,06 %)qazaxlar 33 (0,2 %) 14 (0,06 %)abazinlər 9 (<0,1 %) 13 (0,05 %)digər millətlər 195 (1,0 %) 131 (0,54 %) Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 2 216 2 089 4 305 17,64 % 15 — 59 yaş 7 588 8 097 15 685 64,27 % 60 yaşdan yuxarı 1 694 2 720 4 414 18,09 % ümumi 11 498 12 906 24 404 100,0 %

Kişilər — 11 498 nəf. (47,1 %. Qadınlar — 12 906 nəf. (52,9 %).

Əhalinin orta yaşı — 38,1 yaş. Kişilərin orta yaşı — 36,0 yaş. Qadınların orta yaşı — 39,9 yaş.

İstinadlar

Mənbə Официальный сайт Карачаево-Черкесской Республики Административно-территориальное деление КЧР Справочник почтовых индексов / кодов ОКАТО / налоговых инспекций ФНС / адресов

Kateqoriya:Qaraçay-Çerkesiya rayonları Kateqoriya:1938-ci ildə yaranmış dövlətlər və ərazilər