Ermənistan parlamentinə silahlı hücum və ya sadəcə 27 Oktyabr (, Hoktemberi k’sanyot’) — Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktı. Sarkisyan və Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq prezident Robert Köçəryanı siyasi səhnədən kənarlaşdırmışdı.
Silahlı hücum ölkənin siyasi mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu, əsasən, terror aktından sonra tez-tez avtoritar olaraq tənqid olunan prezident Köçəryanın daxil olduğu çoxsaylı konspirasiya nəzəriyyələrinin mövzusu olaraq qalır. Sarkisyan və Dəmirçyan ölümlərindən sonra Ermənistan Milli Qəhrəmanı adına layiq görüldülər.
Silahlı hücum 200px|thumb|right|Hücumun əsas hədəfi kimi göstərilən keçmiş Müdafiə Naziri Baş nazir Vazgen Sarkisyan
27 oktyabr 1999-cu il tarixində, saat 17:15-də hökumət tərəfindən sual-cavab iclası keçirilərkən jurnalist və keçmiş EİF üzvü Nairi Hunanyanın rəhbərliyi altında uzun paltolarının içərisində gizlədilən Kalaşniov AK-47 avtomatları ilə silahlanmış beş nəfər İrəvanın Bağramyan prospektindəki Milli Məclis binasına girdi. Onlar səkkiz nəfəri güllələyərək öldürdülər:
Vazgen Sarkisyan – Baş nazir Karen Dəmirçyan – Milli Məclisin sədri Yuri Baxşyan – Milli Məclisin sədrinin müavini Ruben Miroyan – Milli Məclis sədrinin müavini Leonard Petrosyan – Təcili İşlər naziri Henrik Abrahamyan – Parlamentin üzvü Armenak Armenakyan – Parlamentin üzvü Mixail Kotanyan – Parlamentin üzvü
Silahlılar parlamentdə ən az 30 nəfəri yaraladılar.
Hunanyanı qardaşı Karen, əmisi Vram və digər iki nəfər müşaiət etmişdi. Qrup dövlət çevrilişi etdiklərini iddia etdi. Onlar öz hərəkətlərini "vətənpərvər" və "millətin öz hisslərini yenidən qazanması üçün vacib" olaraq görürdülər. Onlar "hakimiyyəti millətə etdikləri işlərə görə cəzalandırmaq istədiklərini" bildirdilər və hökuməti "xalqın qanını içən" mənfəətçilər olaraq təsvir etdilər. Terrorçular Ermənistanın "fəlakətli bir vəziyyətdə" olduğunu və "korrupsioner məmurların" çıxış yolu təmin etmək üçün heç bir iş görmədiklərini iddia etdilər. Vazgen Sarkisyanın qrupun əsas hədəfi olduğu, digər qətllərin isə qəsdən edilmədiyi bildirildi. Çəkilişlərin şahidi olan jurnalistlərin dediyinə görə, silahlılar Sarkisyana tərəf gedərək "yetərincə qanımızı içdin" deyə qışqıranda, Sarkisyan sakitcə cavab vermişdi: "Hər şey sizin və uşaqlarınızın gələcəyi üçün edilir." Vazgen Sarkisyan bir neçə dəfə vuruldu. Hunanyan "milləti pis vəziyyətdə qoyan" Sarkisyan istisna olmaqla, hücumdakı səkkiz ölümün və yaralanan onlarla insanın hamısının hadisənin "günahsız qurbanlar"ı olduğunu söylədi. Hadisə şahidi jurnalist Anna İsrailyan "ilk atışmalar birbaşa Vazgen Sarkisyana bir-iki metr aralıda atəş edildi" və onun sözlərinə görə "Baş nazirin sağ qalması mümkün deyildi."
Kameraman Qaqik Saratikyan silahlılar parlament binasında olarkən, içəri girilməsinə icazə verilən ilk şəxs idi. Saratikyan Vazgen Sarkisyan və Karen Dəmirçyanın meyitlərini videoya çəkdi. Sarkisyanın cəsədi 27 oktyabr axşamı parlament binasından çıxarıldı.
Hökumətin cavabı Hücumdan dərhal sonra yüzlərlə polis və ordu qüvvəsi və iki zirehli transportyor İrəvana gətirilərək Milli Məclis binası ətrafındakı Bağramyan prospektinə yerləşdirildi. Əməliyyatda Rusiyadan gələn anti-terror dəstəsi də var idi. Bu vaxt çox sayda təcili yardım maşını atışma yerinə göndərilmişdi. Prezident Robert Köçəryan parlament binası ətrafında təhlükəsizlik qüvvələrinin fəaliyyətinə rəhbərlik edirdi. Binanın içərisində 50-yə yaxın girov saxlanılarkən silahlılar vertolyot və siyasi bəyənat üçün milli televiziyada efir vaxtı tələb etdilər.
Prezident Robert Köçəryan vəziyyətin nəzarət altında olduğunu elan edərək televiziyada çıxış etdi. Onun sözçüsü Vahe Qabrielyan silahlıları "fərdi terrorçu" kimi xarakterizə edərək "bunlar yalnız parlament binasındakı kiçik bir qrupdur" dedi. Prezident Köçəryanla gecə boyu davam edən danışıqlardan sonra silahlı şəxslər girovları azad etdilər və 17–18 saat davam edən əlavə danışıqlıqlardan sonra, 28 oktyabr səhəri təslim oldular. Köçəryan silahlı şəxslərin şəxsi təhlükəsizliyinə və azad məhkəmə hüququna zəmanət vermişdi. Bu vaxt Ermənistan Silahlı Qüvvələri təhlükəsizlik səbəbiylə İrəvana gedən bütün yolları bağlamışdı.
28 oktyabr 1999-cu ildə prezident Köçəryan ölkədə üç günlük matəm elan etdi. Parlament terror qurbanları üçün 30–31 oktyabr 1999-cu il tarixlərində dövlət dəfn mərasimi keçirildi. Qurbanların cəsədləri, o cümlədən Vazgen Sarkisyan İrəvan Opera Teatrının içərisinə yerləşdirildi. Dəfn mərasimində Rusiyanın Baş naziri Vladimir Putin və Gürcüstan prezidenti Eduard Şevardnadze başda olmaqla 30-a yaxın ölkədən bir çox yüksək vəzifəli şəxs iştirak etdi. Dəfndə Bütün Ermənilərin Katolikosu II Qaregin və Kilikiyanın Müqəddəs Taxt Katolikosu I Aram dualar etdi.
Reaksiyalar
İctimai Ermənistan Milli Elmlər Akademiyasının Sosioloji Araşdırmalar Mərkəzi tərəfindən atışmadan dərhal sonra (30–31 oktyabr) aparılan sorğunu cavablayanların 56,9%-i 27 oktyabr hadisələrinin dövlətçiliyə və ölkə hakimiyyətinə qarşı cinayət olduğunu dedi. Sorğuda iştirak edənlərin 63,4%-i terror qruplaşmasının bir qrup sui-qəsdçi və düşməndən ibarət olduğuna inanır.
Beynəlxalq – Xarici İşlər Naziri Aleksandır Dovner yüksək vəzifəli şəxslərin sui-qəsdini qınadı. – Ermənistanın Parisdəki səfirliyi prezident Jak Şirak, Baş nazir Lionel Jospen və bir çoxlarından teleqram aldı. – vitse-prezident Həsən Həbibi Tehrandakı Ermənistan səfirliyini ziyarət edərək kədərli hadisə ilə əlaqədar qeyd kitabında başsağlığı yazısı yazdı. – Qazaxıstan Prezidenti Nursultan Nazarbayev prezident Köçəryana başsağlığı teleqramı göndərərək bunun "şok və qəzəblə" qəbul edilən "barbar" hadisə olduğunu bildirdi. Nazarbayev vurğuladı ki, "bu dəhşətli cinayət insanların sabitliyinə, yaradıcı işlərinə və dinc həyatına təhlükə yaradan terrorizmə qarşı güzəştsiz mübarizəni gücləndirmək üçün səylərimizi birləşdirməyimizi bir daha tələb edir." – Prezident Boris Yeltsin "dərin qəzəbini" və "terrorçuların hərəkətlərini kəskin qınadığını" bildirdi. O, Rusiyanın İrəvandakı səfirinə "bu vəhşi hərəkət nəticəsində" əziyyət çəkənlərin hamısına "ən dərin rəğbətini" və başsağlığını çatdırmağı tapşırdı. Prezident Yeltsin "terrorun bütün təzahürlərini harada olursa olsun, qətiyyətlə dayandırmağa" ehtiyac olduğunu söylədi və Rusiyanın "bu mövzuda bütün maraqlı tərəflərlə sıx əməkdaşlığa" hazır olduğunu vurğuladı. – Parlamentin sədri Abdul-Qadir Qaddura öz başsağlığını bildirdi. – Baş nazir Bülənt Əcəvit narahatlığını dilə gətirərək "Bu, son dərəcə kədərli və narahat bir hadisədir" dedi və əlavə etdi: "Bir çox ehtimal ağla gəlir. Azərbaycan və Ermənistan arasında ümid əlaməti verən dialoq prosesi başlamışdı. Bu ona qarşı bir reaksiya idi ya yox? Bilmirəm" – Xarici İşlər Nazirliyinin sözçüsü dedi: "Bu, 1991-ci ildə müstəqillik qazandıqdan sonra və demokratiya qurmaq səylərindən sonra Ermənistan üçün dəhşətli bir zərbədir. Biz terroru bağışlamırıq" – Prezident Bill Klinton silahlı hücumu qınadı, bunu "məntiqsiz bir hərəkət" adlandırdı və ABŞ-nin Ermənistana dəstəyini təzələdi. O əlavə etdi: "Bu faciə dövründə biz Ermənistan xalqına və onların rəhbərlərinə bugünkü qurbanların bu qədər cəsarətlə təcəssüm etdirdikləri prinsipləri davam etdirdikləri üçün dəstəyimizi bir daha bildiririk." 17 noyabr 1999-cu ildə Nümayəndələr Palatası sui-qəsdlərə dair qərar qəbul etdi.
İstintaq və məhkəmə Beş nəfər 29 oktyabrda hakimiyyətə xələl gətirmək məqsədi ilə terrorçuluqda ittiham edildi. İstintaqı aparan Ermənistanın Baş Hərbi Prokuroru Qagik Cangiryan iddia etdi ki, komandası hətta məhkəmə başlanandan sonra da hücumun arxasında kimin olduğunu axtarırdı. Cangiryanın sözlərinə görə, istintaq qrupu ondan çox nəzəriyyəni nəzərdən keçirmişdir. 2000-ci ilin yanvarına qədər Cangiryanın müstəntiqləri Köçəryan və onun çevrəsinin parlament hücumu ilə əlaqəsinin olduğunu düşündülər. Köçəryana yaxın bir neçə şəxs, o cümlədən prezident müşavirinin müavini Aleksan Harutiunyan və Ermənistan İctimai Televiziyasının direktor müavini Harutiun Harutiunyan həbs edildi, lakin onlar həmin ilin yayına qədər sərbəst buraxıldılar. Nəticədə Cangiryan Köçəryanın terror aktında əli olmasını sübut edəcək dəlil tapa bilmədi.
İstintaq başa çatdı və iş 12 iyul 2000-ci ildə məhkəməyə göndərildi. Məhkəmə işi 15 fevral 2001-ci ildə İrəvanın Kentron və Nork-Maraş Rayon Məhkəməsində başladı. Məhkəmə işi Baş Prokuror Ağvan Hovsepyanın və onun ofisinin səlahiyyətinə verildi, nəticədə dəlil olmaması səbəbindən iş bağlandı. Atışmanın əsas 5 günahkarı (Nairi Hunanyan, kiçik qardaşı Karen Hunanyan, dayısı Vram Qalstyan, Derenik Ecanyan və Eduard Qriqoryan) 2 dekabr 2003-cü ildə ömürlük həbs cəzasına məhkum edildi.
Konspirasiya nəzəriyyələri Hücumun hansı motivasiya ilə edildi heç vaxt tam şəkildə açıqlanmadı: silahlılar öz təşəbbüsləri ilə hərəkət etdiklərini iddia etdilər və çoxlu konspirasiya nəzəriyyələrinə baxmayaraq, hücumun arxasında hər hansı bir siyasi liderin və ya tərəfin olduğunu göstərən heç bir inandırıcı dəlil tapılmadı. Bununla belə, qətllər siyasi quruluşdakı liderliyi boş qoydu. Konspirasiya nəzəriyyələri tez bir zamanda hücumun Qarabağda gedən sülh danışıqlarını pozmaq üçün olduğunu desə də, on il sonra mövcud sübutlar hələ də əsas silahlı şəxsin erməni siyasi elitasına qarşı kinli bir şəxs olduğunu göstərir.
2013-cü ilin aprel ayında verdiyi reportajda Karen Dəmirçyanın dul arvadı Rita Dəmirçyan güllələnmənin xaricdən əmr edildiyini və bunun çevriliş cəhdi olmadığını, əksinə, sui-qəsd olduğunu söylədi.
"Robert Köçəryan və Serj Sarkisyanın məsələdə əli olduğu" iddiası
İstintaq Köçəryanı Hunanyanın silahlı qrupu ilə əlaqələndirən heç bir əhəmiyyətli dəlil tapmasa da, bir çox erməni siyasətçi və təhlilçi hesab edir ki, Vazgen Sarkisyanın və digər aparıcı siyasətçilərin qətlinin arxasında prezident Robert Köçəryan və Milli Təhlükəsizlik naziri Serj Sarkisyan durur. 2000-ci ilin yanvarında müstəntiqlər bəzi müxalifət nümayəndələrinin Köçəryanı istefa çağırışı ilə təşviq etməsi ilə 27 oktyabr hücumunun arxasında prezident Robert Köçəryanın ətrafında olan bir neçə üzvünün ola biləcəyini iddia etdilər, lakin Köçəryan il boyu gücünü tədricən gücləndirərək ölkə rəhbərliyinin ən güclü siması kimi meydana çıxdı.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan dəfələrlə "Köçəryanı və Serj Sarkisyanı və onların cinayətkar-oliqarxik sistemini parlament hücumunun həqiqi günahkarları olmaqda" ittiham edib. 2008-ci il prezident seçkiləri ərəfəsində o, açıq şəkildə bildirdi ki, "Əgər fevralın 19-da Serj Sarkisyana səs versəniz, Nairi Hunanyana səs verəcəksiniz. Serj Sarkisyanı seçənlər Karen Dəmirçyan və Vazgen Sarkisyanın müqəddəs məzarlarını alçaldacaqdır." 2009-cu ildə Ter-Petrosyanın rəhbərlik etdiyi müxalif ittifaq olan Erməni Milli Konqresi atışmaların 10-cu ildönümü ilə əlaqədar açıqlamasında Köçəryan və Serj Sarkisyanı qətllərdə günahlandıraraq bir çox erməninin onları məsələnin əsl günahkarları hesab etdiklərini iddia etdi. Açıqlamada deyilirdi: "27 oktyabr terror yolu ilə iqtidarın zorla ələ keçirilməsi idi. Bununla da terrorizm rejimin iqtidara yapışmaq və özünü göstərmək üçün əsas vasitəsinə çevrildi."