Klara Setkin (; ) — alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi. Hesab olunur ki, Klara Setkin 8 Mart Beynəlxalq Qadınlar Günü ideyasının müəlifidir.

Həyatı Klara Setkin 5 iyun 1857-ci ildə, Almaniyada anadan olmuşdur. Əslən Yəhudi olmuşdur.

Siyasi fəaliyyəti 1916-cı ildə Klara Setkin məsləkdaşları Roza Lüksemburq, Frans Mering və Karl Libknextlə birlikdə "Spartak Birliyi"ni qurdu. Bu birlik 1918-ci ildə Almaniya Kommunist Partiyasına çevrildi. 1917-ci ildə Klara Setkin məsləkdaşları ilə birgə Müstəqil Sosialist Demokrat Partiyasını (MSDP) yaradan Karl Kautski ilə birləşmə barədə razılığa gəldilər.

Klara Setkin Azərbaycanda thumb|Klara Setkin Əli Bayramov adına Qadın klubunun üzvləri arasında (1924) 1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu "inqilabi qüvvələrin toplanış məntəqəsi" adlandırmışdı. "Qafqaz od içində" kitabında o, yazırdı: "Sovet İttifaqının şərq və cənub-şərq respublikalarındakı müsəlman qadınların klubu proletar inqilabının yetirməsi, onun canlı təcəssümüdür. Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır. Müsəlman qadınların klubu bu cəhətdən, böyük vəzirin qızının dəbli Avropa kostyumuna və ya bir neçə dövlətli müsəlman qızın Parisdə, Londonda və ya Berlində təhsil almalarına baxmayaraq, güclü və inandırıcı sübut kimi çıxış edir."

Əsərləri

Bu günün əmək və qadın problemi. (). Berlin, 1889. Tələbə və qadın (). Berlin, 1899. Məktəb məsələsi (). Berlin, 1904. Qadınların seçki hüququ məsələsinə dair (). Berlin, 1907. Qadınların seçki hüququ (). Berlin, 1907. Karl Marks və onun həyat fəaliyyəti (). Elberfeld, 1913. Roza Lüksemburq və Karl Libknext (). Berlin, 1919. Biz günahlandırırıq! (). Hamburq, 1922. Faşizmin hücumu və proletariatın vəzifələri (). Moskva, 1923. Roza Lüksemburq və rus inqilabı (). Moskva, 1923–1924. Azad edilmiş Qafqazda (). Vyana/Berlin, 1926. Qafqaz od içində (). Moskva, 1926. İnkişaf etməkdə olan Sovet İttifaqının Alman fəhlə sinfi üçün əhəmiyyəti (). Berlin, 1926. Lenindən xatirələr (). Vyana/Berlin, 1929. Almaniyada proletar qadın hərəkatının yaranma tarixinə dair oçerk (). Moskva, 1929. Ac May, Qanlı May, Qırmızı May! (). Hamburq/Berlin, 1932. İttiham edilən Hitler (). Sürix, 1933.

Azərbaycanca nəşrləri

Lenin və qadın azadlığı. Bakı: Bakı işçisi, 1926.

İstinadlar

Həmçinin bax Beynəlxalq Qadınlar Günü

Xarici keçidlər İlk qadın klubu

Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almaniya inqilabçıları Kateqoriya:Almaniya sosialistləri Kateqoriya:Marksistlər Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XX əsr Almaniya yazıçıları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr filosofları