Raca Dahir (, ), IAST: Rājā Dāhir; ) — Sindin Brahmin Sülaləsindən olan sonuncu hindli hakim. 711-ci ildə onun krallığı sərkərdə Məhəmməd ibn Qasimin rəhbərlik etdiyi Əməvi qoşunları tərəfindən işğal edilmişdir. O, Aror döyüşündə Hind çayının sahilində, bugünkü Nəvabşah adlanan ərazidə öldürülmüşdür.
"Şahnamə"də hakimiyyəti dövrü "Şahnamə" Sindin ərəblər tərəfindən işğalı ilə bağlı ən qədim salnamədir. Bu əsər fars dilinə Ərəb Məhəmməd Əli ibn Həmid ibn Əbu Bəkr əl-Kufi tərəfindən 1216-cı ildə tərcümə olunub. Əsərin müəllifinin Səqafi nisbəli bir şəxsin olması ehtimal edilir. Dahirin krallığı daha sonra Kannauc kralı Ramal tərəfindən işğal edildi.
Əməvilərlə müharibə "Şahnamə"də qeyd olunur ki, Bəsrə valisi Həccac ibn Yusifin Raca Dahirə qarşı hərbi ekspedisiyasının əsas səbəbi Debal sahillərinə dəniz quldurlarının yürüşü idi. Bu yürüş nəticəsində xəlifənin Sərəndib (hazırkı Şri-Lanka) hökdarından aldığı hədiyyələrin oğurlanılması idi. Sinddə yaşayan və Bavarrac adı ilə tanınan skif tayfaları da əvvəlki dövrlərdə Dəclə sahillərindən Şri-Lanka sahillərinə qədər Sasani gəmilərini qarət edirdilər. Raca Dahirin hakimiyyəti dövründə isə Kutç, Debal və Kathiavarda ərəblərin gəmilərinə dəniz quldurlarının tez-tez qarətçi yürüşləri baş verirdi.
Həccacın növbəti yürüşü Məhəmməd ibn Qasımın rəhbərliyi altında başladı. 711-ci ildə İbn Qasım Debala hücum etdi və Həccacın əmri ilə əvvəlki yürüşərdə əsir düşənləri azad etdi. Həccac Debaldan Neruna doğru hərəkt etdi; Buddist hakimin şəhəri Xilafətin hakimiyyətini qəbul etdi və Həccaca təslim oldu. İbn Qasımın ordusu Sivistanı ələ keçirdi və bir neçə qəbilə rəhbəri ondan asıllığı qəbul etdi və ətrafındakı ərazilərdə təhlükəsizliyi təmin etdi. Onların birləşmiş qüvvələri Sisam qalasını da ələ keçirdilər və Hind çayının qərbindəki ərazi də təhlükəsizliyi təmin etdi.
Nerun, Bəcr, Kaka Kolaka və Sivistandan olan yerli tayfalardan medlərin, bhuttların və buddist hakimlərin dəstəyi ilə Məhəmməd ibn Qasım Dahir üzərində qələbə qazandı və onun şərt torpaqlarını Əməvilər Xilafətinə birləşdirdi.
Həlledici döyüş ərəfəsində Dahirin vəziri ona yaxınlaşaraq Dahirdən Hindistanın dost krallarından birinin yanında gizlənməyi təklif etdi və dedi: Daha sonra Dahir İbn Qasıma əngəl olmaq üçün Hind çayını keçdi və öz qoşunlarını çayın şərq sahilinə yönəltdi. Son nəticədə İbn Qasım Dahirin oğlu Caysinin rəhbərlik etdiyi qüvvələri Citorda məğlub etdi. İbn Qasımla Dahir arasında döyüş Raoredə (müasir Navabşah ərazisinə) 712-ci ildə baş verdi. Döyüşdə Dahar Aror yaxınlığında, Hind çayı sahilində öldürüldü. Onnun başı kəsilərək Həccac ibn Yusifə göndərildi.
Həmçinin bax Ərəb xilafəti Əməvilər
İstinadlar