Təbuk yürüşü — Təbuk müharibəsi () həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili Rəcəb və Şaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə Məhəmməd peyğəmbər Romalılarla müharibə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi.

Təbuk yürüşünün səbəbi İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları vardaneşnameye cahane islam;mədxəle təbuk/دانشنامه جهان اسلام؛ مدخل تبوک . Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idiVaqidi,c.3,s.989–990; İbn Səd,c.2,Birinci hissə,s.118–119; Bəlazuri,1959,c.1,s.368./نک: واقدی، ج۳، ص۹۸۹-۹۹۰؛ نیز: ابن سعد، ج۲، قسم ۱، ص۱۱۸-۱۱۹؛ بلاذری، ۱۹۵۹، ج۱، ص۳۶۸. Amma bəzi tarixçilər də Təbuk yürüşünün səbəbi olaraq qeyd edirlər ki, Cəfər ibn Əbu Talibin qisasının alınması idi ki, Muutə adlana ərazidə Roma ordusu tərəfində şəhid edilmişdiYəqubi.c.3.s.67/تاریخ‌ یعقوبی،ج۲، ص۶۷.

280px|thumb|right|Təbukun xəritədəki yeri Təbuk qəzvəsi Tarix Hicrətin 9-cu (630) ili Yer Təbuk bölgəsi Nəticəsi Müsəlmanlar Romalılarla müharibə etmədən Mədinəyə qayıtdılar Səbəbi Şam bölgəsindəki Romalıların təxribatlarına və hərbi hazırlıqlarının qarşısını almaq. İştirak edənlər Müsəlmanlar və Romalılar Komandirlər Hz. Məhəmməd və Romalılar (Herakles)

Şam barəsində xəbərlərin yayılması Un və yağ satmaq üçün Mədinəyə gələn nəbatilərin Şam haqqında xəbərləri müsəlmanlara çatdırdıqları və buna görə Mədinə xalqına hər gün Şamdakı hadisələr barədə məlumat verildiyi deyilmişdir. Bir gün, onlardan biri, Yunan imperatoru Heraklesun Mədinəyə hücum etməyə hazırlaşdığını, Lahm, Cuzam, Qassan və Amilə kimi ərəb qəbilələrini də müttəfiqi etdiyini, qoşunun əsas bir hissəsinin Təbukun şimalındakı Bəlqa ərazisində yerləşdiyini və özünün də Homsa gəldiyini xəbər verdiVaqidi.c.3.s.989–990/واقدی، ج۳، ص۹۸۹-۹۹۰İbn Səd,c.2. Birinci hissə.s.118–119; Bəlazuri.1959.c.1.s.368/نیز رجوع کنید به ابن سعد، ج۲، قسم۱، ص۱۱۸-۱۱۹؛ بلاذری، ۱۹۵۹، ج۱، ص۳۶۸. Başqa mənbələrdə bu məsələyə toxunmadan yalnız qeyd olunub ki, həzrət Peyğəmbər Romalılara müharibə etmək üçün mədinədən çıxmışdıÜrvə ibn Züber,s.220; Zuhri,s.106; Təbəri.c.3.s.101 / عروة بن زبیر، ص۲۲۰؛ زهری، ص۱۰۶؛ طبری، ج۳، ص۱۰۱. Yəqubi c.2.s.67 / ج۲، ص۶۷, bu qəzvədə həzrət peyğəmbərin məqsədinin Cəfər ibn Əbi Talibin qisasını almaq olduğunu qeyd edir.

Münafiqlərin mədinədə səyləri Peyğəmbər Romalılarla müharibə məqsədinin olduğunu bildirdikdən sonra, səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar ya da müharibənin nəticəsi barədə müsəlmanların ürəyinə qorxu salmağa çalışdılarÜrvə ibn Zübeyr.s.220; Vaqidi.c.3.s.995–996; İbn Hişam.c.4.s.168–169; Təbəri.c.3.s.101–102. / عروة بن زبیر، ص۲۲۰؛ واقدی، ج۳، ص۹۹۵-۹۹۶؛ ابن هشام، ج۴، ص۱۶۸-۱۶۹؛ طبری، ج۳، ص۱۰۱-۱۰۲، ۱۰۸. Cəd ibn Qeys və bəziləri məsğərə edərək dedilər:"mən qadın düşkünüyəm, qorxuram Romaya gələm, orada gözəl qadınları görüb günaha düşəm". Allah Taala "Tövbə" surəsinin 49-cu ayəsini nazil edərək buyurdu:Onlardan (münafiqlərdən): "Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma!"- deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!Əllamə Məclisi, Biharul Ənvar.c.21.s.185 / علامه مجلسی، بحار الانوار،ج ۲۱،ص ۱۸۵. Peyğəmbər səhabələrinin bu müharibədə iştirak etmələrinə bu qədər təkid etməsinin səbəbi Romalılardan gözlənilən təhlükədən daha çox mədinədə mövcud olan bəzi problemləri aşkara çıxartmaq idi ki, buna da nail olundu. Müsəlmaları pərakəndə etmək üçün mədinə münafiqlərinin geniş miqiyaslı təbliğatları, Peyğəmbər ordusunun qarşısına Abdullah ibn Ubbanın təşkil etdiyi qüvvələrin çıxması və sonra münafiqlərin mədinəyə qayıtmasıTəbəri.c.3.s.103 / طبری، ج۳، ص۱۰۳, hətta bir rəvayətə əsasən peğəmbər Təbukdan qayıdarkən O həzrətə sui-qəsdin təşkil olunmasıÜrvə ibn Zübeyr.s.221; Təbərisi.c.1.s.245–247 / عروة بن زبیر، ص۲۲۱؛ نیز رجوع کنید به طبرسی، ج۱، ص۲۴۵-۲۴۷ .

Ordunun təşkil olunmasındakı çətinliklər Rəsulullah ordunun hazırlığını sürətləndirməyi əmr etmişdi, Amma həddindən artıq isti, yolun uzunluğu və bəzi səhabələrin fəqir olmaları kimi çətinliklər ordunun sürətli hazırlığını ləngidirdiVaqidi,c.3.s.992;Təbəri.c.3.s.101–102 / واقدی، ج۳، ص۹۹۲؛ طبری، ج۳، ص۱۰۱-۱۰۲. Buna görə də bu ordu "Ceyş ul Usr" (çətinlik ordusu) adlandırılırdıBəlazuri.1959.c.1.s.368;Ürvə ibn Zübeyr.s.220. bu qəzvəni Qəzvətul usr adlandırıblar / رجوع کنید به بلاذری، ۱۹۵۹، ج۱، ص۳۶۸؛ نیز رجوع کنید به عروة بن زبیر، ص۲۲۰ که این غزوه را غزوة العسر خوانده است. Buna görə də Rəsulullah digər Qəzvələrdən ( savaşlardan) fərqli olaraq bu müharibəyə hazırlaşmaq məqsədini açıq şəkildə bəyan etdi. Rəsulullah əvvəlcə Mədinə yaxınlığındakı Səniyyətul Vəda bölgəsində məskunlaşdı, sonra təxminən 30000 nəfərlik bir ordu ilə Mədinənin şimalına və Romanın sərhəddinə tərəf irəllədiVaqidi.c.3.s.992, 996, 1002;İbn Səd.c.2. Birinci bölüm.s.199 / واقدی ج۳، ص۹۹۲، ۹۹۶، ۱۰۰۲؛ ابن سعد، ج۲، قسم۱، ص۱۹۹.

Mədinədə peyğəmbərin canişini olaraq Əli Hz. Peyğəmbər səfərə çıxmazdan öncəƏlini öz yerində canişin təyin edirMəsudi.s.270–271 / نک: مسعودی، ص۲۷۰-۲۷۱. Əlinin canişin olması fitnə və xaos yaymaq istəyən münafiqlərə mane törətdiyi üçün, Əli əleyhinə təbliğat aparmağa və Hz. Peyğəmbər, Hz. Əli ilə olmasından narahat olduğu üçün Onu canişin təyin etdiyi şayələrini yaymağa başladılar. Əli, şayələrin yayılmasının qarşısını almaq və yalan olduğunu sübut etmək üçün Curf bölgəsindəki Allah Rəsulunun yanına getdi və Mədinədəki münafiqlərin yaydığı şayələri bildirdi. Sonra Rəsulullah Əliyə buyurdu: Sənin mənə olan nisbətin (mənzilətin) Harunun Musaya olan nisbəti kimidir. Ancaq məndən sonra peyğəmbər yoxdurZuhri.s.111;İbn Hişam.c.4.s.163;Təbəri.c.3.s.103–104 / زهری، ص۱۱۱؛ ابن هشام، ج۴، ص۱۶۳؛ طبری، ج۳، ص۱۰۳- ۱۰۴ .sonralar "Mənzilət hədisi" olaraq bilinən bu hədis Əlinin ən önəmli ərdəm və fəzilətlərindən biri olaraq hədis qaynaqlarında müxtəlif formalarda nəql edilmişdirKufi.c.1.s.499–542;İbn Bətriq.s.126 və davamı / مثلاً رجوع کنید به کوفی، ج۱، ص۴۹۹-۵۴۲؛ ابن بطریق، ص۱۲۶ به بعد. Həmçinin Əlinin Hz. Peyğəmbərdən sonra Xəlifə və İmam olamsına dəlalət edən mühüm nasslardan biri olaraq istinad etmişlərƏləmul Hüda.c.3.s.5 və sonrası;Nəsrəddin Tusi.s.230;Cahiz.s.153–160;İbn Teymiyyə.c.7.s.325 və sonrası / علم الهدی، ج۳، ص۵ به بعد؛ نصیرالدین طوسی، ص۲۳۰؛ نیز رجوع کنید به جاحظ، ص۱۵۳-۱۶۰؛ ابن تیمیه، ج۷، ص۳۲۵ به بعد. Mədinə münafiqlərinin sui-qəsd planlarını nəzərə aldıqda, Peyğəmbərin Təbuk yürüşündə Əli ibn Əbu Talibi öz yerinə canişini olaraq təyin etməsi diqqətə layiqdi.

İslam ordusu Təbukda Bir neçə mənzili geridə qoyandan sonraVaqidi.c.3.s.999 / رجوع کنید به واقدی، ج۳، ص۹۹۹ İslam ordusu təxminən iyirmi gecə Təbukda qaldıVaqidi.c.3.s.1015;İbn Səd.c.2.Birinci bölüm.s.119–121 / همان، ج۳، ص۱۰۱۵؛ ابن سعد، ج۲، قسم۱، ص۱۱۹، ۱۲۱ı. Vaqidinin verdiyi məlumata görə, alınan xəbərlərin əsassız olduğu və Rumların müsəlmanlara qarşı müharibəyə hazırlaşmadığı aydın olduVaqidi.c.3.s.1019 / ج۳، ص۱۰۱۹. Ancaq bəzi mənbələrdə Yunan imperatorunun İslam peyğəmbərinə bir nümayəndə göndərdiyi və buna görə də Allah Rəsulunun lütfünə nail olmuşduBəlazuri.1959.c.1.s.368;Vaqidi.c.3.s.999 / رجوع کنید به بلاذری، ۱۹۵۹، ج۱، ص۳۶۸؛ قس واقدی، ج۳، ص۹۹۹. Bu müddət ərzində islam peyğəmbəri Dumətul Cəndəlin hakimi Ukeydir ibn Əbdul Məlik Kindi və eyni şəkildə Əzruh, Cərbə və Eylə halisi ilə cizyə vermə şərti ilə sülh müqaviləsi bağlamışdırVaqidi.c.3.s.1029–1032;İbn Səd.c.1.İkinci bölüm.s.37;Bəlazuri 1413.s.59–68;Təbəri.c.3.s.108–109 / واقدی، ج۳، ص۱۰۲۹-۱۰۳۲؛ ابن سعد، ج۱، قسم۲، ص۳۷؛ بلاذری، ۱۴۱۳، ص۵۹، ۶۸؛ طبری، ج۳، ص۱۰۸ ۱۰۹.

Peyğəmbərin Mədinəyə qayıtması İslam peyğəmbəri H. 9-cu ili Ramazan ayında mədinəyə qayıtdıVaqidi.c.3.s.1056;Yəqubi.c.2.s.68 / واقدی، ج۳، ص۱۰۵۶؛ یعقوبی، ج۲، ص۶۸. Təbuk yürüşündə iştirak etməyənlərin üzürünü əsas alıb qəlblərində gizlətdikləri şeyləri Allaha həvalə edərək bağışladı və onların adına istiğfar etdi. Ancaq camaata onlardan üçü (Kəb ibn Malik, Mürarə ibn Rəbi və Hilal ibn Üməyyə) ilə ünsiyyətdə olmamalarını əmr etdi. Amma o üç nəfərin tövbə etməsindən sonra Allah Taala Tövbə surəsinin 117–119-cu ayələrini nazil etdi və onları bağışladığını bildirdiZuhri.s.108–111;Vaqidi.c.3.s.1049–1056;Təbəri.c.3.s.111;İbn Qudamə.s.89–93 / زهری، ص۱۰۸-۱۱۱؛ واقدی، ج۳، ص۱۰۴۹ ۱۰۵۶؛ طبری، ج۳، ص۱۱۱؛ نیز رجوع کنید به ابن قدامه، ص۸۹-۹۳. Həmin 3 nəfər tövbə etmək üçün bir-birindən ayrıldılar və 50 gündən sonra Allah onların tövbəsini qəbul etdiMəkarim Şirazi.Təfsir Numunə.c.8.s.213 / مکارم شیرازی، تفسیر نمونه، ج ۸ ص۲۱۳.

Əqəbədə Peyğəmbərə sui-qəsd Təbuk qəzvəsindən qayıdarkən bir qrup münafiq peyğəmbərə sui-qəst etmək istədilər. Allah peyğəmbərinə bu plan barəsində xəbər verdi və Peyğəmbər də Hüzeyfə ibn Yəman və Əmmar ibn Yasiri özü ilə apardı. Üzlərini gizlədən münafiqlər Peyğəmbərin dəvəsini yıxmaq istədilər, lakin Hüzeyfə onlarla müharibəyə girəndən sonra qaçdılarəl-Bidayə vən-Nihayə.c.5.s.19 / البدایة و النهایة، ج۵، ص۱۹. Rəsulullah Hüzeyfə və Əmmara münafiqlərin adlarını (bəzi mənbələrdə on iki nəfər olmaları bildirmişdir) söylədi. Hüzeyfə peyğəmbərdən icazə istədi ki,adam göndərsin münafiqləri öldürsünlər. Peyğəmbər bu təklifiv qəbul etməyib buyurdu: xoşlamıram camaat desin ki, səhabələrinin köməyi ilə qüdrətə sahib olduqdan sonra öz köməkçilərini oldürdüTəbərisi.Məcməul Bəyan.c.5.s.71 / طبرسی، مجمع‌البیان، ج ۵، ص۷۱.

Təbuk qəzvəsi Quranda Təbuk qəzvəsi və bu barədə nazil olan ayələr, Münafiqləri tanıdaraq onların bir sonrakı plan və məqsədlarini bildirmiş və İslamın Ərəbistan yarmadasında yayılmasına böyük təsir göstərmişdirdaneşnameye cahane islam;mədxəle təbuk/دانشنامه جهان اسلام؛ مدخل تبوک .

Həmçinin bax Munafiqun surəsi Əqəbə beyəti Aqaba

İstinadlar

Ədəbiyyat İbn Bətriq, Umdətu Uyunu Sihahul Əxbar fi Mənaqibi İmamul Əbrar, Qum,1407. İbn Teymiyyə, Minhacus-Sunınin Nəbəvi, Tədqiq, Məhəmməd Rəşad Salim, Hicaz, 1406/1986. İbn Səd, \ ət Təbəqatul Kubra. İbn Qudamə, Kitabut-Təvvabin, Tədqiq, corc Məqdisi, Dəməşq, 1961. İbn Kəsir, əl Bidayə vən-Nihayə, Beyrut, Darul Fikr, 1398-qəməri. İbn Hişam, əs-Siyərun Nəbəvi, Tədqiq, Mustfa Səqqa, İbrahim Əbyari və Əbdulhəfiz Şələbi, Qahirə, 1355/1936. Əhməd ibn Yəhya Bəlazuri, Ənsabul Əşraf, Tədqiq, Məhəmməd Həmidullah, Misir, 959-Miladi. Əhməd ibn Yəhya Bəlazuri, Futuhul buldan, Nəşr, Duhuviyyə, Lidən, 1866, Nəşr, Ofset Frakfurt, 1413/1992. Əmr ibn Bəhri Cahiz, Tədqiq, Əbdussalam Məhəmməd Harun, Qahirə, 1374/1955. Məhəmməd ibn Müslüm Zühri, əl Məğazin Nəbəvi, Tədqiq, Süheyl Zəkar, Dəməşq, 1401/1981. Fəzl ibn Həsən Təbərisi, İlamul Vəra bi Əlamil HUda, Qum, 1417-Q. Təbəri, Tarix, Beyrut. Urvə ibn Zübeyr, Məğaziyi Rəsulullah Səllau Ələyhi Vəsəlləm, Ravi-Əbil Əsvəd, Təqiq, Məhəmməd Mustafa Əzəmi, Riyad, 1401/1981. Əli ibn Hüseyn Ələmul Hüda, əş-Şafi fil İmamə, Tədqiq, Əbduz Zəhra Hüseyni Xətib, Tehran, 1410. Məhəmməd ibn Süleyman Kufi, Mənaqibul İmam Əmiril Möminin Əli ibn Əbi Talib, Tədqiq, Məhəmməd Baqir Məhmudi, Qum, 1412-Q. Məsudi, ət-Tənbih və əl-Əşraf. Məhəmməd ibn Məhəmməd Nəsrəddin Tusui, Təcridul Etiqad, Tədqiq, Məhəmməd Cavad Hüseyni Cəlali, Qum, 1407-Q. Məhəmməd ibn Ömər Vaqidi, Kitabul Məğazi Lilvaqidi, Tədqiq, Marsden Johannes, London, 1966-M. Yəqubi, Tarix.

Xarici keçidlər Təbuk Təbuk yürüşü Təbuk Qəzvəsi

Kateqoriya:İslam Kateqoriya:İslam tarixi Kateqoriya:Müqavilələr Kateqoriya:Döyüşlər Kateqoriya:Hərbi kampaniyalar Kateqoriya:VII əsrdə Bizans imperiyası