Saat pavilyonu () —Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla həm də Sülli pavilyonu kimi tanınan tarixi pavilyon. Tikili Karre həyətinin qərb qanadının mərkəzində yerləşir. Hazırda Saat pavilyonu və Sülli pabilyonu adları Karre həyətinin qərb və şər qanadlarındakı iki fərqli pavilyona aid edilir.Bautier 1995, p. 43.
Saat pavilyonu
Saat pavilyonunun inşasına XIII Lüdovikin sifarişi ilə 1624-cü ildə köhnə Lesko qanadının şimal tərəfində başlanılmış, XIV Lüdövikin hakimiyyəti dövrünə təsadüf edən 1654-cü ildə isə inşaat tamamlanmışdır. Məşhur kvadrat formalı günbəzə malik olan tikili parisli memar Jak Lemersye (1585–1654) tərəfindən dizayn edilmişdir.Gady 2005, pp. 368–381. Pavilyonun adı sonradan onun fasadına quraşdırılmış saatdan () qaynaqlanmışdır. Pavilyonun yuxarı hissəsi kariatidalarla bəzədilmiş fasadı Luvr həyətinin qərb tərəfində dominantlıq təşkil edir.
Crédit Lyonnais bankının baş ofis binasının memarlığı Saat pavilyonunun təsiri altında yaradılmışdır.
</center> Sülli pavilyonu
1850-ci illərdə tikilinin qərb fasadı Hektor Lefuelin layihəsi əsasında III Napoleon stilində tamamilə yenidən modellənir. Bundan sonra tikili həm də Sülli pavilyonu (Maksimilyen de Betyün Süllinin adı ilə bağlı) adı ilə tanınmağa başlayır. İstinadlar
Ədəbiyyat Bautier, Geneviève Bresc (1995). The Louvre: An Architectural History. New York: The Vendome Press. . Blunt, Anthony (1960). "Two Unpublished Drawings by Lemercier for the Pavillon de l'Horloge", The Burlington Magazine, vol. 102, no. 691 (October), pp. 446–448.
Gady, Alexandre (2005). Jacques Lemercier, architecte et ingénieur du Roi. Paris: Maison des sciences de l'homme. .
Kateqoriya:Parisdəki binalar və tikililər Kateqoriya:Luvr sarayı Kateqoriya:Jak Lemersyenin əsərləri